İDMAN
Gənclər və idman naziri avqustun 5-də Qəbələdə vətəndaşları qəbul edəcəkdir
Bakı, 30 iyul (AZƏRTAC). Gənclər və idman naziri Azad Rəhimov avqustun 5-də Qəbələdə vətəndaşları qəbul edəcəkdir.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, qəbulda Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala, Balakən və İsmayıllı rayonlarının sakinləri iştirak edəcəklər.
Qəbul saat 11:00-da Qəbələ Mədəniyyət Mərkəzində (Qəbələ şəhəri, 28 may küçəsi, 40) başlanacaqdır.
Qəbula gəlmək istəyən vətəndaşlar iyulun 30-dan avqustun 3-dək müvafiq şəhər və rayonların gənclər və idman idarələrinə müraciət edə bilərlər. Qəbul üçün vətəndaşların qeydiyyatı iyulun 30-dan avqustun 3-dək, saat 09:00-dan 18.00-dək aparılacaqdır.
Qeyd edək ki, qəbula gəlmək istəyən vətəndaşlar aşağıdakı rayonların gənclər və idman idarələri ilə əlaqə saxlamalıdırlar:
Qəbələ rayon Gənclər və İdman İdarəsi
Mob: 050-399-06-33
E-mail: [email protected]
Şəki rayon Gənclər və İdman İdarəsi
Mob: 055-605-00-00
E-mail: [email protected]
Oğuz rayon Gənclər və İdman İdarəsi
Mob: 050-394-94-04
E-mail: [email protected]
Zaqatala rayon Gənclər və İdman İdarəsi
Mob: 050-382-78-13
E-mail: [email protected]
Balakən rayon Gənclər və İdman İdarəsi
Mob: 055-722-12-15
E-mail: [email protected]
Qax rayon Gənclər və İdman İdarəsi
Mob: 055-365-25-00, 050-344-15-11
E-mail: [email protected]
İsmayıllı rayon Gənclər və İdman İdarəsi
Mob: 055/070-208-50-73
E-mail: [email protected]