MƏDƏNİYYƏT
“Grammy”nin təntənəli təqdimat mərasimi olmuşdur
Bakı, 11 fevral (AZƏRTAC). ABŞ-ın Los-Anceles şəhərindəki “Staples Center”də dünyanın ən nüfuzlu musiqi mükafatlarından olan “Grammy”nin təntənəli təqdimat mərasimi keçirilmişdir.
Mərasimdə “fun.” qrupunun ifa etdiyi “We Are Young” mahnısının “İlin ən yaxşı mahnısı” seçildiyi elan edilmişdir.
Əlli beşinci Grammy mərasiminin aparıcıları Svift və Lyuk Brayan bildirmişlər ki, builki mərasimdə 81 nominasiyada mükafatlar verilmişdir. Britaniyalı Adel “Ən yaxşı solo pop-kompozisiya ifası” nominasiyasında qalibi olmuşdur.
“Ən yaxşı rep ifa” nominasiyasında Kanye Uest və Cey Zin, “İlin prodüseri” nominasiyasında “The Black Keys”in vokalçısı Den Auerbax lider olmuşlar.
Bundan əlavə, “The Black Eyes” qrupu “İlin ən yaxşı rok mahnısı” və “İlin ən yaxşı rok albomu” nominasiyalarının qalibi olmuşlar.
“Ən yaxşı albom” nominasiyasında mükafat “Babel”ə görə Britaniyanın “Mumford & Sons” qrupuna verilmişdir.
Amerika Səsyazma Akademiyasının 1958-ci ildən bəri verdiyi “Grammy” mükafatı musiqi dünyasının “Oskar”ı sayılır.