İDMAN
Gürcüstanda ağır atletika üzrə beynəlxalq yarışda idmançılarımız iki qızıl medal qazanıblar
Bakı, 25 dekabr, Nicat Məmmədov, AZƏRTAC
Dekabrın 22-dən 23-dək Gürcüstanın Kutaisi şəhərində ağır atletika üzrə üçqat Olimpiya çempionu Kaxi Kaxiaşvilinin şərəfinə beynəlxalq turnir keçirilib.
Azərbaycan Ağır Atletika Federasiyasından AZƏRTAC-a bildiriblər ki, yarışda yerli idmançılarla yanaşı, azərbaycanlı atletlər də iştirak ediblər. Paşa İbrahimli 73 kiloqram, Kamran İsmayılov isə 96 kiloqram çəki dərəcələrində mübarizə aparıblar. Məşqçi Taleh Hüseynovun rəhbərliyi altında çıxış edən atletlər iki qızıl medal qazanmağı bacarıblar.
Paşa İbrahimli toplam 286 kiloqram (130+156) nəticə ilə öz çəki dərəcəsində bütün rəqiblərini qabaqlayıb. Kamran İsmayılov isə 322 kiloqram (141+181) nəticə ilə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.04.2024 [17:26]
Azərbaycan cüdo millisinin “Böyük Dəbilqə” turniri üçün heyəti açıqlanıb
- 30.04.2024 [16:48]
Stolüstü tennis üzrə Azərbaycan birinciliyi keçiriləcək
- 30.04.2024 [15:47]
Azərbaycanın Avropa çempionu FIDE reytinqində irəliləyib
- 30.04.2024 [14:46]
Azərbaycan millisi Slovakiya ilə yoldaşlıq oyunu keçirəcək
- 30.04.2024 [14:18]
Acun Ilıcalı daha bir futbol klubunu satın alır
- 30.04.2024 [13:32]