DÜNYA
İçində uşaq olan maşını oğurlamış, sonra polisə zəng etmişdir
Bakı, 9 fevral (AZƏRTAC). Nyu-Yorkda dükanlardan birinin qarşısında saxlanmış maşını qaçıran oğru sonradan avtomobilin arxa oturacağında uşağı görəndə polisə zəng vurmuşdur.
AZƏRTAC xəbər verir ki, maşını dükanın qarşısında saxlayan ər arvadı ilə dükana girmişdilər. Onlar iki dəqiqə sonra dükandan çıxanda maşın artıq yox idi.
Patrik Culbe şoka düşmüşdü, çünki 8 aylıq qızı Ayana maşında idi.
Culbe demişdir ki, dükanın vitrinində mobil telefon üçün çexol gördüm. Bəyəndim və aksessuarı arvadıma göstərdim. Amma o, yaxşı görmədiyindən, tez dükana girib çexola baxmaq istəyirdi. Arvadım Cenifer Rodrigeslə dükana girdik. Bu zaman cüssəli kişi maşınının qapısını açaraq avtomobili qaçırmışdır.
Patrik Culbe oğruya mane olmaq istəsə də, alınmamışdır.
Ayana Culbe maşında qalmışdır.
40 dəqiqə sonra isə polisə zəng vurulmuşdur. Zəng edən maşını qaçıran adam idi.
Ayana Culbe heç bir xəsarət almamışdır.