Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Gürcüstanın Prezidenti Giorgi Marqvelaşvilidən

Zati-aliləri,

Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırmaqdan məmnunam.

Azərbaycan xalqı öz dövlətçiliyini qorumaq, uğurlu, sabit və müstəqil dövlət qurmaq üçün müxtəlif çətinlikləri dəf edib. Bu gün ölkənizin irəliləyişini və tərəqqisini aydın görürük. Səmimi qəlbdən inanıram ki, Sizin rəhbərliyinizlə Azərbaycan Respublikasının gələcəkdə də yeni inkişaf zirvələri və uğurlar əldə edəcəyinə şahid olacağıq. Ölkənizlə güclü tarixi əlaqələrimiz olduğu üçün əminəm ki, bizim birgə səylərimizlə Gürcüstan ilə Azərbaycan arasında ənənəvi dostluq münasibətləri xalqlarımızın qarşılıqlı mənafeyi naminə daha da dərinləşəcək və möhkəmlənəcəkdir.

Fürsətdən istifadə edərək, icazə verin, Gürcüstanın suverenliyinə və ərazi bütövlüyünə göstərdiyiniz möhkəm dəstəyə görə Sizə minnətdarlığımı bildirim.

Zati-aliləri, Sizə ən dərin ehtiramımı bildirir, dost Azərbaycan xalqının sülh və tərəqqisi naminə göstərdiyiniz səylərdə daim uğur qazanmağınızı arzu edirəm.

Dərin hörmətlə,

Giorgi Marqvelaşvili

Gürcüstanın Prezidenti

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin