DÜNYA
Fransada 2022-ci ildən minimum pensiya min avroyadək qaldırılacaq
Bakı, 11 dekabr, AZƏRTAC
Fransanın Baş Naziri Eduar Filipp 2022-ci ildən ölkədə minimum pensiyanın həcminin min avroya qaldırılacağını elan edib.
AZƏRTAC Fransa telekanallarına istinadla xəbər verir ki, hökumətin rəhbəri bu barədə pensiya islahatı haqqında qanunun müddəalarını şərh edərkən bildirib. Onun sözlərinə görə, islahatlar üç prinsipə - universallıq, bərabərlik və məsuliyyətlilik prinsiplərinə əsaslanır. Bununla yanaşı, Baş Nazir təsdiqləyib ki, ölkədə pensiya yaşı dəyişməyəcək və 62 yaş olaraq qalacaq. Yeni qanun 2022-ci il yanvarın 1-də qüvvəyə minəcək.
Xatırladaq ki, hazırda Fransada minimum pensiyanın miqdarı 636 avro təşkil edir.
Eduar Filippin televiziyadakı çıxışı pensiya islahatlarına qarşı dekabrın 5-dən başlayan miqyaslı etiraz aksiyaları fonunda səslənib. Aksiyalarda cəmiyyətin müxtəlif təbəqələrindən olan insanlar iştirak edirlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.06.2024 [15:33]
Yeni Daşkənd şəhərinin Baş planının detalları açıqlanıb
- 24.06.2024 [15:30]
Viktor Orban Avropa Komissiyasının Prezidentini dəyişdirməyə çağırıb
- 24.06.2024 [15:03]
Əfqanıstanın şərqində torpaq sürüşməsi yeddi nəfərin həyatına son qoyub
- 24.06.2024 [14:49]
Dünya Bankı Misirə 700 milyon dollar maliyyə yardımı ayıracaq
- 24.06.2024 [14:47]
Aİ-də bəzi Rusiya media resurslarına qarşı qadağalar sabah qüvvəyə minəcək
- 24.06.2024 [14:43]
Bild: Almaniyanın hakim koalisiyası dağıla bilər
- 24.06.2024 [14:23]
Ötən il Londonda silahlı cinayətlərin sayı artıb
- 24.06.2024 [14:22]
ABC nəşri: Fransızlar Makronu Romanı yandıran Neronla müqayisə edirlər
- 24.06.2024 [13:34]