Fövqəladə Hallar Nazirliyinin maddi-texniki bazasının gücləndirilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Fövqəladə Hallar Nazirliyinin maddi-texniki bazasının gücləndirilməsi məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Fövqəladə Hallar Nazirliyinə 10,0 (on) milyon manat vəsait ayrılsın, o cümlədən 6,0 (altı) milyon manat yanğından mühafizə bölmələri üçün xüsusi təyinatlı nəqliyyat vasitələri və 4,0 (dörd) milyon manat fərdi mühafizə vasitələrinin alınması üçün.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 14 dekabr 2011-ci il.