REGİONLAR
Zəngilanda “Azərbaycan QHT-ləri: nəticələr və hədəflər” adlı panel müzakirələrə başlanılıb
![](/files/galleryphoto/2024/2/1200x630/17192326046276738605_1200x630.jpg)
![](/files/galleryphoto/2024/2/1200x630/17192326046240619732_1200x630.jpg)
Zəngilan, 24 iyun, Aydın Yavərzadə, AZƏRTAC
Qeyri-Hökumət Təşkilatlarına (QHT) Dövlət Dəstəyi Agentliyi və Azərbaycan Milli QHT Forumunun birgə təşkilatçılığı ilə Zəngilan rayonundakı Konqres Mərkəzində Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumu çərçivəsində “Azərbaycan QHT-ləri: nəticələr və hədəflər” adlı panel müzakirələr keçirilir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, QHT-lərdən 200-ə yaxın rəhbər şəxs və nümayəndənin iştirak etdiyi forumun rəsmi açılış mərasimindən sonra panel müzakirələrə başlanılıb.
İki günlük forum çərçivəsində ilk panel “Azərbaycan QHT-ləri: nəticələr və hədəflər” mövzusuna həsr olunub.