REGİONLAR
Hacıqabulda evdən oğurluq edən şəxs saxlanılıb
![](/files/galleryphoto/2019/1/1200x630/15519490114434129268_1200x630.jpg)
![](/files/galleryphoto/2019/1/1200x630/1551949011177276622_1200x630.jpg)
![](/files/galleryphoto/2019/1/1200x630/15519490112015349034_1200x630.jpg)
Hacıqabul, 7 mart, Mahir Babayev, AZƏRTAC
Hacıqabulun Rəncbər kəndində evdən oğurluq edən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, martın 4-də Hacıqabul Rayon Polis Şöbəsinə rayonun Rəncbər kəndində yaşayan vətəndaşa məxsus evdən 3 min manat dəyərində qızıl-zinət əşyaların oğurlanması barədə məlumat daxil olub. Məlumatla əlaqədar polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Hacıqabul şəhər sakini Famil Əkbərov saxlanılıb. Araşdırmalar nəticəsində məlum olub ki, F.Əkbərov evə pəncərədən daxil olaraq ümumi dəyəri 3 min manat olan qızıl saat, 3 qızıl boyunbağı, 2 qızıl üzük və digər əşyaları oğurlayıb.
Saxlanılaraq polis şöbəsinə gətirilən F.Əkbərovun üzərinə baxış keçirilərkən əynindəki gödəkcənin cibindən kibrit qutusundan marixuana və 7 ədəd 50 milliqramlıq “framadol” preparatı aşkarlanaraq götürülüb.
Faktla bağlı Hacıqabul Rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.