Azərbaycan Dövlət İnformasiya Agentliyi

Gənc istedadların xüsusi təqaüdə layiq görülməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycanda gənc istedadlara dövlət qayğısı haqqında” 1996-cı il 22 iyun tarixli 464 saylı Fərmanına uyğun olaraq qərara alıram:
Musiqi sahəsində xüsusi istedadı olan aşağıdakı şəxslərin adları Azərbaycanın gənc istedadlarının “Qızıl kitabı”na yazılsın və onlar Azərbaycan Respublikası Prezidentinin xüsusi aylıq təqaüdünə layiq görülsünlər:
 
 
 

Əmiraslanov Nəriman Sabir oğlu
-
Bakı şəhər GeorgiŞaroyev adına 35 nömrəli Onbirillik Musiqi Məktəbinin şagirdi
Həsənov Yasin Etibar oğlu
-
Bakı şəhər Tofiq Quliyev adına 12 nömrəli OnbirillikMusiqi Məktəbinin şagirdi
Həsənova Aygül Elçin qızı
-
Bakı şəhər Qara Qarayev adına 8 nömrəli Onbirillik Musiqi Məktəbinin şagirdi
Hüseynov Emin Valeh oğlu
-
Bakı şəhər Tofiq Quliyev adına 12 nömrəli OnbirillikMusiqi Məktəbinin şagirdi
Şahgəldiyeva Mədinə Elçin qızı
-
Bakı şəhər Qara Qarayev adına 8 nömrəli Onbirillik Musiqi Məktəbinin şagirdi

 
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
 

Bakı şəhəri, 19 dekabr 2011-ci il .

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin