Rumıniyada süd zavodunun 4 işçisi çənə düşərək ölüb
Bakı, 24 iyun, AZƏRTAC
Rumıniyanın İbeneşt şəhərindəki süd zavodunda 4 nəfər çökdürmə çəninə düşərək ölüb.
AZƏRTAC Rumıniya mediasına istinadla xəbər verir ki, hadisə yerinə gələn 5 xilasetmə qrupu müəssisənin inzibatçısının, direktorunun və iki fəhlənin çökdürmə çəninə düşdüyünü müəyyən edib. Yaşları 47-56 arasında olan dörd nəfər yanğınsöndürənlər tərəfindən çıxarılaraq tibbi briqadalara təhvil verilib.
Zavodun inzibatçısı ağır vəziyyətdə xəstəxanaya çatdırılsa da, onu xilas etmək mümkün olmayıb. Zavod direktorunu helikopterlə Yassıdakı xəstəxanaya göndərmək qərara alınıb, lakin o da ölüb.
Polis hadisənin səbəblərini aydınlaşdırmaq üçün yoxlamalara başlayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [17:29]
İsveç dövləti Kosta işi ilə bağlı həkimlərə təzminat ödəyəcək
- 16.06.2026 [17:04]
Çexiya iş axtarmaq üçün ölkəyə gələn Aİ vətəndaşlarına nəzarəti sərtləşdirir
- 16.06.2026 [17:01]
Tramp İsraili “Hizbullah”a qarşı müharibəsinə görə tənqid edib
- 16.06.2026 [16:21]