Azərbaycan Dövlət İnformasiya Agentliyi

İcbari tibbi sığortanın tətbiqi özünü doğruldur

İcbari tibbi sığortanın tətbiqi özünü doğruldur

Bakı, 7 dekabr, AZƏRTAC

Dövlət qayğısının, həyata keçirilən islahatların, ayrı-ayrı proqramların nəticəsi olaraq respublikamızın səhiyyə sistemində son dövrlərdə mühüm dəyişikliklər baş verib, müasir tibb mərkəzləri yaradılıb, vətəndaşlara göstərilən tibbi xidmətlərin keyfiyyəti daha da yüksəlib. Bütün bunlar ilk növbədə belə bir həqiqətin təsdiqidir ki, əhalinin sağlamlığının qorunması, tibbi təminatın hər kəs üçün əlçatan olması Prezident İlham Əliyevin yürütdüyü sosial siyasətin prioritet istiqamətlərini təşkil edir və dövlət bu məsələdə həmişə vətəndaşının yanındadır. AZƏRTAC xəbər verir ki, bu barədə Milli Məclisin deputatı, parlamentin Səhiyyə komitəsinin üzvü Müşfiq Məmmədlinin məqaləsində deyilir. Məqaləni təqdim edirik.

İslahatlar səhiyyə sisteminin təkmilləşdirilməsinə yol açıb

Cəmiyyət həyatının istənilən sahəsində inkişafın, fəaliyyət dinamizminin və ahəngdarlığının təmin edilməsi yeni yanaşmaların tətbiqini, daha dəqiq ifadə etsək zamanın nəbzini tutan islahatların həyata keçirilməsini tələb edir. Respublikamızın son illərdə nail olduğu inkişaf göstəriciləri də islahatların labüdlüyünün və uğurlu nəticəsinin ən gözəl nümunələridir. Siyasi, sosial-iqtisadi, mədəni-humanitar nailiyyətlərimizin hər biri məhz ardıcıl və sistemli islahatların nəticəsində mümkün olub.

Son illərdə isə Azərbaycan öz inkişafının tamamilə yeni mərhələsinə qədəm qoyub. Həm iqtisadiyyatda, həm sosial sferada tamamilə yeni, köklü islahatların təməli qoyulub. Xüsusən 2019-cu ilin ilin əvvəlindən idarəetmədə çevikliyi artırmaq məqsədilə başlanan struktur islahatları daha sonra sosial sferanı əhatə etdi. Bütün bu islahatlar nəticə etibarilə ölkəmizin yüksəlişinə, Prezident İlham Əliyevin inkişaf siyasətinin daha böyük uğurlar qazanmasına layiqli töhfələr verdi.

Azərbaycanda idarəçiliyin zamanın tələblərinə uyğun formalaşdırılması da strateji xətt olaraq diqqəti cəlb edir. Bu baxımdan islahatlar ayrı-ayrı sahələrin idarəçiliyinin təkmilləşdirilməsinə də yol açdı. Ümumiyyətlə, idarəçilikdə həyata keçirilən istənilən xarakterli islahatlar mövcud reallıqlarla uzlaşmalıdır. Hazırda müşahidə etdiyimiz mənzərə ondan ibarətdir ki, Azərbaycan dövləti zamanın çağırışlarına uyğun olaraq idarəçilik islahatlarına nəinki önəm verir, həm də onları sürətlə həyata keçirir. Bu kontekstdə xüsusən struktur islahatları prosesi günümüzdə də davam edir və nəticə etibarilə idarəetmədə daha təkmilləşdirilmə həyata keçirilir.

Struktur islahatları səhiyyəni də əhatə edir. Belə ki, respublikamızda icbari tibbi sığorta sisteminin işə düşməsi isə səhiyyə sahəsində aparılan struktur islahatlarının mühüm tərkib hissəsi sayıla bilər. 2016-cı ildə respublikamızda icbari tibbi sığortanın tətbiqini təmin edən, xidmətlər zərfi çərçivəsində tibbi xidmətlərin maliyyələşdirilməsi üçün vəsaitləri özündə cəmləşdirən, səhiyyə xidmətlərinin alıcısı olan və bununla bağlı zəruri xərclərin ödənilməsini təmin edən publik hüquqi şəxs - İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi yaradılıb. Agentliyin fəaliyyətinin məqsədləri əhalini icbari tibbi sığortaya cəlb etmək, xidmətlər zərfi çərçivəsində tibbi xidmətlərin maliyyələşdirilməsi üçün vəsaitləri cəmləşdirmək, tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi üçün tədbirlər görmək, həmin xidmətlərə əhalinin əlçatanlığını təmin etmək, sığortaolunanların hüquqlarını və qanuni mənafelərini qorumaq, icbari tibbi sığortanın tətbiqi ilə əlaqədar toplanmış vəsaitlərdən təyinatı üzrə səmərəli istifadəni və sığorta ödənişlərinin vaxtında icra olunmasını təmin etməkdir.

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 20 dekabr tarixli 418 nömrəli Fərmanına əsasən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxs (TƏBİB) yaradılıb. Nazirlər Kabinetinin hələ bu ilin əvvəlindəki müvafiq qərarı ilə Səhiyyə Nazirliyinin böyük sayda müəssisələri ölkədə icbari tibbi sığortanı tətbiq etmək məqsədilə təsis edilən TƏBİB-ə verilib. TƏBİB-in əsas vəzifəsi icbari tibbi sığortanın tətbiqi ilə əlaqədar tabeliyində olan tibb müəssisələrində əhalinin sağlamlığının qorunması üçün tibbi xidmətlərin təşkilini təmin etməkdən və tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi üçün tədbirlər görməkdən ibarətdir. TƏBİB əhalinin sağlamlığının qorunması sahəsində əhali üçün əlverişli şərtlər yaradır, tibb müəssisələrinin fəaliyyətini icbari tibbi sığorta sisteminin tələblərinə uyğunlaşdırır. Tibb müəssisələrində tibbi xidmətlərin keyfiyyətinin müasir tələblərə uyğunlaşdırılmasına nəzarət edir.

Bununla da ölkəmizdə səhiyyə sistemində struktur islahatına gedilməklə dövlətin və hökumətin sosial siyasəti istiqamətində bir növ yeniliyə imza atılıb. Bu, həm də səhiyyədə idarəetmənin təkmilləşdirilməsidir. Ümumiyyətlə, icbari tibbi sığorta sisteminin tətbiqi səhiyyə xidmətlərini müasir tələblərə uyğunlaşdırmaqda və sahəni maliyyələşdirmə mexanizmlərini yeni iqtisadi əsaslarla təkmilləşdirməkdə, əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətini daha da yüksəltməkdə xüsusi əhəmiyyət kəsb etdiyindən, səhiyyə müəssisələrinin TƏBİB-in tabeliyinə keçirilməsi zəruri xarakter daşıyır.

İcbari tibbi sığorta artıq bütün ölkəni əhatə edir

İcbari tibbi sığorta tibbi xidmətlərin vətəndaş tərəfindən tam ödənişsiz əldə olunması üçün tətbiq olunan sistemdir. Məqsədi tibbi xidmətləri vətəndaşlar üçün əlçatan etmək, əhalini sağlamlığı ilə bağlı maliyyə risklərindən qorumaq və səhiyyə sisteminin maliyyələşdirilməsini dayanıqlı iqtisadi əsaslarla təmin etməkdir. Ona görə bu, tibb sektorunun yeni maliyyələşmə metodudur. İcbari tibbi sığorta həm də səhiyyə sahəsinə ayrılan maliyyə vəsaitlərindən səmərəli istifadə edilməsinə zəmin yaradır.

Prezident İlham Əliyevin fərmanlarına əsasən Mingəçevir şəhərində, Yevlax və Ağdaş rayonlarında icbari tibbi sığorta pilot layihə kimi həyata keçirilib. 2017-2019-cu illər ərzində keçirilmiş layihənin nəticələri dövlət başçısı tərəfindən yüksək qiymətləndirilib və sistemin ölkənin digər ərazilərində mərhələli tətbiqinə dair qərar verilib. Bu il yanvarın 1-dən Azərbaycanda icbari tibbi sığortanın ikinci mərhələdə tətbiqinə başlanılıb. Ölkənin Gəncə, Şirvan, Qazax, Lənkəran, Salyan da daxil olmaqla daha 36 şəhər və rayonu icbari tibbi sığorta sisteminə qoşulub. Aprelin 1-dən isə tibbi sığorta bütövlükdə ölkə ərazisini əhatə edib. Sonuncu - üçüncü mərhələdə Bakı, Sumqayıt, Abşeron, Xankəndi, Qubadlı, Zəngilan və Şuşa əhalisi icbari tibbi sığorta sisteminə cəlb olunublar. Beləliklə, 2021-ci ilin 1 aprel tarixindən icbari tibbi sığorta bütün ölkə ərazisini əhatə edir.

Əhalinin sağlamlığının qorunmasına yönəlik və həmrəylik prinsipinə əsaslanan sosial layihə olan icbari tibbi sığortanın 2021-ci ildən etibarən respublikamızda tam tətbiqi də bir daha təsdiq edir ki, həyata keçirilən dövlət siyasətinin mərkəzində ilk növbədə insan amili dayanır.

Vətəndaşlar Xidmətlər Zərfi çərçivəsində təminata alınan 2550 sayda tibbi xidmətdən istifadə edə bilərlər

İcbari tibbi sığorta çərçivəsində göstərilən tibbi xidmətlər Xidmətlər Zərfində əks olunub. Hazırda Xidmətlər Zərfinə 2550-yə yaxın tibbi xidmət daxildir. Vətəndaşlar 35 ilkin səhiyyə, 6 təcili və təxirəsalınmaz tibbi yardım, 508 ixtisaslaşdırılmış ambulator yardım, 731 laboratoriya, 26 fizioterapiya, 39 invaziv radiologiya və 1205 stasionar tibbi xidmətdən istifadə edə bilirlər.

İcbari tibbi sığortanın uğurlu tətbiqi üçün ilkin səhiyyə xidmətinin inkişafı və səmərəli təşkili əsas məsələdir. Bu xidmət sayəsində xəstəliklərin erkən aşkarlanması və xəstənin vaxtında müalicəsi mümkün olur. İcbari tibbi sığortada ilkin səhiyyə xidməti ailə həkimi (sahə-terapevti, sahə-pediatrı) tərəfindən göstərilir. Burada tibbi xidmət çərçivəsində ixtisaslaşdırılmış yardım tələb etməyən vəziyyətlərin, xəstəliklərin diaqnostikası və müalicəsi, ixtisaslı həkimlərə sığortaolunanların müayinə və müalicəsi üçün göndərişlərin verilməsi, tibbi profilaktik tədbirlər və tibbi-sanitar maarifləndirmə işinin aparılması, eyni zamanda qanın ümumi analizi üçün qan nümunəsinin alınması və s. xidmətlər qarşılanır.

Xidmətlər Zərfində daha çox yer alan stasionar tibbi xidmət terapevtik və cərrahi növlərdən ibarətdir. Buraya ixtisaslı həkimin müayinəsi, stasionar müalicə önü tələb olunan müayinələr, instrumental və laborator müayinələrin aparılması, cərrahi əməliyyat, stasionar və ya reanimasiyada yatış və s. aiddir. Daha dəqiq ifadə etsək stasionar tibbi xidmətlərə miokard infarktı, beyin insultu, ürəyin işemik xəstəliyi, ürək çatışmazlığı və digər qan dövranı sistemi xəstəlikləri, eləcə də mədə-bağırsaq xəstəliklərinin, uroloji xəstəliklərin, infeksion və parazitar xəstəliklərin müalicəsi, o cümlədən hamiləlik, doğuş və zahılıq dövründə xəstəliklərin müalicəsi, travmalar, yanıqlar, zəhərlənmələr zamanı müalicə və digər xəstəliklərin müalicəsi daxildir. Bu xidmətlər 3500-dən artıq diaqnozu əhatə edir.

Xidmətlər Zərfi ilə fizioterapiya xidmətləri də təminata alınır. Bunlara elektroforez, fonoforez, müalicəvi masaj, maqnitterapiya, vakum terapiya və s. xidmətlər daxildir. Fizioterapiya xidmətlərinə sığorta limiti tətbiq olunur. Belə ki, il ərzində hər bir fizioterapiya xidməti üzrə 10 prosedurdan artıq olmamaq şərtilə həkimin göndərişi əsasında sığortaolunana xidmət göstərilir.

Xidmətlər Zərfi ilə 950 sayda cərrahi əməliyyat təminata alınıb. Həmin əməliyyatlar sırasına koxlear protez cihazının implantasiyası və ya dəyişdirilməsi, oynaqdaxili endoprotezlərin yerləşdirilməsi, aorto-koronar şuntlama əməliyyatı, ürək qapaqlarının dəyişdirilməsi və təmiri, anadangəlmə ürək qüsurlarının cərrahi müalicəsi, eləcədə minimal invaziv üsulla həyata keçirilən kardiocərrahiyyə əməliyyatları və s. bir sıra digər əməliyyatlar daxildir.

Vətəndaşlara icbari tibbi sığorta çərçivəsində tibbi xidmətlər TƏBİB-in tabeliyində olan dövlət tibb müəssisələrində göstərilir.Vətəndaş qeydiyyatda olduğu ərazi üzrə dövlət tibb müəssisəsinə müraciət edir, həmin tibb müəssisəsində ona lazım olan tibbi xidmətin göstərilməsi mümkün olmursa, müqaviləli tibb müəssisələrində göndəriş əsasında tibbi xidmətlər göstərilir.Tibbi xidmətlərə göndəriş vərəqəsi TƏBİB-intabeliyindəki tibb müəssisəsi tərəfindən verilir.

Müqaviləli tibb müəssisələrinə təkcə dövlət tibb müəssisələri deyil, özəl xəstəxanalar da aiddir. Elə xidmətlər var ki, onları dövlət xəstəxanası göstərə bilmir. Ona görə də özəl tibb müəssisələri ilə müqavilələr imzalanır. Özəl xəstəxanaların seçimi prosesində müəyyən meyarlar nəzərə alınır. Məsələn, belə müəssisələr daha geniş spektrda xidmət təklif edən xəstəxanalar olmalıdır ki, vətəndaş ona lazım olan ambulator və ya stasionar tibbi xidməti əldə edə bilsin. Hazırda İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi dövlət tibb müəssisələrində göstərilməsi mümkün olmayan tibbi xidmətlərin həyata keçirilməsi məqsədilə 19 tibb müəssisəsi ilə müqavilə bağlayıb.

Beləliklə, vətəndaş ödəniş etmədən həmin xidmətlərdən yararlana bilir. Məsələn, icbari tibbi sığorta tətbiq edilmədən öncə vətəndaş açıq ürək əməliyyatı üçün on min manata yaxın ödəniş etməli idi. Hazırda isə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi müqaviləli özəl tibb müəssisələrində bu xidmətləri ödənişsiz şəkildə təmin edir. Bunun üçün ilkin mərhələdə vətəndaşın tibbi müayinələrdən keçməsi lazımdır. Həmin müayinələr TƏBİB-in tabeliyində olan dövlət tibb müəssisələrində həyata keçirilir. Diaqnoz təsdiq olunduqdan sonra növbəti mərhələdə həmin şəxsin açıq və ya qapalı ürək əməliyyatına ehtiyacı varsa, bu xidməti göstərmək imkanına malik olan müqaviləli tibb müəssisəsinə göndəriş verilir.

Yatış və əməliyyat zamanı istifadə olunan dərman və tibbi sərf, koxlear implant sistemi, nitq prosessoru, stent, endoprotez və digər xüsusi tibbi sərflər də Xidmətlər Zərfi ilə təminata alınıb.

2021-ci ilin 9 ayında 16 milyona yaxın tibbi xidmət göstərilib

2021-ci il aprelin 1-dən bütün ölkə ərazisində icbari tibbi sığorta tətbiq edilir. Cari ilin 9 ayı ərzində bütün ölkə üzrə 3 189 704 şəxs tibb müəssisələrinə müraciət edib. Bu dövr ərzində onlara 15 milyon 793 min 776 tibbi xidmət göstərilib. Göstərilmiş tibbi xidmətlərin yaş kateqoriyasına gəldikdə, 12 milyon 477 min 83 xidmət (79 faiz) 18 yaşdan yuxarı, 3 milyon 316 min 693 xidmət isə (21 faiz) 18 yaşdan aşağı vətəndaşların payına düşür.

Bakı və Sumqayıt Tibbi Ərazi Bölmələri üzrə 3 milyon 47 min nəfər, 58 şəhər və rayon üzrə 6 milyon 560 min 500 nəfər icbari tibbi sığortadan yararlana bilir.

Göndərişlərə gəldikdə, 2021-ci ilin hesabatın aparılmış 8 ayının göstəricilərinə əsasən ölkə üzrə dövlət tibb müəssisələrində aparılması mümkün olmayan, habelə xüsusi tibbi təchizat və təminat tələb edən stasionar cərrahi xidmətlərlə bağlı müqaviləli tibb müəssisələrinə 19 min 238 göndəriş verilib.

9 664 nəfər müvafiq göndərişə əsasən dövlət tibb müəssisələrində aparılması mümkün olmayan əməliyyat və xidmətlərlə bağlı müqaviləli tibb müəssisələrinə müraciət edib. Bu şəxslərin 297 nəfərini uşaqlar təşkil edib.

Həyata keçirilmiş əməliyyatlar və göstərilən xidmətlər üzrə ümumi say bölgüsü belədir: İnvaziv radiologiya (angioqrafiya) üzrə 3712, ürək və damar cərrahiyyəsi/kardiologiya üzrə 3057, oftalmologiya üzrə 1347, urologiya üzrə 641, nevrologiya/neyrocərrahiyyə üzrə 383, travmatologiya üzrə 279, LOR üzrə 137, digər sahələr üzrə 55, ümumi cərrahiyyə üzrə 43 nəfər, ginekologiya və doğuş üzrə 10 nəfər əməliyyat olunub.

Cari ilin 9 ayı ərzində MRT və kontrastlı KT müayinələri üçün müqaviləli tibb müəssisələrinə 3708 göndəriş verilib.

Bunlarla yanaşı, 2021-ci ilin 8 ayının statistikasına əsasən ölkə üzrə 97 nəfər icbari tibbi sığorta çərçivəsində koxlear implantasiya əməliyyatı olunub. Onlardan 91 nəfəri uşaqlar, 6 nəfəri isə böyüklər təşkil edib. O cümlədən bu ilin birinci yarısında 180-dən çox şəxs icbari tibbi sığorta çərçivəsində oynaq daxili endoprotez əməliyyatı olunub.

Tibbi xidmətlərin sayı artacaq

Xidmətlər Zərfinə rəsmi statistik göstəricilərə əsasən, son 5 il müddətində əhali arasında əlillik və ölüm faizi yüksək olan xəstəliklər, eləcə də sayında davamlı artım müşahidə olunan sağlamlığın pozulması ilə bağlı digər xəstəliklər daxil edilib. Bununla belə hər il İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi vətəndaşların tibb müəssisələrinə müraciətlərini araşdırır, ən çox rast gəlinən xəstəlikləri, ən çox müraciət edilən tibbi xidmətləri və Xidmətlər Zərfinə daxil olmayan tibbi xidmətlərə ehtiyacları müəyyənləşdirir. Bütün bunların nəticəsində də Xidmətlər Zərfinə dəyişikliklərin edilməsi ilə bağlı əsaslandırılmış təklifin təqdim olunması barədə qərar verilir. Hazırda Xidmətlər Zərfində dəyişikliklərin edilməsi, tibbi xidmətlərin sayının və çeşidinin artırılması ilə bağlı layihə hazırlanıb və aidiyyəti qurumlara təqdim olunub. Dəyişikliyə əsasən 2800-dən çox tibbi xidmətin icbari tibbi sığorta çərçivəsində göstərilməsi nəzərdə tutulur. Məqsəd əhalini daha çox sayda tibbi xidmətlə təmin etmək və xidmətlərin əlçatanlığını artırmaqdır.

Məlum olduğu kimi bir sıra xəstəliklərlə bağlı tibbi xidmətlər dövlət hesabına, ödənişsiz göstərilir. Həmin xəstəliklərlə bağlı bir sıra dövlət proqramları, eləcə də tədbirlər proqramları mövcuddur və bu səbəbdən onlar Xidmətlər Zərfinə daxil edilməyib. Dövlət və tədbirlər proqramlarının icra müddəti bitdikdən sonra həmin xəstəliklərin də müayinə və müalicəsi ilə bağlı xidmətlərin Xidmətlər Zərfinə daxil edilməsi nəzərdə tutulur. Kosmetik prosedurlar və plastik cərrahiyyə,stomatoloji xidmətlər,orqan transplantasiya, süni mayalanma və s.kimi tibbi xidmətlər icbari tibbi sığorta çərçivəsində təminata alınmır.

Hazırda qarşıda duran vəzifələrin ən mühümü səhiyyə strukturlarının idarə edilməsinin iqtisadi tələblərə və meyarlara uyğun tənzimlənməsi, eləcə də hansı dövlət strukturunun hansı funksiyanı yerinə yetirməsi ilə bağlı sərhədlərin müəyyən olunmasıdır. İnzibati idarəçilik metodlarını kənara qoyaraq, iqtisadi idarəetmə metodlarına keçdiyimizə və konkret olaraq,dövlət vətəndaşlara tibbi xidmətlərin göstərilməsinin sifarişçisi kimi iştirak etdiyinə görə Səhiyyə Nazirliyi vahid səhiyyə siyasətini həyata keçirməli, səhiyyə strukturlarının standartlara uyğun fəaliyyətini tənzimləməli, dövlət-özəl sektor münasibətlərinin əlaqələndirilməsini təmin etməlidir.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi həm icbari tibbi sığorta haqlarının yığılmasını, həm də səhiyyə xidmətlərinin dövlət tərəfindən ödənilməsini təmin edən qurum kimi keçid dövründə səhiyyə təşkilatlarının vahid idarəçiliyini həyata keçirməlidir.

TƏBİB isə tabeçiliyində olan tibbi ərazi bölmələri və publik hüquqi şəxslər vasitəsilə tibbi xidmətin keyfiyyətli, əlçatan və hər bir vətəndaşın dövlətin təminat verdiyi tibbi xidmətlərdən keyfiyyətlə istifadəsini təmin etməlidir. Bütün bunların nəticəsində sosial modelə uyğun olaraq həm dövlət tərəfindən vahid səhiyyə siyasəti uğurla həyata keçiriləcək, həm də iqtisadi modelə uyğun olaraq xəstəxanalar tərəfindən daha keyfiyyətli tibbi xidmətlərin göstərilməsi təmin olunacaq.

Ən mühüm məsələlərdən biri də səhiyyə orqanlarının konkret funksiyalarla təmin olunmuş səhiyyə qurumları tərəfindən idarə olunması, kənar strukturların müdaxilə edərək prosesləri müxtəlif istiqamətlərə yönəltməsinin qarşısının qəti şəkildə alınmasıdır. İnanıram ki, bütün bu məsələlər tədricən öz həllini tapacaq.

Bütövlükdə, Azərbaycanda vətəndaşların keyfiyyətli tibbi xidmətlə təmin olunması Prezident İlham Əliyevin uzaqgörənliklə yürütdüyü sosial siyasətin əsas istiqamətlərindən biridir. Bu sahədə mühüm addımlardan biri olan icbari tibbi sığortanın tətbiq olunması isə özünü uğurla doğrultmaqdadır. Bu sistem tədricən daha da təkmilləşəcək və nəticədə həm əhalinin daha çox tibbi xidmətlərə əlçatanlığı artacaq, həm də tibb müəssisələrinin infrastrukturu yaxşılaşacaq.

 

 

 

 

 

 

 

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Tramp: ABŞ-nin İran neftinə ehtiyacı yoxdur

ABŞ Yaxın Şərqdə hərbi mövcudluğunu əvvəlki səviyyəyə qaytarmaya bilər

Tramp tezliklə Putinlə danışmağı planlaşdırdığını bildirib

ABŞ Rusiyada pnevmonik taun şübhəsi ilə bağlı xəbərdarlıq yayıb

Ronaldo Portuqaliya millisindən ayrılmaq niyyətində deyil

İsrail Qəzzada hərbi əməliyyatları bərpa edə bilər

Tramp: Hörmüz boğazından müharibədən əvvəlkindən daha çox neft daşınır

İspaniya millisi məğlubiyyətsiz oyunlar seriyasını 42-yə çatdırıb

Pentaqon Ukrayna üçün “Patriot” sistemlərinə texniki xidmət avadanlığı alacaq

Tramp: Hörmüz boğazı ABŞ-yə məxsusdur

XİN: Suriyadan 13 Azərbaycan vətəndaşı repatriasiya edilib

Yəmən hökuməti əhalini husilərin sıralarına qoşulmamağa çağırıb

ABŞ İslandiya ilə əməkdaşlıq çərçivəsində Arktikada hərbi mövcudluğunu artırmaq istəyir

Moskvada “3+3” formatında enerji əməkdaşlığı üzrə ilk görüşün keçirilməsi planlaşdırılır

“Sabah” basketbol klubu Çempionlar Liqasında ilk oyununu keçirib

Avropa Kuboku: “Neftçi” basketbol klubu müntəzəm mövsümə məğlubiyyətlə başlayıb

Kamran Qasımov: “Yaradıcı Filmaton” kimi layihələr gənclərin gələcək kino fəaliyyəti üçün mühüm başlanğıcdır

Türkiyədə qanunsuz miqrantlar saxlanılıblar

“Təlimatçı hazırlıq kursu”nu başa vuran hərbçilərə sertifikatlar təqdim edilib

Ədəbiyyat üzrə Nobel mükafatı: Favoritlər və ekspert rəyi

Mixail Kaluqin: Moskva İrəvanla Rusiya hərbi bazasının Ermənistanda qalma məsələsini müzakirə etməyə hazırdır

QMİ-nin sədri Qazaxıstanın Vitse-prezidenti ilə görüşüb

Rusiya XİN: Rusiya-Azərbaycan münasibətləri mehriban qonşuluq və qarşılıqlı hörmət prinsipləri əsasında inkişaf edir

Bu saata olan əsas xəbərlər

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Güc cəhətdən heç kimdən geridə qalmıram VİDEO

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Güc cəhətdən heç kimdən geridə qalmıram VİDEO

Dövlət maliyyəsinin rəqəmsallaşdırılması istiqamətində həyata keçirilən islahatlar müzakirə olunub

"PeşəCar" layihəsi çərçivəsində növbəti klaster müəssisə istifadəyə verilib VİDEO

"PeşəCar" layihəsi çərçivəsində növbəti klaster müəssisə istifadəyə verilib VİDEO

“Dövlət ümumi təhsil müəssisəsində təhsilverənlər üçün geyim ilə bağlı Tələblər”in təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan ilə Birləşmiş Krallıq arasında iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi imkanları nəzərdən keçirilib

Çexiya gələn il “Avroviziya”da iştirak etməyəcək

Telefonu uşağın əlindən almaq kifayət deyil: göz sağlamlığı üçün nə etməli?

Ursula Fon der Lyayen: Avropanı xarici enerji böhranlarına qarşı həssas edən struktur problemləri həll edilməlidir

“Vitol Group”un rəhbəri Avropada neft ehtiyatlarının tükənəcəyi barədə xəbərdarlıq edib

Deputat: Regionların sosial-iqtisadi inkişafı Prezident İlham Əliyevin siyasətinin mühüm tərkib hissəsidir

Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb VİDEO

Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb VİDEO

Gürcüstanın yeni səfiri Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumatlandırılıb

Türkiyə nümayəndə heyəti DOST Agentliyində və DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olub

Vətən müharibəsi şəhidi Müşfiq İbrahimovun ailəsi ziyarət edilib

Gəncədə ilk dəfə voleybol festivalı keçiriləcək

Fariz Əliyev: Zəngəzur dəhlizi regionda oyunu dəyişən amil kimi çıxış edəcək

Nazirlik: İcbari tibbi sığorta ilə uşaqların sağlamlığının qorunmasına yönələn xidmətlər göstərilir

Hörmüz boğazında daşıma xərcləri 5 dəfə artıb

Parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclasında iki məsələ müzakirəyə çıxarılıb

Korrupsiya barədə məlumat verən şəxslərin müdafiəsi ilə bağlı qanun layihəsi plenar iclasa tövsiyə olunub

Britaniyalı dramaturq: Azərbaycan komandası ilə əməkdaşlıq çox maraqlı oldu

Plovdivdə Basqalın mədəni irs turizmi modeli təqdim edib

Rusiyanın neft və qaz gəlirləri azalıb

Səidə Xəlilova: Azərbaycan musiqisi Omanda səslənir

Azərbaycanın U-20 yığması yoldaşlıq matçında Yaponiyanı məğlub edib

Səudiyyə Ərəbistanı “Petroline”nin ötürücülük gücünü 5,8 milyon barelə çatdırıb

Ağgöl Milli Parkına 7 baş ceyran buraxılıb

“Sea Breeze”də yeni texnologiyalarla təchiz olunmuş ilk kinoteatr açılacaq

IDEA-nın təşəbbüsü ilə “Məsuliyyətli Ekoturizm Bələdçiliyi” üzrə növbəti təlim proqramı təşkil olunub

ABŞ-nin ticarət kəsiri ötən ilin əvvəlindən bəri ən yüksək səviyyədədir

Vətən müharibəsindən suverenliyin tam bərpasına və Böyük Qayıdışa gedən yol VİDEO

Vətən müharibəsindən suverenliyin tam bərpasına və Böyük Qayıdışa gedən yol VİDEO

Albaniya Elmlər Akademiyasında Qafqaz Albaniyasının tarixindən bəhs edən kitab təqdim olunub

Baş nazir Əli Əsədov Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb

Macarıstanda büdcə kəsirinin artımı zəifləyib

Vətən müharibəsi Azərbaycanın regionda əsas güc mərkəzinə çevrilməsini şərtləndirdi ŞƏRH

Şərqşünas-alim regional konfransda Azərbaycanın birgəyaşayış mədəniyyətinin tarixi əsaslarından danışıb

Qazaxıstan 2028-ci ildə hava taksilərini istifadəyə verməyi planlaşdırır

İsrailin ölkəmizdəki səfirinə Azərbaycanda mövcud mina probleminin miqyası barədə məlumat verilib

BDU ilə Gürcüstanın Qafqaz Beynəlxalq Universiteti arasında anlaşma memorandumu imzalanıb

Polşa mülki müdafiə və əhalinin mühafizəsinə 26 milyard dollar ayıracaq

Naxçıvan Beynəlxalq Hava Limanında fövqəladə hallara hazırlıq üzrə birgə məşq baş tutub VİDEO

Naxçıvan Beynəlxalq Hava Limanında fövqəladə hallara hazırlıq üzrə birgə məşq baş tutub VİDEO

Milli maraqların qorunması üçün əsas şərt: güclü dövlət modeli - TƏHLİL

Azərbaycanın xüsusi təyinatlıları Özbəkistanda keçirilən “Sonsuz qardaşlıq – V” təlimində iştirak ediblər

Şimali Koreya Cənubi Koreyaya qarşı daha sərt tədbirlər görəcəyi barədə xəbərdarlıq edib

Buxarada Samanilər dövrünə aid məscid bəzəkləri aşkarlanıb

Naxçıvan şəhərinin bir sıra ərazilərinə elektrik enerjisinin verilişi dayandırılacaq

Qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq istəyənlər üçün ixtisas imtahanına qeydiyyat elan edilir

“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Konstitusiya Qanunu

Siyasi şərhçi: Azərbaycanın milli təhlükəsizlik konsepsiyasında ideoloji dayanıqlılıq mühüm yer tutur

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

Britaniyada Mühafizəkarlar Partiyası raket və dron hücumlarından qorunmaq üçün 10 milyard funtluq plan açıqlayıb

Hörmüz boğazında hücuma məruz qalmış tankerin 12 heyət üzvü yaralanıb

Abşeron və Bakının beş rayonunda suyun verilişi dayandırılacaq

Transilvaniyada süni intellekt mərkəzi yaradılacaq

Gürcüstanda yanacaq yenidən bahalaşıb

Avropa Parlamentində qalmaqal: 46 qadın deputat AI tərəfindən yaradılan ədəbsiz məzmunun qurbanı olub

Masallıda qida təhlükəsizliyi tələblərinə cavab verməyən obyektin fəaliyyəti məhdudlaşdırılıb

İraqda beş qruplaşma silahlarını təhvil verməyə razılaşıb

2036-cı il Yay Olimpiya Oyunlarına ev sahibliyi uğrunda mübarizə aparacaq ölkələr bəlli olub

Cənubi Koreya XİN: Mina partlayışlarına görə Şimali Koreyaya qarşı cavab tədbirləri nəzərdən keçirilir

“Azərkosmos” Maskatda Azərbaycanın beynəlxalq kosmik əməkdaşlığa yanaşmasını təqdim edib

Rəşad Xalıqov: Rəqəmsal transformasiya Azərbaycanda milli strateji prioritet kimi müəyyənləşdirilib

Siyasi şərhçi: Azərbaycanın müstəqil xarici siyasəti beynəlxalq çəkisini və manevr imkanlarını artırır

Azərbaycan və Birləşmiş Krallıq arasında Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası baş tutub YENİLƏNİB VİDEO

Azərbaycan və Birləşmiş Krallıq arasında Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası baş tutub YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin bəyanatları: Güc, diplomatiya və ideologiya çərçivəsi – TƏHLİL

Tədqiqat: “Samsung”, “Google” və “ChatGPT: Azərbaycanda istifadəçilər onların hansına üstünlük verirlər?

Əlavə müsabiqənin nəticələri: 1870 tələbə bakalavriat səviyyəsində ödənişsiz təhsil almaq hüququ əldə edib

Azərbaycan və Böyük Britaniya arasında əməkdaşlığa dair 4 sənəd imzalanıb

Fransada lisey şagirdlərinin aksiyalarına tələbə və müəllimlər də qatılıb

Prezident İlham Əliyev Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib YENİLƏNİB VİDEO

Şəhid mayor Elsəvər Paşayevin arzusu övladlarının həyat məqsədinə çevrilib

® “Azercell”in baş icraçı direktoru Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi Dima Əl-Yəhya ilə görüşüb

Almaniyada ilk dəfə AfD siyasətçisi əyalət parlamentinin sədri seçilib

Latviya Prezidenti yeni hökumətin qurulmasını tapşırıb

Deputat: 2027-ci ilin dövlət büdcəsinin xərclərinin 44 faizinin sosial istiqamətə yönəldilməsi nəzərdə tutulur - ŞƏRH

Polşa mətbuatında polyak memarlarının Bakıdakı irsinə dair məqalə dərc edilib