Azərbaycan Dövlət İnformasiya Agentliyi

“FİTOSANİTAR NƏZARƏTİ HAQQINDA” AZƏRBAYCAN RESPUBLİKASININ QANUNUNDA DƏYİŞİKLİKLƏR EDİLMƏSİ BARƏDƏ
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
I. “Fitosanitar nəzarəti haqqında” Azərbaycan Respublikası Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, №8, maddə 655) aşağıdakı dəyişikliklər edilsin:
1. 9.0.2-ci maddədən “istehsalına dair proqramlar hazırlamaq və onların“ sözləri çıxarılsın.
2. 28.1.1-ci maddə çıxarılsın.
3. 28.1.2-28.1.12-ci maddələr müvafiq olaraq 28.1.1-28.1.11-ci maddələr hesab edilsin.
II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 5 iyun 2007-ci il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin