“İDMANDA DOPİNQƏ QARŞI MÜBARİZƏ HAQQINDA”BEYNƏLXALQ KONVENSİYAYA QOŞULMAQ BARƏSİNDƏ
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
I. Azərbaycan Respublikası 2005-ci il oktyabrın 19-da Paris şəhərində YUNESKO Baş Konfransının 33-cü sessiyasında qəbul edilmiş “İdmanda dopinqə qarşı mübarizə haqqında” Beynəlxalq Konvensiyaya qoşulsun.
II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 8 may 2007-ci il.