Azərbaycan Dövlət İnformasiya Agentliyi

ELM VƏ TƏHSİL

Gənc kimyaçıların ümumdünya bilik yarışı başa çatdı
Nərgiz Paşayeva: Əgər elmi potensial yoxdursa, təbii, milli sərvətləri heç vaxt milli nailiyyətlərə çevirmək mümkün olmayacaq

Bakı, 31 iyul, AZƏRTAC

Dünya məktəblilərinin Bakıdakı həyəcanlı, gərgin mübarizə, güclü və ədalətli rəqabət şəraitində keçən yarış günləri başa çatdı. M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının təşkilatçılığı ilə iyulun 20-29-da Azərbaycanda ilk dəfə keçirilən 47-ci Dünya Kimya Olimpiadasına yekun vuruldu.

Bu möhtəşəm bilik yarışmasında 5 qitədən, 75 ölkədən 300 gənc kimyaçı, bundan əlavə, 250-dən artıq kimya alimləri, münsiflər heyəti, kimya mütəxəssisləri, pedaqoqlar, müşahidəçilər və qrup rəhbərləri iştirak ediblər.

Qeyd edək ki, Olimpiada zamanı qapılarını 600-dək qonağın üzünə açan Moskva Dövlət Universitetinin Bakı filialı dünya miqyaslı bu yarışmanın tam yüksək səviyyədə keçirilməsi üçün səylərini əsirgəməyib. Yarışmanın tam qaydalara uyğun baş tutması üçün filial rəhbərliyi tərəfindən hər cür şərait, elmi baza yaradılıb. Olimpiada zamanı iştirakçılar verilən tapşırıqları yerinə yetirmək üçün heç bir korluq çəkməyiblər. Çünki filialın ən müasir avadanlıqla təchiz edilmiş kimya laboratoriyaları burada istənilən mürəkkəb elmi tədqiqatların aparılmasına imkan verir.

Son illər Moskva Dövlət Universitetinin Bakı filialı eksperimental baza və laboratoriya kommunikasiyasına kifayət qədər diqqət yetirir. Hazırda filialın kimya laboratoriyaları dünyanın aparıcı universitetləri ilə ayaqlaşa biləcək səviyyədə fəaliyyətdədir.

Moskva Dövlət Universitetinin Bakı filialında tələbələr üçün yaradılmış şərait dünya səviyyəli mütəxəssislərin də diqqətindən yayınmayıb. Planetimizin beş qitəsindən paytaxtımıza təşrif buyurmuş elm adamları modern üslubda tikilmiş universitet kampusu, təhlükəsizlik tələblərinə tam cavab verən müasir laboratoriyalar və dərs otaqlarını çox bəyəniblər.

AZƏRTAC xəbər verir ki, iyulun 28-də Heydər Əliyev Mərkəzində bu ümumdünya bilik yarışmasının bağlanış mərasimi keçirilib. Mərasimin əvvəlində Olimpiadanın gedişini, imtahanları, iştirakçıların əyləncə saatlarını əks etdirən film nümayiş etdirilib. Olimpiadanın Elmi Komitəsinin sədri, professor Fikrət Quliyevin imtahanların keçirilməsi ilə bağlı hesabatı dinlənilib.

Professor Olimpiadanın fəaliyyətini yüksək qiymətləndirərək deyib: “Qeyd etmək istərdim ki, 47-ci Beynəlxalq Kimya Olimpiadası MDU-nun Bakı filialında və MDU-nun Bakı filialının baş təşkilatçılığı, Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, Dövlət Neft Şirkəti və Heydər Əliyev Mərkəzinin dəstəyi ilə keçirilir. Qürurla deyə bilərəm ki, Olimpiada çox yüksək səviyyədə baş tutdu”.

F.Quliyev Elmi Komitənin iki şəhərdə - paytaxt Bakıda və Qəbələdə iclas keçirdiyini əlavə edərək, imtahanlardakı tapşırıqların mahiyyəti haqqında məlumat verib: “Böyük məmnuniyyətlə deyirəm ki, imtahandakı tapşırıqlardan bəziləri Azərbaycana aid idi. Məsələlər Azərbaycanın təbiəti, ekologiyası, sənayesi üçün önəmli olan problemlərə həsr olunmuşdu”.

Ən yaxşı Olimpiada

Olimpiadanın Rəhbər Komitəsinin sədri, Koreya Respublikasının Soqanq Universitetinin kimya və elmi kommunikasiyalar üzrə professoru Dakvan Li Olimpiada barədə təəssüratlarını mərasim iştirakçıları ilə bölüşüb. O, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının yüksək təşkilatçılıq fəaliyyətini qeyd edərək, Olimpiadanın keçirilməsində əməyi olan hər bir kəsə, xüsusilə yarışmanın prezidenti, professor Nərgiz Paşayevaya təşəkkürünü bildirib. Dakvan Li yarışma iştirakçılarının Bakı ilə tanışlıqdan çox məmnun qaldığını, bu yarışmanın onların həyatında böyük iz buraxacağını vurğulayıb. O, Bakıda təşkil olunan tədbiri indiyə kimi iştirak etdiyi “Ən yaxşı Olimpiada” kimi qiymətləndirərək deyib: “47-ci Beynəlxalq Kimya Olimpiadası başa çatmaq üzrədir. Əminəm ki, siz hamınız Bakıda gözəl vaxt keçirdiniz. Demək olar ki, Bakıdakı Olimpiada son 12 ildə iştirak etdiyim müsabiqələr arasında ən yaxşısıdır. Mən medalçıların hamısını təbrik etmək istəyirəm – siz həqiqətən də yüksək nəticələr göstərmisiniz”.

Dakvan Linin sözlərinə görə, Olimpiada iştirakçıları həm Bakının, həm də Qəbələnin gözəlliklərini seyr etmək imkanını qazanıblar: “Mən tapşırıqları hazırlayan, tərcümə edən mentor və müşahidəçilərə gördükləri işə görə təşəkkür etmək istəyirəm. Eyni zamanda, bu mürəkkəb beynəlxalq tədbirin uğurlu alınması üçün göstərdiyi zəhmətə görə professor Nərgiz Paşayevaya dərin minnətdarlığımı bildirirəm”.

190 medal sahiblərini tapdı

Bundan sonra Olimpiadanın qaliblərinə medal və mükafatlar təqdim edilib. İlk olaraq medal almağa çox yaxın göstəricilər əldə etmiş 10 məktəbli “Fəxri fərman”a və hədiyyələrə layiq görülüb.

Daha sonra ən böyük medalçı qrupu - bürünc medal sahiblərinin adları açıqlanıb. Bürünc medallar Olimpiadanın təşkilat komitəsinin üzvləri, akademik Akif Əzizov, YUPAC Beynəlxalq kimya təşkilatının vitse-prezidenti, Rusiya Elmlər Akademiyasının müxbir üzvü, professor Nataliya Tarasova, BKO-nun elmi komitəsinin həmsədri, Moskva Dövlət Universitetinin kimya fakültəsinin professoru Aleksandr Qladilin tərəfindən təqdim olunub. Ümumilikdə 92 nəfər bürünc medala layiq görülüb. Bürünc medalçılar arasında 51 ölkənin təmsilçiləri vardı: Argentina, Belarus, İslandiya, Kosta Rika, Kipr, Macarıstan, Salvador, İran, Qazaxstan, Qırgızstan, Tacikistan, Türkmənistan, Polşa, Portuqaliya, Rumıniya, Serbiya, Slovakiya, İspaniya, Moldova, İsveç, İngiltərə, Suriya, Uruqvay, Vyetnam (1 medal), Danimarka, Azərbaycan, Belçika, Braziliya, Kanada, Xorvatiya, Estoniya, Fransa, Almaniya, İndoneziya, İtaliya, Malayziya, Niderland, Pakistan, Sloveniya, Özbəkistan (2 medal), Finlandiya, İsrail, Latviya, Litva, Peru, İsveçrə, Avstriya, Bolqarıstan (3 medal), Avstraliya, Yeni Zelandiya, Səudiyyə Ərəbistanı (4 medal).

Gümüş medalçılara isə mükafatı Azərbaycan Respublikasının təhsil naziri Mikayıl Cabbarov, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə və Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik Tofiq Nağıyev təqdim ediblər. Aşağıda qeyd olunan 33 ölkədən 63 nəfər Ümumdünya Kimya Olimpiadasının gümüş medalını qazanıb: Avstriya, Danimarka, Latviya, Braziliya, Rumıniya, Macarıstan, Bolqarıstan, Malayziya, Moldova, Salvador, Estoniya, Fransa (1 medal), Argentina, Kanada, Hindistan, İndoneziya, İran, İtaliya, Yaponiya, Qazaxıstan, Polşa, Rusiya, Serbiya, Slovakiya, Vyetnam (2 medal), Belarus, Çexiya, Sinqapur, Tailand, Türkiyə, Böyük Britaniya, ABŞ (3 medal), Ukrayna (4 medal).

Nəhayət, mərasimin ən həyəcanlı anı yetişib - Olimpiadada ən yüksək nəticə göstərərək qızıl medal əldə edən məktəblilərin adları açıqlanıb. Onlara mükafatı M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, AMEA-nın müxbir üzvü, 47-ci Beynəlxalq Kimya Olimpiadasının prezidenti, professor Nərgiz Paşayeva və Olimpiadanın Rəhbər Komitəsinin sədri, Koreya Respublikasının Soqanq Universitetinin kimya və elmi kommunikasiyalar üzrə professoru Dakvan Li təqdim ediblər. Bakıdakı yarışma 22 ölkədən olan 35 iştirakçıya qızıl medal bəxş edib. Qızıl medal alan ölkələr bunlar oldu: Çin (4 medal), Tayvan (4 medal), Koreya (4 medal), Hindistan (2 medal), Yaponiya (2 medal), Rusiya (2 medal), Rumıniya (2 medal), Sinqapur, Polşa, Qazaxıstan, Almaniya, ABŞ, Litva, Tailand, Estoniya, Vyetnam, Macarıstan, Slovakiya, Serbiya, Çex Respublikası, Türkiyə və İran.

Birincilərin birincisi

Ən yüksək bal toplayan məktəbliyə “Birincilər birincisi” mükafatını Bakıdakı Dünya Kimya Olimpiadasının bütün təşkilat yükünü öz çiyinlərində daşıyan, bu 10 gün ərzində gənc kimyaçıların doğma evinə çevrilən MDU-nun Bakı filialının rektoru, professor Nərgiz Paşayeva təqdim edib.

Nəticələrə görə, Çin komandasının üzvü Yifu Ouyanq həm “Birincilər birincisi”, həm də “Ən yaxşı nəzəriyyəçi” adına layiq görülüb. ABŞ təmsilçisi David İ-Hsuan Vanq “Ən yaxşı təcrübəçi” adını qazanıb.

Bağlanış mərasimində, həmçinin müxtəlif kateqoriyalar üzrə ən yaxşı nəticə göstərən gənc kimyaçılar mükafat və sertifikatlarla təltif olunublar. Belə ki, iki imtahanda ən çox bal toplayan Olimpiada iştirakçıları “Ən yaxşı nəzəriyyəçi” və “Ən yaxşı təcrübəçi” kimi xüsusi sertifikatlara layiq görülüblər.

Olimpiadanın mütləq çempionu olan Yifu Ouyanq müsabiqədən qazandığı təəssüratlarını bölüşərək deyib: “İnanılmaz hissdir. Sözün düzü, belə yüksək nəticə gözləmirdim. Praktik imtahanda çox çapaladım, qızıl medal alacağıma gümanım az idi. Amma deyə bilərəm ki, hər bir imtahan bütün imtahanlar demək deyil, necə ki, ömrün yarısı – bütün həyat demək deyil”.

Azərbaycanlı şagirdlər medalçılar sırasında

Qürurverici haldır ki, Azərbaycan komandası üzvlərindən də yüksək nəticə göstərən şagirdlərimiz olub. Akademik Zərifə Əliyeva adına liseyin builki məzunu Sergey Styopin və “İstək” liseyinin 10-cu sinif şagirdi Hüseyn Babayev bürünc medala yiyələniblər.

Mərasim zamanı qonaqlara Azərbaycanın zəngin mədəniyyəti, milli və müasir musiqi nümunələri ilə tanış olmaq imkanı yaradılıb. “Natiq” ritm qrupunun sevilən kompozisiyaları, F.Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının çıxışı sürəkli alqışlarla qarşılanıb. Xalq artisti, Dövlət Akademik Opera və Balet Teatrının solisti Samir Cəfərov və “Eurovision” təmsilçimiz Səbinə Babayevanın dueti maraqla qarşılanan musiqi nömrələrindən birinə çevrilib. “Chemical Boys” qrupunun çıxışı, Səbinə Babayevanın məşhur “Sway” mahnısını ifası mərasimin bədii hissəsinə xüsusi rəng qatıb.

“Baş verən hadisələrin əsas katalizatoru insandır”

Rəsmi mərasimin yekun nitqini M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, 47-ci Beynəlxalq Kimya Olimpiadasının prezidenti, professor Nərgiz Paşayeva söyləyib:

"İlk növbədə gənc, istedadlı və çalışqan Olimpiada iştirakçılarını yenidən salamlayıb, onları təbrik etmək istəyirəm. Dəvətimizi qəbul edib burada əyləşən alimlərə, pedaqoqlara, müşahidəçilərə, diplomatlara, yekun tədbirə gələnlərə “Xoş gəlmisiniz” deyirəm.

Beləliklə, gərgin, maraqlı, həyəcanlı, hər an dəyişən xəbərlər və çalarlarla dolu olan həftəni birlikdə başa vurduq. Bu həftə bizə nələri öyrətdi? Bir daha əmin olduq ki, Olimpiadanın devizində deyildiyi kimi, həyat doğrudan da böyük bir laboratoriyaya bənzəyir və bu laboratoriyanın ən dəyərli, ən bahalı, ən əvəzedilməz cihazı insan beynidir. Baş verən bütün hadisələrin əsas katalizatoru da insanın özüdür. Sizin imtahanlarda olduğu kimi, məcazi mənada desək, həyatın özü də 2 turdan ibarətdir – praktik və analitik, həyatda da nəzəri və praktik aspektlər var. Amma mühüm odur ki, gözəl nəzəriyyə gözəl əməllərlə üst-üstə düşsün və bir-birini tamamlasın.

İmtahan zamanı mən sizin necə gərgin işlədiyinizi, diqqətinizi cəmləməyə çalışdığınızı müşahidə etdim. Sizin davranışınız mənə Azərbaycanın bir atalar məsəlini xatırlatdı: “Ehtiyat igidin yaraşığıdır”. Hətta mürəkkəb laboratoriya tapşırıqlarını izlərkən bu məsəlin yeni variantını düşündüm: Ehtiyat igidin və kimyaçının yaraşığıdır. Həyatda da kimya laboratoriyasında olduğu kimi hünərli, riskli olmaqla yanaşı, eyni dərəcədə ehtiyatlı və hazırlıqlı olmalısan.

Əziz dostlar, yadımdadır, siz imtahana ayrılan zamanın – 5 saatın az olduğundan danışırdınız. Amma biz böyüklərin təcrübəsi göstərir ki, mətləb odur ki, zaman heç vaxt yetərli olmur. Böyük Dantenin dediyi kimi, zaman müqəddəs kateqoriyadır. Zaman hər şeyi tərəziyə çəkir və dürüst qiymət verir. Zamanın sınağından çıxanlar əsas, ali, qlobal imtahandan da çıxmış olurlar. Arzulayırıq ki, zaman gələcəkdə sizi həmişə uğurlara bağlasın, həmişə ucaltsın.

İlk görüşümüzdə demişdik ki, Azərbaycan, Bakı, universitetimiz müvəqqəti olaraq sizin evinizə çevriləcək. Ümid edirik ki, belə də oldu, bu evin divarları sizi darıxdırmadı, sıxmadı. Qonaqpərvər və xeyirxah olduğumuza inandınız. Azərbaycanı, bu qədim və gözəl diyarı xatirələrinizdə yaşadın, unutmayın.

Uzaqdan-yaxından gələn gənc kimyaçılar və onları müşayiət edən heyət bizim şəhərin müasir simasını gördü. Köhnə Bakının, indikindən heç də az gözəl olmayan qədim simasını, əksini foyedəki sərgimizdən sizlərə hədiyyə etdiyimiz fotoşəkillərdən baxıb təsəvvür edə bilərsiniz. Doğmalarınızın yanına döndükdə, sizdən soruşanda ki Bakının əsas simvolu nədir, gözəl, sehrli, unikal, qədim Qız Qalasını Bakının əsas simvolu kimi göstərin. Romantizmi və qeyri-adiliyi hər kəsi heyran və məftun edən Qız Qalası sizin medallara da həkk olunmuşdur. Çünki bu yeganə, ölməz və qədim simvoldur.

Biz pedaqoqlar, müəllimlər sizinlə fəxr edirik, çünki siz doğru seçim etmisiniz, elmin yollarını seçmisiniz. Arzum budur ki, heç zaman bu çətin və əziyyətli yoldan yorulub, usanıb dönməyəsiniz, bu şərəfli yolu axıra qədər davam etdirəsiniz, uğurlar və nailiyyətlər qazanasınız, sorağınız, adlarınız böyük dünya alimlərinin adları sırasında çəkilsin!

Siz təmsil etdiyiniz ölkələrdə, əlbəttə ki, təbii sərvətlər mövcuddur: qaz, neft, qızıl, pambıq və s. Amma elm olmayan yerdə təbii sərvətləri heç vaxt milli nailiyyətlərə çevirmək mümkün olmayacaq. İqtisadiyyat natamam və dayanıqsız olacaq, cəmiyyətdə doğru-dürüst tarazlıq yaranmayacaq. Bunların hamısı alimlərə, elmə, iti zehnə və ədalətli ürəyə bağlıdır. Məhz sizlər təbii sərvətləri milli nailiyyətlərə çevirəcəksiniz. Mən buna inanıram.

Bu gün bu zalda qalibləri təltif etdik, alqışladıq. Bununla bərabər, burada medal almayan iştirakçılar da əyləşiblər, biz sizlərə də öz təşəkkürlərimizi və təbriklərimizi ünvanlayırıq. Kimya elmində olduğu kimi, siz əsas kütlənin tərkib hissəsi idiniz, sizsiz bu qaliblər də olmazdı. Şübhə etməyin ki, məhz siz bu günün qaliblərini qalibə çevirdiniz.

Azərbaycanda bir məzəli məsəl var: deyirlər ki, ev yiyəsi bir qonaq gələndə sevinir, bir də gedəndə. Amma bu ikinci sevincin səbəbi qonağın getməsi olmur. İkinci sevincin əsas səbəbi qonağın ev yiyəsindən razı getməsidir. Əgər belədirsə, biz, əlbəttə, çox sevinirik və sizə “yaxşı yol” deyirik”.

Azərbaycandan hər biriniz uğur aparasınız! Sizlərə cansağlığı və ruh yüksəkliyi arzulayıram".

Sonda Nərgiz Paşayeva təşkilat komitəsinə, elmi komitəyə, Azərbaycana təşrif buyuran alimlərə, pedaqoqlara, mentorlara və digər qonaqlara, MDU-nun kimya fakültəsinə, Olimpiada keçirilməsində zəhmət çəkən hər kəsə və gənc kimyaçılara təşəkkürünü ünvanlayıb.

Beləliklə, professor Nərgiz Paşayeva Bakıda keçirilən Ümumdünya Kimya Olimpiadasını bağlı elan edib.

Olimpiadanın bayrağı Pakistana ötürüldü

Rəsmi bağlanış tədbirindən sonra möhtəşəm Gülüstan sarayında qonaqlara ziyafət verilib. Elə bu məkanda da Beynəlxalq Kimya Olimpiadasının keçiriləcəyi növbəti ölkənin adı açıqlanıb. Bu ümumdünya elm müsabiqəsinin Rəhbər Komitəsinin yeni sədri – Macarıstandan olan Qabor Magyarfalvi növbəti yarışmanın Pakistanda keçiriləcəyini elan edib. Beləliklə, Bakıdakı Olimpiadanın prezidenti Nərgiz Paşayeva müsabiqənin bayrağını Pakistandan olan baş mentor, professor Xalid Muhammed Xana ötürüb.

Müsabiqə boyunca xüsusi davranışı ilə yadda qalan məktəblilər də rəhbər komitənin diqqətindən kənarda qalmayıblar. Belə ki, imtahan zamanı özünü pis hiss edən, bununla belə yarışı yarımçıq qoymaq istəmədiklərinə görə tibbi yardımdan imtina edən iki cəsur məktəbli – Argentinadan Battauz Fabio və Nigeriyadan Otisi Amaraçi Enn Ugo “həkimdən qaçanlar” nominasiyası kimi təqdim olunan yarıciddi mükafata layiq görülüblər. Onlara Beynəlxalq Kimya Olimpiadasının Elmi Komitəsinin həmsədri, professor Aleksandr Qladilin və professor Vadim Yeryomin, həmçinin YUPAC Beynəlxalq kimya təşkilatının vitse-prezidenti, Rusiya Elmlər Akademiyasının müxbir üzvü, professor Nataliya Tarasova tərəfindən sertifikatlar və kimya elminə aid kitablar təqdim olunub.

Yarışmanın ən gənc iştirakçısına - Nigeriya komandasının 14 yaşlı üzvü Oluvatosin Mariam Oloyedə xüsusi mükafatı şəxsən professor Nərgiz Paşayeva təqdim edib.

Hədiyyə və sürprizlərlə dolu olan mərasim zamanı daha iki məktəbli BASF kompaniyasının Almaniyadakı baş ofisinə iki göndəriş vərəqəsi qazanıb. Azərbaycan komandası üçün nəzərdə tutulan dəvətnamələrdən biri Sergey Styopinə qismət olub. Göndərişin digər sahibini müəyyənləşdirmək üçün isə lotereya keçirilib və Türkiyədən olan qızıl medalçı Baturalp Yalçın Almaniyaya səyahət şansını qazanıb. Mükafatlar BASF kompaniyasının direktoru Əli İhsan Gendş və MDU-nun Bakı filialının rektoru Nərgiz Paşayeva tərəfindən təqdim olunub.

Beləliklə, Azərbaycanda ilk dəfə keçirilən 47-ci Dünya Kimya Olimpiadası uğurla başa çatıb. Olimpiada Azərbaycanın elm, təhsil həyatında parlaq və olduqca əhəmiyyətli bir hadisə kimi tarixə yazılıb.

Əminik ki, bu müsabiqə təkcə Azərbaycanda deyil, bütün ölkələrdə gənclərin kimya elminə həvəsini artıracaq, gələcəkdə məşhur elm adamlarının və bəlkə də kimya üzrə Nobel mükafatçılarının yetişməsinə öz böyük töhfəsini vermiş olacaq.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Ötən gün təhvil və aşkar edilərək götürülən silah-sursatın sayı açıqlanıb

Premyer Liqa: XXXII tura bir oyunla start veriləcək

Azərbaycan neftinin qiyməti 90 dolları ötüb

DİN: Ötən gün 82 cinayətin açılması təmin olunub

Naxçıvanda “İqlim dəyişikliyinin əməyin mühafizəsinə təsiri” mövzusunda konfrans keçirilir

Azərbaycan Ordusunda keçirilən komanda-qərargah təlimləri başa çatıb

Zərifə xanım Əliyeva ömrünü oftalmologiya elminin tərəqqisinə həsr etmiş və bu sahəyə böyük töhfələr vermişdir

Salyanda avtomobil qaçıran şəxsin digər cinayət əməllərinin üstü də açılıb

Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən şəxs saxlanılıb

ABŞ-da yük qatarı relsdən çıxaraq alovlanıb

Papa Fransisk ilk dəfə G7 sammitində iştirak edəcək

Rusiyanın Londondakı səfiri Britaniya XİN-ə çağırılıb

Polşa və Avstraliya təhlükəsizliyə dair saziş imzalamaq niyyətindədirlər

Minsk və Pekin hərbi sahədə uzunmüddətli perspektivdə əməkdaşlıq istiqamətini müəyyən ediblər

Cənubi Afrikada məhkəmə doqquz nəfəri 10 min ildən çox həbs cəzasına məhkum edib

Ekvadorda helikopterin qəzaya uğraması nəticəsində 8 nəfər həlak olub

Kral Çarlz növbəti həftədən ictimai vəzifəsinə davam edəcək

Avropa İttifaqı Moldova müxalifətinə qarşı sanksiyaların müddətini bir il uzadıb

Pentaqon rəhbəri Ukraynaya dəstəyin təfərrüatlarını açıqlayıb

Peter Siyarto: Macarıstan təzyiqlərə baxmayaraq, müstəqil mövqeyini qoruyacaq

Türkiyədə 20-ci Ankara kitab sərgisi açılıb

Daşkənddə Azərbaycan kitabları sərgilənib

Arda Gülərin yeganə qolu "Real Madrid"ə vacib üç xal qazandırıb

ADPU-da Elmi Şuranın iclası: reytinq qiymətləndirilməsinin nəticələri təqdim olundu

“Əsrin müqaviləsi” Azərbaycanın davamlı inkişafının təməlidir

“Əsrin yaşıl müqaviləsi” Azərbaycanın dəniz külək enerjisi ilə bağlı arzusunu reallığa çevirə bilər

Mərakeş Kralı COP29-a dəvət olunub

Türkiyə Prezidentinin ABŞ-a səfəri təxirə salınıb

MEK-də akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş sərgi açılıb

Siyasi şərhçi: Türkiyə təkcə qardaşı olduğu üçün deyil, həm də haqlı olduğu üçün Azərbaycanın yanındadır

Avropol əntiq kitabların kütləvi oğurluğunu ifşa edib

Fransada məktəbliləri daşıyan iki avtobus yük maşını ilə toqquşub

Media: Misir-İsrail görüşündə Qəzza ilə bağlı əhəmiyyətli irəliləyiş əldə edilib

Azərbaycan millisinin voleybolçusu Rumıniya klubundan ayrılıb

Dövlət Komitəsində amerikalı qonaqlarla görüş

Superliqa: "Qalatasaray" üç xalı üç qolla qazanıb

“Muzeydə musiqili axşamlar” layihəsi “Duet” proqramını təqdim edir

"Ədibin evi"ndə Mir Cəlal Paşayevin 116 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Ağdamda keçirilən əmək yarmarkasında 222 vakansiya təqdim olunub

Dmitri Savelyev: Cənubi Qafqazda sülhün və sabitliyin qorunması bütün Avrasiya üçün qlobal təhlükəsizlik məsələsidir

Zərifə xanım Əliyevanın oftalmologiya elminin inkişafındakı xidmətləri əvəzsizdir

TBMM-in üzvü: Şuşa özünün dəyərləri və mədəniyyəti ilə çox fərqli bir yerdir

Şərurun avtomobil yollarında yeni nişanlar quraşdırılıb

Monteneqro Baş nazirinin müavini: Ölkələrimiz arasındakı əlaqələr strateji tərəfdaşlıq xarakteri daşıyır

Bakı Marafonu üçün 15 mindən çox iştirakçı qeydiyyatdan keçib

Qırğız Mədəniyyəti Günlərinin bağlanış mərasimi keçirilib

Almaniyadakı Azərbaycan diasporunun üzvləri Prezident İlham Əliyevi böyük coşqu ilə qarşılayıblar

Yelena Haqverdiyeva – rəssam və ilham pərisi

Azərbaycan və Monteneqro parlamentləri arasında əlaqələr müzakirə olunub

Azərbaycan Basketbol Liqası: "Neftçi" çempionatın son oyununda "Sərhədçi"ni məğlub edib

Mənəvi dəyərlərin təcəssümü: qəlblərdə yaşayan nurlu insan

Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb VİDEO

Hidayət Heydərov dördqat Avropa çempionu olub

Gəncə Autizm Mərkəzinin fəaliyyətinin dəstəklənməsi məqsədilə xeyriyyə gecəsi təşkil edilib

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB-2 VİDEO

SOCAR ilə “Azərxalça” ASC-nin əməkdaşlığı nəticəsində hazırlanan müxtəlif ölçülü xalçaların kəsim mərasimi keçirilib

Bu il 4 minə yaxın şəxsə evlərində sosial-məişət xidməti göstərilib

Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

Prezident İlham Əliyevin Rusiyaya səfəri regionda təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolunu bir daha təsdiqlədi - RƏY

Energetika naziri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyib

Məşhur Rusiya aktyorları Bakı şəhərində gəzintiyə çıxıblar

Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Atık Fondu arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib

Prezident İlham Əliyevin Berlində Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

® Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatıb

ÜST və TƏBİB Avropa İmmunlaşdırma Həftəsi ilə bağlı silsilə tədbirlərə başlayıb

Məhkumlar narkomaniyanın sağlamlığa mənfi təsiri barədə məlumatlandırılıb

Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib

Qırx beş məktəbdə metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Bakının Elşən Süleymanov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Cəzaçəkmə müəssisəsində narkomaniyanın cəmiyyətə vurduğu sosial bəlalardan bəhs olunub

Badam bağları və kartof sahələrində fitosanitar monitorinqlər aparılıb

İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub

Uzunmüddətli reabilitasiya xidmətlərinin tətbiqi üçün Nazirlər Kabinetinə ünvanlanan təkliflər hazırlanıb

Rəqəmsal radio texnologiyasının avtomobillərdə tətbiqi müzakirə olunub

Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü olub  YENİLƏNİB VİDEO

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhəri ilə tanış olublar – YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB-2 VİDEO

Məktəblilərimiz 58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında uğur qazanıblar

“Azərkosmos” “Türksat”ın yeni peyk texnologiyalarından faydalanacaq

Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təşkili ilə bağlı kompleks tədbirlər müzakirə olunub

“Yanındayıq” mentorluq layihəsinə müraciət edən müəllimlərlə görüş təşkil olunub

Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək

Bakı Ali Neft Məktəbində “Gənclər sağlam həyat tərzi seçir” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Corc Vaşinqton Universiteti ilə ADPU-nun ikili diplom proqramı çərçivəsində təlimlər keçirilib

“Gələcəyin zəkası” layihəsinə müraciət edən iştirakçılarla görüş keçirilib

Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun büstünün açılışı olub

Coğrafiyaçı alimlər beynəlxalq konfransda demoqrafiya mövzusunda məruzə ediblər

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvanda vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti istifadəyə verilib

Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir

Hakimlərin müstəqilliyinin gücləndirilməsi üçün qanunvericiliyə sonuncu dəyişikliklər Avropada yüksək qiymətləndirilib

Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik

Gəncə və Şəmkirdə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüşlər keçirilib

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub