SİYASƏT
GUAM: CARİ ƏMƏKDAŞLIQ MƏSƏLƏLƏRİ VƏ ƏN YAXIN PLANLAR MÜZAKİRƏ EDİLMİŞDİR
Kiyev, 1 sentyabr (AZƏRTAC). Demokratiya və İqtisadi İnkişaf Uğrunda Təşkilatın (GUAM) Kiyevdəki Katibliyinin rəsmi saytında dərc edilmiş məlumata görə, Gürcüstanın xarici işlər nazirinin müavini David Calaqaniya GUAM-ın Baş katibi Valeri Çeçelaşvilini Tbilisidə qəbul etmişdir.
Danışıqlar zamanı Təşkilatın cari əməkdaşlıq məsələləri, Milli Əlaqələndiricilər Şurasının növbəti iclasının Kiyevdə, GUAM-ın Xarici İşlər Nazirləri Şurasının növbəti iclasının isə BMT-nin Baş Məclisinin 64-cü sessiyası çərçivəsində Nyu-Yorkda keçirilməsi məsələləri müzakirə edilmişdir.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
######
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.04.2024 [19:24]
Yan Vanmin: Çin Azərbaycanla əlaqələrə böyük dəyər verir
- 30.04.2024 [18:43]
Azərbaycan səfiri britaniyalı nazirlə görüşüb
- 30.04.2024 [17:27]