DÜNYA
Finlandiyada “Gözəl Milad ovqatı” xeyriyyə aksiyası başlayır
Helsinki, 26 noyabr, AZƏRTAC
Finlandiyada “Gözəl Milad ovqatı” xeyriyyə aksiyası çərçivəsində aztəminatlı ailələr üçün vəsait toplanır. Milad ərəfəsində belə ailələrə hədiyyə olaraq 70 avroluq yemək çekləri veriləcək.
Builki aksiya 20-ci dəfədir keçirilir.
Aztəminatlı ailələr üçün vəsaitin toplanması Finlandiya Qızıl Xaç Cəmiyyəti, Manneqreyn adına Uşaqları Müdafiə İttifaqı və “Yle” informasiya agentliyi tərəfindən təşkil edilib. Kampaniyanın keçirildiyi illər ərzində 200 mindən çox ailə üçün 15 milyon avroyadək vəsait toplanıb.
Gözlənildiyinə görə, bu il təqribən 30 min aztəminatlı ailəyə hədiyyə çekləri veriləcək. Müxtəlif hesablamalara görə, belə ailələrdə təqribən 100 min uşaq böyüyür.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Helsinki
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.04.2024 [21:02]
İndoneziya sahillərində güclü zəlzələ baş verib
- 27.04.2024 [17:42]
Kubadakı nağd pul çatışmazlığı inflyasiya böhranını daha da artırır
- 27.04.2024 [15:48]
Qanalı qeyri-adi rekordla Ginnesin Rekordlar Kitabına düşüb
- 27.04.2024 [14:43]
Rusiyada əcnəbilər yalnız biometriya ilə sim-kart əldə edə biləcək
- 27.04.2024 [14:31]