DÜNYA
Gürcüstanda hakim partiyanın sıralarını tərk edən vəzifəli şəxslərin sayı artır
Tbilisi, 11 iyul, AZƏRTAC
Gürcüstanın hakim “Gürcü arzusu-Demokratik Gürcüstan” Partiyasının üzvləri sırasında istefa verənlərin sayı durmadan artır. Ölkənin müxtəlif bölgələrində hakim partiyanı təmsil edən daha dörd nəfər vəzifəsindən istefa verib.
AZƏRTAC xəbər verir ki, istefa verənlər yerli hakimiyyət orqanlarının nümayəndələridir. Laqodexi bələdiyyəsi sədrinin müavini Giorgi Qambaşidze, Çiatura şəhər şurasının üzvü Nikoloz Samxaradze, Tercola və Axaltsixe şəhər şuralarının sədr müavinləri Omar Cixvaşvili və Saba Kbilaşvili tutduqları vəzifə ilə yanaşı, partiya sıralarını da tərk ediblər. Onlar bununla “Gürcü arzusu-Demokratik Gürcüstan” Partiyasını bu günlərdə tərk edən Sozar Subari, Mixeil Kavelaşvili və Dmitri Xundadzeyə dəstəklərini ifadə ediblər.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.05.2024 [17:08]
Rişi Sunak: Yerli seçkilərin nəticələri məyusedicidir
- 03.05.2024 [16:31]
Almaniyada ixtisaslı işçilərə ciddi ehtiyac yaranıb
- 03.05.2024 [16:23]
Konqoda bomba partlayışı nəticəsində on nəfər ölüb
- 03.05.2024 [16:06]
ABŞ-da Fələstinə dəstək aksiyalarında 2,1 min nəfər həbs olunub
- 03.05.2024 [16:04]
Suriyada İŞİD-in hücumu nəticəsində 17 hərbçi həlak olub
- 03.05.2024 [15:47]
Pakistanda avtobus qəzasında ölənlərin sayı 20 nəfərə çatıb
- 03.05.2024 [15:16]
Milanda içki satışına bəzi qadağalar qoyulub
- 03.05.2024 [15:03]
Vyetnamda qidadan 487 nəfər zəhərlənib
- 03.05.2024 [15:01]