MƏDƏNİYYƏT
Hələ də Qubadakı kütləvi məzarlıqda gördüklərimin təsiri altındayam
![Hələ də Qubadakı kütləvi məzarlıqda gördüklərimin təsiri altındayam](/files/2014/2/1200x630/14092281011950918279_1200x630.jpg)
Tur-aksiyada iştirak edən Qaxdakı 2 nömrəli məktəb-liseyin XI sinif şagirdi Aygül Ağayeva AZƏRTAC-a müsahibəsində dörd günlük ekskursiyanın məhsuldar keçdiyini bildirdi. Məktəbli qeyd etdi ki, Azərbaycanın şimal bölgəsinə səyahət çərçivəsində hər gün bir rayonla yaxından tanış olduq. Məktəbli daha sonra dedi: “Doğma rayonumuzdan xeyli uzaqda olsam da heç darıxmadım. Tur-aksiyanın hər günü maraqlı keçdi. Bu səfərlə bağlı xeyli şirin xatirələrim formalaşdı. Mən daha çox təbiət mənzərələrinin, istirahət guşələrinin yadımda qalacağını düşünürdüm. Amma Şabran, Qusar və Quba rayonlarındakı tarixi məkanları gördükdən sonra fikrim tamam dəyişdi. Hələ də Qubadakı kütləvi məzarlıqda gördüklərimin təsiri altındayam. Mən və şagird yoldaşlarım gün ərzində olduğumuz tarixi yerlər haqqında müzakirələr aparırdıq. Gördüklərimiz barədə doğma məktəbimizdə də danışacağıq. Bu tur-aksiyanın təşkilatçılarına, eləcə də bizi ən əziz qonaqları kimi qarşılayan yerli sakinlərə təşəkkür edirəm”.