Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Afinada “Bakı-2015” Avropa Oyunlarının təqdimatı keçirilib
Təqdimat mərasimində Azərbaycanın birinci xanımı Mehriban Əliyeva iştirak edib[YENİLƏNİB]

Afina, 29 sentyabr (AZƏRTAC). 2015-ci ildə Azərbaycanda keçiriləcək ilk Avropa Oyunlarının Heydər Əliyev Fondu tərəfindən təşkil olunan təqdimatlarından biri sentyabrın 28-də Afinadakı “Akropol” muzeyində reallaşdı.

Təqdimat mərasimində Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva iştirak edib.

Tədbirdə Yunanıstan parlamentinin sədri, Baş nazirin müavini, inzibati islahatlar naziri, turizm naziri, deputatlar, idman ictimaiyyətinin nümayəndələri də iştirak ediblər.

Mərasimin aparıcısı Aleksis Kostalas “Bakı-2015” Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanı salamladı. O, 2015-ci ildə Bakıda keçiriləcək Avropa Oyunlarına hazırlıq işlərinin yüksək səviyyədə getdiyini bildirdi.

Sonra ilk Avropa Oyunlarına hazırlıqla bağlı film nümayiş etdirildi. Filmdə Avropa Oyunlarının yaranma ideyası və indiyə qədər görülən işlər əksini tapıb.

Daha sonra Azərbaycanın birinci xanımı Mehriban Əliyeva çıxış etdi.

Birinci xanım Mehriban Əliyevanın

çıxışı

- Hörmətli Yunanıstan Respublikası parlamentinin sədri.

Hörmətli nazirlər, deputatlar, Avropa Parlamentinin üzvləri, səfirlər.

Hörmətli Yunanıstan Respublikası Olimpiya Komitəsinin prezidenti Spiros Kapralos və mənim əziz dostum Marianna.

Hörmətli qonaqlar, cənablar, xanımlar və dostlar.

Bu möhtəşəm məkanda sizi salamlayıram və 2015-ci ildə Bakıda keçiriləcək ilk Avropa Oyunlarının təqdimatına həsr olunmuş şam yeməyində iştirak etdiyiniz üçün sizə təşəkkürümü bildirirəm. Yunanıstanda yenidən olmaq məndə böyük məmnunluq hissi oyadır və mükəmməl qonaqpərvərliyiniz üçün sizə təşəkkürümü bildirirəm. Dünən biz hamımız tarixi “İrodio” Teatrında gözəl konsertdən həzz aldıq və havanın yağışlı olacağı barədə proqnoza baxmayaraq hava şəraiti çox yaxşı idi. Əlverişli hava şəraitinin olması çox yaxşı işarə idi. Dəyərli töhfəsinə görə əziz dostum Marianna Vardinoyannisə dərin və səmimi təşəkkürümü bildirmək istəyirəm. Çox şadam ki, onun simasında həm UNESCO-da, həm də ikitərəfli əlaqələrimizdə uzun illərdir yaxın əməkdaşlıq etdiyimiz həqiqi dostumu tapmışam.

Hörmətli dostlar, icazə verin Yunanıstan və Azərbaycan arasındakı münasibətlərdən başlayım. Bu münasibətlər qarşılıqlı hörmət, maraq və dostluğa əsaslanan strateji tərəfdaşlıq münasibətləridir. Baxmayaraq ki, ölkələrimizi ümumi sərhədlər ayırmır, bizim millətlər həmişə bir-birinə qarşı xüsusi rəğbət və isti münasibət bəsləyiblər. Çox şadam ki, ötən bir neçə il ərzində ölkələrimiz arasında münasibətlərdə bir çox sahələrdə, o cümlədən, siyasi, mədəni, iqtisadi və elmi sahələrdə ciddi tərəqqi müşahidə olunub. Azərbaycan iqtisadiyyatının dinamik artımı ikitərəfli əlaqələrimizin bir çox sahələrdə, xüsusilə ticarət və investisiya sahələrində inkişafı üçün əlverişli şərait yaradır. Ermənistanın Azərbaycan ərazisinin 20 faizini işğal altında saxlamasına və 1 milyondan artıq qaçqın və məcburi köçkünün olmasının fəsadlarına baxmayaraq ötən on ildə ölkəmizin ümumi daxili məhsulu üç dəfə artıb və bu gün bütün Cənubi Qafqaz regionunun ümumi daxili məhsulunun 70 faizdən artığı Azərbaycanın payına düşür. Energetika sektorunda əməkdaşlığımız yeni müstəviyə yüksəldilib. Bu yaxınlarda “Cənub” qaz dəhlizi layihəsinə start verməklə Azərbaycan Avropanın, o cümlədən Yunanıstanın enerji təhlükəsizliyinin gücləndirilməsinə öz töhfəsini verib. Bu strateji layihənin həyata keçirilməsi bizim ikitərəfli əlaqələrimizin gələcəkdə güclənməsinə xidmət edəcək və Yunanıstan öz ərazisindən Azərbaycan qazının Avropa bazarına çatdırılacağı ilk Avropa İttifaqı ölkəsi olacaqdır.

Əziz dostlar, bu gün humanitar sahədə əməkdaşlığımızı xüsusi qeyd etmək istəyirəm. Son bir neçə ildə universitetlər, məktəblər, kitabxanalar, muzeylər və elmi institutlar arasında əlaqələr daha da intensivləşib. Ümidvaram ki, Gəncə və Saloniki şəhərləri arasında qurulmuş birbaşa əlaqələr ölkələrimizin digər şəhərləri üçün örnək olacaq və xalqlarımızı bir-birinə daha da yaxınlaşdıracaqdır.

Ölkələrimizin sıx əməkdaşlıq qurduğu digər bir vacib sahə idmandır. Bu gün gənclərimizi olimpiya fənləri üzrə yüksək keyfiyyətli təhsillə təmin edəcək Beynəlxalq Olimpiya Akademiyası ilə tərəfdaşlığımızı da qeyd etmək istəyirəm. Yalnız bu bir neçə nümunə göstərir ki, Azərbaycan və Yunanıstan arasında münasibətlərin güclü potensialı var və ümidvaram ki, bu potensial gələcəkdə tamamilə reallaşacaqdır.

Əziz dostlar, bildiyiniz kimi, Azərbaycanda ilk Avropa Oyunları keçiriləcəkdir. Baxmayaraq ki, Olimpiya hərəkatı Yunanıstanda, Afinada başlayıb və bərpa olunub, Avropada digər qitələrdən fərqli olaraq heç vaxt Avropaya məxsus oyunlar keçirilməyib. Biz fəxr edirik ki, Azərbaycana bu oyunları ölkəmizdə təşkil etmək üçün tarixi fürsət verilib. On yeddi gün davam edəcək oyunlarda 6 mindən çox idmançı 20 idman növündə rəqabət aparacaqdır. Avropa Olimpiya Komitəsinin bu qərarı Azərbaycan xalqı tərəfindən böyük sevinc və dəstəklə qarşılanıb. Bu tarixi qərara görə bu gün Yunanıstan Olimpiya Komitəsinin prezidenti və “Bakı 2015” Əlaqələndirmə Komissiyasının sədri cənab Spiros Kapralosun simasında təmsil olunmuş Avropa Olimpiya Komitəsinə təşəkkürümü bildirmək istəyirəm.

Bu gün Azərbaycan idman ölkəsi kimi də yaxşı tanınır. Müstəqilliyimizi bərpa etdikdən sonra idmanın inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən biri olub. İdmançılarımız 1996-cı ildən etibarən Olimpiya Oyunlarında iştirak edib və qısa müddət ərzində əldə etdiyimiz nailiyyətlərlə fəxr edə bilərik. Son Yay Olimpiya Oyunlarında idmançılarımız 10 medal qazanıb və medalların sayına görə ümumi reytinqdə ilk 30 ölkə sırasına daxil olub. Ötən 10 ildə ölkəmizdə 40-dan çox müasir olimpiya idman kompleksi tikilib və bu da bir çoxunun idmanı peşəkar karyera kimi seçdiyi gənclərimizin qarşısında yeni üfüqlər və imkanlar açıb. Bu yaxınlarda Çində gənclər arasında keçirilən Olimpiya Oyunlarında idmançılarımız 12 medal, o cümlədən 5 qızıl medal qazanıb və ölkəmiz bütün iştirakçılar arasında 10-cu, Avropa ölkələri arasında isə 6-cı yeri tutub.

Bizim bir çox Avropa və dünya çempionatlarının keçirilməsində də zəngin təcrübəmiz var və bu yarışların hamısı iştirakçılar və rəsmilər tərəfindən yüksək qiymətləndirilib. Mən nümunə kimi 2014-cü ilin iyun ayında Bakıda uğurla keçirilən bədii gimnastika üzrə Avropa çempionatını qeyd etmək istəyirəm.

İdmançılarımızın bütün bu nailiyyətləri, müasir idman infrastrukturu, idmanın inkişafına göstərilən güclü dövlət dəstəyi, habelə ölkəmizin mükəmməl iqtisadi artımı Avropa Olimpiya Komitəsinin qərarına zəmin yaradan əsas amillər idi. Bu qərara təkcə sevinclə yox, həm də məsuliyyətlə yanaşırıq. İlk Oyunlar gələcəkdə keçiriləcək oyunlar üçün standartları müəyyən edəcək. Azərbaycan ilk Avropa Oyunlarını Yay Olimpiya Oyunları səviyyəsində keçirməyi qarşısına məqsəd qoyub. “Bakı-2015” ilk Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri kimi sizi əmin edə bilərəm ki, oyunların mümkün olan ən yüksək səviyyədə keçirilməsi və idmançılara, rəsmilərə, habelə qonaqlara və yerli vətəndaşlara zəruri şəraitin yaradılması üçün əlimizdən gələni edəcəyik. Bu oyunların keçirilməsi üçün bizə iki il yarım vaxt verilməsinə baxmayaraq, bu gün əminik ki, bütün hazırlıq işləri vaxtında tamamlanacaq. Biz Avropa Olimpiya Komitəsi və Beynəlxalq Olimpiya Federasiyası ilə məhsuldar və güclü əməkdaşlığımızdan məmnunuq. Mən həqiqətən də inanıram ki, Bakıda keçiriləcək oyunlarda Olimpiya Oyunlarının ədalətlilik, dostluq və həmrəylik dəyərlərinə riayət olunacaqdır.

Yekunda, əziz dostlar, sizin hamınızı bu tarixi oyunlarda iştirak etməyə, zəngin mədəniyyətə və tarixə malik qədim ölkə olan, Qərb ilə Şərqin qovuşuğunda yerləşən, müxtəliflik, tolerantlıq və mehribanlığına görə çox yaxşı tanınan Azərbaycanı kəşf etməyə dəvət edirəm. Yunanıstan və onun dostsevər xalqına xoşbəxtlik, müvəffəqiyyət və rifah arzu etmək istəyirəm. Səmimi qonaqpərvərliyinizə görə bir daha təşəkkür edirəm və sizə yaxşı vaxt keçirməyi arzu edirəm.

Diqqətinizə görə çox sağ olun.

X X X
Sonra çıxış edən Yunanıstanın inzibati islahatlar naziri Kiriakos Mitsotakis ölkəsinin Azərbaycan ilə əlaqələrinə toxunaraq ikitərəfli münasibətlərin getdikcə inkişaf etdiyini bildirdi. O, 2015-ci ildə Bakıda keçiriləcək ilk Avropa Oyunlarının uğurla baş tutacağına əminliyini vurğuladı və Yunanıstanın dəstəyini ifadə etdi.

Yunanıstanın mədəniyyət nazirinin müavini Angela Gerekoi bildirdi ki, Avropa “Bakı-2015”-i səbirsizliklə gözləyir. “Bu, bütün qitənin həyatında mühüm tədbir olacaqdır”, - deyən Angela Gerekoi qeyd etdi ki, bu idman tədbiri Avropa xalqları arasında əlaqələri daha da gücləndirəcək.

Yunanıstan Milli Olimpiya Komitəsinin sədri Spiros Kapralos Avropa tarixində ilk dəfə baş tutan bu oyunlara hazırlığın yüksək səviyyədə getdiyini bildirdi. Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərliyi altında Təşkilat Komitəsinin gərgin işlədiyini və bu prosesə Prezident İlham Əliyevin güclü dəstək verdiyini deyən Spiros Kapralos onu da vurğuladı ki, bütün Avropa kimi Yunanıstan da bu oyunları həvəslə gözləyir.

Yunanıstanın kanoe idmanı üzrə olimpiya çempionu Voula Kozumbali ilk Avropa Oyunlarının yeni dostlar, yeni tanışlıqlar üçün əla fürsət olacağını dedi, bu idman tədbirində olimpiya və qeyri-olimpiya oyunlarının bir arada təmsil olunmasının mühüm hadisə olduğunu diqqətə çatdırdı.

Çıxışlardan sonra Azərbaycan incəsənət ustaları - cazmen Elçin Şirinovun başçılıq etdiyi trio və balaban ustası Şirzad Fətəliyev milli musiqilərimizdən ibarət maraqlı konsert proqramı təqdim etdilər.

İqbal Hacıyev

AZƏRTAC-ın xüsusi müxbiri

Afina

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Baku Open 2024” Beynəlxalq Şahmat Festivalında V tur başa çatıb

BMU-nu 97.8 balla bitirən məzun magistratura təhsilini süni intellekt ixtisası üzrə davam etdirəcək

Fransanın daxili işlər naziri parlament seçkilərindən sonra istefa verəcək

Prezident İlham Əliyev Astanada “ŞƏT plyus” formatında keçirilən görüşdə iştirak etmək üçün “Müstəqillik” Sarayına gəlib YENİLƏNİB

Şanxay Əməkdaşlıq Təşkilatının Astana Bəyannaməsi qəbul edilib

“Azəri-Çıraq-Günəşli”nin gəlirləri açıqlanıb

Avro-2024: Niderland –Türkiyə oyununu idarə edəcək hakimlərin adı açıqlanıb

Ötən ay hər bir ailəyə ödənilən ünvanlı dövlət sosial yardımın məbləği 2,68 faiz artıb

Azərbaycanın Çinlə münasibətlərinin qarşılıqlı faydaya əsaslanması milli maraqlarımız baxımından xüsusi əhəmiyyətə malikdir - ŞƏRH

MEDİA-nın və “Regional İnkişaf” İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilən “Media ayı” başa çatıb

Şəkidə 64 yaşlı piyadanı maşın vurub

Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın yaradılmasından 5 il ötür

Botanika İnstitutu ilə Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun birgə araşdırmaları davam etdirilir

Mərkəzi Bank: Bugünkü hərracda tələb 61,3 milyon dollar təşkil edib

Yasamalda evin qanunsuz sökülməsi ilə bağlı vətəndaşın iddiası araşdırılıb

Anastasiya Lavrina: Böhtan xarakterli qətnamə layihələri ABŞ-ın Azərbaycandakı nüfuzuna xələl gətirir

Mütəxəssis: Vətəndaş kağız üzərində yazılan resept əvəzinə həkimdən elektron resept tələb edə bilər

Azərbaycan həndbol millisinin baş məşqçisi ilə müqavilənin müddəti uzadılıb EKSKLÜZİV

“SABAH-ın məzunu – 2024” mərasimi keçirilib

Kürdəmirdə yol qəzasında bir nəfər ölüb, iki nəfər yaralanıb

Avropa çempionatı: Azərbaycan güləş millisi komanda hesabında üçüncü olub

FHN: Ötən sutka ərzində 39 halda yanğına çıxış olub

Magistraturaya ən aşağı müsabiqə vəziyyətinin olduğu sahələrin adları açıqlanıb

İşğaldan azad edilmiş ərazilərə səfəri təşkil olunan diaspor nümayəndələrinin sayı açıqlanıb

Ceff Bezos “Amazon”un 5 milyard dollarlıq səhmlərini satışa çıxaracaq

Azərbaycanı Cənubi Koreyada təmsil edəcək parataekvondoçular müəyyənləşib

ADMİU məzununun quruluş verdiyi əsər Gənc Tamaşaçılar Teatrının səhnəsində

Ali məktəblərin magistratura səviyyəsinə ayrılmış plan yerlərinin 84.69 faizi dolub

Salyanda pambıq sahələrinə bioloji mübarizə üçün trixoqramma həşəratı buraxılıb

Tramp rəqibi Baydenin seçki yarışından çəkiləcəyini düşünür

Paytaxt məktəblərinin məzunlarına attestatlar verilir

İranda prezident seçkilərinin ikinci turu öncəsi sükut günü başlayıb

6 qitədən, 65 ölkədən 350-yə yaxın çaynik kolleksiyası - Azərbaycanda bir ilk REPORTAJ VİDEO

AFFA rəsmisi Emin Cəfərov UEFA-dan təyinat alıb

Hindistanın Assam ştatında daşqınlar 1,6 milyon insana ziyan vurub

® “Bakcell” ölkədə ilk dəfə VoWiFi texnologiyasını təqdim edib

Dəmiryol nəqliyyatı vasitələrini idarə etmək hüququnun verilməsi üçün ixtisas imtahanı təşkil olunacaq

Lionel Messi Amerika Kubokunun 1/4 final mərhələsinin oyununu buraxa bilər

BANM-də “Açıq qapı” günü

Çindən Bakıya Orta Dəhlizlə müntəzəm konteyner blok qatarların göndərilməsinə başlanılıb

Azərbaycan Prezidenti: Bölgədə davamlı sülhün bərqərar olunması prosesinə ABŞ-ın hər zaman dəstək vermək əzmini təqdir edirik

Prezident İlham Əliyev: Azərbaycan ABŞ ilə münasibətlərinə xüsusi əhəmiyyət verir

Amerika Birləşmiş Ştatlarının Prezidenti Zati-aliləri cənab Cozef Baydenə

Heydər Əliyev Fondu ilə Müqəddəs Taxt-Tac arasında görüş keçirilib

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti ilə bağlı bir sıra qaydalar təsdiqlənib

AQTA sədri Ağdam rayon Heydər Əliyev Mərkəzində vətəndaşları qəbul edəcək

Lənkəranın bir sıra kəndlərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq

Qarsda “Qərbi Azərbaycana qayıdış” mövzusunda forum keçirilib

Bu il “SABAH” qruplarından 1066 tələbə məzun olur

Azərbaycan ilə Özbəkistan mərkəzi bankları arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Dəmiryol nəqliyyatı vasitələrini idarə etmək hüququnun verilməsi üçün ixtisas imtahanının təşkili və keçirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Bülbül vokal məktəbi” tələbə qəbulu elan edir

Taxıl sahələrinin 62,8 faizində biçin başa çatıb - 2 milyon tondan çox məhsul yığılıb

Dəmiryol nəqliyyatında hərəkətin təşkilində birbaşa iştirak edən şəxslərin vəzifələrinin siyahısının, onların geyim formasının, fərqlənmə nişanlarının təsvirinin və daşınması Qaydasının təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Braziliya millisinin tanınmış üzvü İtaliya klubuna keçib

Sürət qatarı sayəsində Ankaradan İstanbula 80 dəqiqə ərzində çatmaq mümkün olacaq

Ötən gün 2 kiloqramdan çox narkotik vasitə aşkar olunaraq götürülüb

Azərbaycan və Ukrayna münasibətlərinə həsr olunan kitabın növbəti cildi çapdan çıxıb

DİN: İyulun 3-də 3 tüfəng təhvil götürülüb, axtarışda olan 2 nəfər istintaqa təhvil verilib

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində ötən dövrdə 570-dək benefisiar təlimlərə cəlb olunub

DİN: Ötən gün 31 cinayətin üstünün açılması təmin olunub

Azərbaycan millisinin futbolçusu Polşa klubundan ayrılıb

Birinci yarımildə Energetika Nazirliyinə 3 minə yaxın zəng daxil olub

XİN: İQAK-ın Azərbaycanla bağlı ictimai bəyanatı hüquqi baxımdan sual yaradır

Belarus ŞƏT-in tamhüquqlu üzvü oldu

İyulun 7-də 47500-dən çox abituriyentin II və III ixtisas qrupları üzrə imtahan verməsi gözlənilir

Bu gün Böyük Britaniyada növbədənkənar parlament seçkiləri keçirilir

Qobustan rayonunda təsərrüfatların 90 faizinin genişzolaqlı internetə çıxışı təmin edilib

Astanada ŞƏT-in Zirvə toplantısı keçirilir

İraqın Ali Məhkəmə Şurasının sədri Ulu Öndərin məzarını və Şəhidlər xiyabanını ziyarət edib VİDEO

Dünya birjalarında neft ucuzlaşıb

Astanada Şanxay Əməkdaşlıq Təşkilatının sammiti başlayıb

FHN qeyri-çimərlik ərazilərdən istifadə ilə əlaqədar əhaliyə müraciət edib VİDEO

Göyçayda narkotik vasitələrin dövriyyəsi ilə məşğul olan 9 nəfər saxlanılıb

Azərbaycan nefti ucuzlaşıb

Bu ilin 6 ayı ərzində 10 rayonda keçirilmiş Aqrar Biznes festivallarında 6756 fermer iştirak edib

Paytaxtın 4 rayonunun qaz təchizatında fasilə yaranacaq

Çində süni intellekt sənayesinin həcmi 70 milyard dolları ötüb

Əlilliyi olan daha 18 gənc Türkiyəyə təcrübə kursuna yola salınıb

Otuz ildən artıq məhkumluq həyatı yaşayan Saatlı sakinindən “Makarov” götürülüb

Prezident İlham Əliyevin Astana Sammitində iştirakı Azərbaycana bir sıra üstünlüklər qazandırır - ŞƏRH

ABŞ Yaponiyada 48 ədəd F-35A qırıcısı yerləşdirməyi planlaşdırır

Yaponiyada 5,4 bal gücündə zəlzələ baş verib

CNN: İsrail və HƏMAS atəşkəs razılaşmasına yaxındır

Ali Radanın deputatı: Ukraynaya F-16 qırıcıları bu ay gətiriləcək

Paytaxtın Mikayıl Müşfiq küçəsində avtobusların hərəkəti məhdudlaşdırılır

Sorğu: Amerikalıların 80 faizi Baydenin yenidən prezident seçilmək üçün çox yaşlı olduğunu düşünürlər

Beyindəki zaman hüceyrələri alimləri təəccübləndirib

Estoniya əcnəbilərin ölkədə hərbi təlim keçməsinə icazə verilməsini təklif edib

İspaniyadakı qəbiristanlıqlar Günəş enerjisi sahələrinə çevriləcək

ABŞ Ukraynaya 2,3 milyard dollarlıq yardım paketini təsdiqləyib

COP29 iştirakçı ölkələr üçün iqlim böhranının həlli istiqamətində konkret addımlar atmağa bir fürsətdir

ABŞ-da sursat istehsal edən zavodda partlayış olub, xəsarət alanlar var

İsraildə Qərbi Nil qızdırmasından 11 nəfər ölüb

Araşdırma: 390 min insanın məlumatları əsasında multivitaminlərin ömrü uzatmadığı müəyyənləşib

İsrail girovlarla bağlı HƏMAS-dan cavab aldığını bildirib

Ağ ev: Bayden seçki kampaniyasını tərk etməyi düşünmür

Altı nəfərin həyatına son qoyan “Beril” qasırğası Yamaykaya doğru irəliləyir

Avropa çempionatı: Azərbaycan güləşçisi ikinci olub