DÜNYA
Gürcüstanda prezident seçkiləri: Dövlət başçısı sonuncu dəfə birbaşa xalq tərəfindən seçilir
Tbilisi, 28 oktyabr, AZƏRTAC
Oktyabrın 28-də Gürcüstanda prezident seçkiləri keçirilir.
AZƏRTAC xəbər verir ki, bu gün Gürcüstanda dövlət başçısı sonuncu dəfə birbaşa xalq tərəfindən seçilir.
Gürcü xalqı beşinci prezidentini 6 illiyə seçəcək.
Seçkilərdə qələbə qazanacaq prezidentin andiçmə mərasimindən sonra yeni Konstitusiya da qüvvəyə minəcək.
Yeni Konstitusiyada ölkə prezidentinin əhalinin birbaşa iştirakı ilə deyil, 300 nəfərlik seçki kollegiyası tərəfindən seçilməsi nəzərdə tutulub.
Kollegiyanın üzvləri 300 nəfərdən ibarət olacaq və bu heyətə parlamentin deputatları, Abxaziya, Acarıstan muxtar respublikalarının və yerli özünü idarəetmə orqanlarının rəhbərləri daxil olacaq.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.04.2024 [21:02]
İndoneziya sahillərində güclü zəlzələ baş verib
- 27.04.2024 [17:42]
Kubadakı nağd pul çatışmazlığı inflyasiya böhranını daha da artırır
- 27.04.2024 [15:48]
Qanalı qeyri-adi rekordla Ginnesin Rekordlar Kitabına düşüb
- 27.04.2024 [14:43]
Rusiyada əcnəbilər yalnız biometriya ilə sim-kart əldə edə biləcək
- 27.04.2024 [14:31]