Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Haaqadakı “Ana Vətən” Niderland Azərbaycanlı Qadınlar Birliyinin sədri Mayisə Ağamirzəyevadan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri.

Sizi Azərbaycan Respublikasının Prezidenti seçkilərində qazandığınız qələbə münasibətilə “Ana Vətən” Niderland Azərbaycanlı Qadınlar Birliyi, onun tərkibində fəaliyyət göstərən Nizami Gəncəvi adına Haaqa həftəsonu Azərbaycan dili məktəbinin şagirdləri adından və şəxsən öz adımdan ürəkdən təbrik edirəm.

Hörmətli Prezident, inanırıq ki, Azərbaycanımızın yüksəlişi üçün gördüyünüz böyük işlər bundan sonra da davam edəcək və ölkəmiz beynəlxalq aləmdə daim inkişaf etmiş bir ölkə olaraq tanınacaqdır. Biz - Hollandiyada yaşayan azərbaycanlı qadınlar həmişə Sizin siyasətinizi dəstəkləmişik və bundan sonra da dəstəkləyəcəyik.

Dərin hörmətlə,

 

Mayisə Ağamirzəyeva

Haaqadakı “Ana Vətən” Niderland Azərbaycanlı Qadınlar Birliyinin sədri

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin