DÜNYA
Fransada seçki qalmaqalı
Bakı, 23 noyabr (AZƏRTAC). Fransanın UMP (Xalq Hərəkatı Birliyi) partiyasına sədr seçkisi ölkədə qalmaqal yaratmışdır. Seçkinin nəticələrinə əsasən Jan Fransua Kope qalib elan edilsə də, onun rəqibi Fransua Fiyon bu nəticələrlə razılaşmamışdır.
“Frans-press” agentliyinin verdiyi məlumata görə keçmiş baş nazir iddia edir ki, seçki zamanı Fransanın Avropadan kənarda yerləşən ərazilərdə keçirilən səsvermənin nəticələri qəsdən “unudulub”. Əgər bu səslər də siyahıya daxil edilsə idi, nəticə ayrı cür ola bilərdi. Fransua Fiyon məsələnin araşdırılması üçün məhkəməyə müraciət edəcəyini açıqlamışdır. Fransua Kope isə bildirmişdir ki, F. Fiyon məğlubiyyətini etiraf etmək əvəzinə başqalarına əxlaq dərsi keçir. O, həmçinin rəqib tərəfi Yeni Kaledoniyadakı seçkilərin nəticələrinə müdaxilə etməkdə ittiham etmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.04.2024 [19:20]
Avropa Komissiyasının diplomatı Gürcüstana səfərə gələcək
- 30.04.2024 [19:14]
Ermənistan prezidenti sərhədlərin delimitasiyası prosesini dəstəkləyib
- 30.04.2024 [19:04]
Asiya İnkişaf Bankının 57-ci illik toplantısı Tbilisidə keçiriləcək
- 30.04.2024 [18:54]
Londonda insanlara qılıncla hücum edilib: dörd yaralı, bir ölü
- 30.04.2024 [17:39]
Keniyada daşqınlar nəticəsində ölənlərin sayı 169-a çatıb
- 30.04.2024 [17:34]