MƏDƏNİYYƏT
Hər ay 500 milyon insan “Google”da mədəniyyətlə bağlı axtarış edir
Bakı, 15 noyabr, AZƏRTAC
Dünyanın ən böyük axtarış sistemi olan “Google”da hər ay 500 milyon insan mədəniyyət sahəsi ilə maraqlanır.
AZƏRTAC TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə Afrika, Latın Amerikası, Yaxın Şərq, Rusiya və MDB ölkələri üzrə “Google”un Strateji Layihələr şöbəsinin müdiri Dona Raz Levi xəbər verib.
“Bütün dünya üzrə hər ay 500 milyon insan mədəniyyətlə bağlı axtarış edir və bu sahəyə olan maraq durmadan artır”, - deyə şöbə müdiri bildirib.
Sonra şirkətin nümayəndəsi Ermitaj, Tretyakov Qalereyası, Luvr kimi böyük beynəlxalq muzeylərin uğurla rəqəmsallaşdırılmasından, korporasiyanın xidmətlərində Rusiya ədəbiyyatının tanıdılmasından danışıb.
“Biz, həmçinin online oxu zallarını inkişaf etdiririk. Lev Tolstoyun “Anna Karenina” əsərindən başladıq, nəticədə bu əsərin satışı bütün dünyada 40 faiz artdı”, - deyə o əlavə edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.04.2024 [21:00]
“Azərbaycanfilm” kinostudiyasından VİDEOREPORTAJ
- 30.04.2024 [17:32]
Xalq yazıçısı Anar İstanbul Kültür Universitetində tələbələrlə görüşüb
- 30.04.2024 [15:20]
Əməkdar artist Osman Hacıbəyovun 100 illiyi münasibətilə tədbir keçirilib
- 30.04.2024 [14:57]
“Tron 3” filminin nümayiş tarixi məlum olub
- 30.04.2024 [14:55]
Məhəmməd Füzuli yaradıcılığı Polşa ədəbiyyat portallarında
- 30.04.2024 [14:38]
Akademik Milli Dram Teatrı may repertuarını açıqlayıb
- 30.04.2024 [14:08]