REGİONLAR
“Heydər Əliyev – Böyük azərbaycanlı” mövzusunda elmi-praktik konfrans
Ucar, 6 may, AZƏRTAC
Ucar Rayon İcra Hakimiyyətinin və YAP rayon təşkilatının birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunan “Heydər Əliyev – Böyük azərbaycanlı” mövzusunda elmi-praktik konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, rayon ziyalılarının, ictimaiyyətin çoxsaylı nümayəndələrinin də iştirak etdikləri konfransda “Heydər Əliyev – müstəqil Azərbaycanımızın dövlətçilik tarixini yaradan dahi şəxsiyyət: 1969-1982-ci illər”, “Böyük azərbaycanlı Heydər Əliyev ömrünün 1982-1993-cü illər dövrü”, “Heydər Əliyevin Azərbaycan tarixinin 1993-2003-illər dövrü haqqında”, “Heydər Əliyev – dünya tarixinin azərbaycanlı dahisi”, “Dünya siyasətçiləri Heydər Əliyev haqqında” mövzularda məruzələr dinlənilib, çıxışlar olub.
Elmi-praktik konfransda ümummilli lider Heydər Əliyevin keçdiyi şanlı həyat yolu, ictimai-siyasi fəaliyyəti barədə ətraflı danışılıb, Ulu Öndərimizin müasir, müstəqil Azərbaycan dövlətinin yaradılmasındakı misilsiz xidmətlərindən danışılıb.