Azərbaycan Dövlət İnformasiya Agentliyi

ELM VƏ TƏHSİL

İmtahanların təşkili məsələləri müzakirə edilib

İmtahanların təşkili məsələləri müzakirə edilib

Bakı, 19 may, AZƏRTAC

Dövlət İmtahan Mərkəzi (DİM) imtahanlarda rəhbəri və ümumi rəhbər qismində iştirak edən şəxslərlə görüş təşkil edib.

DİM-dən AZƏRTAC-a bildirilib ki, görüşdə imtahanların təşkili, iştirakçılar üçün zəruri şəraitin yaradılması, imtahanlarda baş verən hallar və s. məsələlər müzakirə olunub.

Mərkəzin İmtahanların təşkili və idarə edilməsi departamentinin müdiri Azər Bağırov bildirib ki, imtahanlarda diqqət yetirilən ən əsas məqamlardan biri prosesinin şəffaflığının təmin edilməsidir. Bütün imtahan iştirakçıları üçün lazımi şəraitin yaradılması, onların bərabər şərtlər altında imtahanlarda iştirakı, imtahanda davranış qaydalarına riayət edilməsinə nəzarət və həyata keçirilən digər tədbirlər imtahan verənlərin maraqlarının qorunması və ədalətli seçimin təmin edilməsinə yönəldilib. İmtahanlarda, həmçinin fiziki məhdudiyyətli (gözdən əlil, eşitmə əngəlli və digər) iştirakçılar üçün də xüsusi şərait yaradılır. Onların rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında ayrıca zallar ayrılır, gözdən əlillər üçün tapşırıqların oxunması, cavab vərəqinin doldurulması və s. işlər üçün fərdi nəzarətçilər təyin edilir. Eşitmə əngəlli şagirdlər üçün dinləmə ilə bağlı qüsurları nəzərə alınaraq xüsusi test kitabçaları hazırlanır. Hərəkət məhdudiyyətli şagirdlərin bina və zala daxil olması və rahat şəkildə hərəkəti üçün xüsusi şərait yaradılır.

İmtahanlara hazırlıq tədbirləri çərçivəsində tədris ilinin əvvəlində imtahan keçirilməsi nəzərdə tutulan təhsil müəssisələrinin hamısına baxış keçirilir. Hər bir imtahan binasının seçilməsi zamanı imtahan iştirakçıları üçün rahat olan mərkəzlərə uyğun dislokasiyalar müəyyənləşdirilir. İmtahan mərkəzlərində təbii havalandırma, işıqlandırma, təmizlik, dezinfeksiya və digər istiqamətlərdə mövcud vəziyyət öyrənilir və zəruri işlər görülür. İmtahanlarda təhlükəsizlik məsələlərinə xüsusi diqqət ayrılır. İmtahandan 1 gün qabaq bütün binalara yenidən baxış keçirilir və imtahan zalları, giriş-çıxış qapıları, binalar möhürlənməklə Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin əməkdaşlarının mühafizəsinə verilir. İmtahan günü asayişin qorunması, fövqəladə hallar, təcili tibbi yardımla bağlı müvafiq qurumlarla əlaqəli və koordinasiyalı şəkildə fəaliyyət təşkil olunur.

DİM tərəfindən, həmçinin imtahanlardan öncə yeni və təcrübəsi az olan nəzarətçilər, imtahan rəhbərləri üçün təlimlər keçirilir. Burada iştirakçılara imtahanların təşkili və idarə edilməsi, zal nəzarətçiləri, imtahan rəhbərləri və digər şəxslərin vəzifələri və funksiyaları, eləcə də səmərəli ünsiyyət və işgüzar etiket texnikaları, ünsiyyət prosesində stresin idarə olunması, etik davranış qaydaları haqqında məlumat verilir.

Xatırladaq ki, DİM bir neçə ildir zal nəzarətçilərinin fəaliyyətinin sertifikatlaşdırılması prosesini həyata keçirir. Qeydiyyatdan keçmiş namizədlər ilk olaraq müsahibəyə dəvət olunur. Daha sonra namizədlərə ümumi intellekt səviyyəsinin yoxlanılmasına aid tapşırıqlar və onların şəxsi keyfiyyətlərinin (emosional davamlılıq, əzmkarlıq, məsuliyyətlilik və s.) qiymətləndirilməsi üçün psixometrik testlər təqdim edilir. Bu mərhələdən uğurla keçənlər təlimlərə cəlb olunur. Sonuncu mərhələdə namizədlər təlimlər zamanı əldə etdikləri nəzəri biliklərin yoxlanılması üçün test imtahanına cəlb olunurlar. İmtahanlardan uğur əldə edənlər zal nəzarətçisi sertifikatı əldə edərək DİM-in elektron nəzarətçilər bazasına daxil edilir. Qeyd edək ki, imtahanlara təyinat zamanı sertifikat əldə etmiş zal nəzarətçilərinə üstünlük verilir.

İmtahanlarda təkrar olunan qayda pozuntularına toxunun A.Bağırov daha çox sənədlərin qaydasında olmaması, gecikmə halları, imtahana mobil telefonla və “ağıllı” saatla daxil olmağa cəhd, köçürmək üçün müxtəlif əyani vəsaitlərdən istifadə, sual kitabçasını və cavab kartını dəyişmək, imtahanda iştirak etməli olan abituriyentin əvəzinə başqa bir şəxsin imtahana gəlməsi və s. hallara rast gəlindiyini söyləyib.

Qeyd edək ki, şəxsiyyət vəsiqəsinin istifadə müddəti bitən, eləcədə vəsiqənin əsli deyil, surəti ilə imtahana gələnlərin sayı daha çox olur. İmtahan iştirakçıları sənədləri ilə diqqətli olmalıdırlar. Şəxsiyyət vəsiqəsində şəkli olmayanlar isə vaxtında oxuduqları təhsil müəssisəsinə müraciət edib müvafiq arayış almalıdırlar (arayışda şagirdin şəkli yapışdırılır və möhürlə təsdiqlənir). “Bəzən vəsiqədə olan şəkillə imtahan iştirakçısının cari vəziyyətini əks etdirən üz cizgiləri arasında fərqlər müşahidə olunur. Ona görə də imtahan iştirakçılarına əvvəlcədən buna fikir verməyi və zərurət olduğu təqdirdə vəsiqələrini dəyişməyi tövsiyə edirik”, - deyə Azər Bağırov bildirib.

İştirakçıların imtahan binasının önünə vaxtında gəlməsi də diqqət yetirilməli olan məsələlərdən biridir. Mərkəz tərəfindən keçirilən imtahanlarda onun başlanmasına 15 dəqiqə qalmış buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır. Ona görə də buraxılış rejiminin rahat şəkildə həyata keçirilməsi üçün imtahan binasına buraxılış vərəqəsində göstərilən vaxtda gəlmək lazımdır.

Qeyd olunan qaydaların pozulması abituriyentlərin imtahan nəticələrinin ləğv edilməsinə gətirib çıxara bilər. Xüsusilə imtahan iştirakçısında mobil telefon aşkar edildikdə, köçürməyə cəhd etdikdə və ya imtahan materiallarını nəzarətçiyə təhvil vermədən özü ilə apardıqda nəticələr ləğv olunur.

A.Bağırov qeyd edib ki, həm imtahan binasına daxil olan zaman, həm imtahan müddətində, həm də imtahandan sonra baş verən bütün hallar, qayda pozuntuları Mərkəz tərəfindən araşdırılır və müvafiq addımlar atılır.

İclasda imtahan rəhbərləri də imtahan prosesinin idarəolunması ilə bağlı öz fikir və təkliflərini səsləndiriblər.

Görüşdə DİM tərəfindən imtahanlara cəlb olunan Azərbaycan Milli Elmlər Akademiyasının müxtəlif institutlarının əməkdaşları, həmçinin dövlət qurumları, idarə və təşkilatlarda, təhsil müəssisələrində çalışan şəxslər iştirak ediblər.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Naxçıvanda Sahibkarlar Günü münasibətilə görüş keçirilib

Vyanada “Müstəmləkəçilikdən qurtuluş: assimilyasiyanın nəticələri və onun insan hüquqlarının həyata keçirilməsinə təsiri” adlı konfrans keçirilib  YENİLƏNİB VİDEO

Beynəlxalq konfransın iştirakçıları ATƏT-in institutlarına açıq məktub ünvanlayıblar

Bakı Təşəbbüs Qrupunun konfransında dekolonizasiya prosesində hüquqi çərçivələr və beynəlxalq öhdəliklərlə bağlı müzakirələr aparılıb

“Şumerlərin izi ilə” - elmi seminar

Yan Vanmin: Çin Azərbaycanla əlaqələrə böyük dəyər verir

Avropa Komissiyasının diplomatı Gürcüstana səfərə gələcək

Macarıstan Avropa Sülh Fondundan Ermənistana yardım göstərilməsi layihəsinə veto qoyub

Ermənistan prezidenti sərhədlərin delimitasiyası prosesini dəstəkləyib

® “Nar” rabitə sahəsinin peşəkarlarını hazırlayır

UNICEF-in nümayəndəsi Azərbaycanda uşaq hüquqları ilə bağlı dövlət siyasətini müsbət dəyərləndirib

Asiya İnkişaf Bankının 57-ci illik toplantısı Tbilisidə keçiriləcək

Azərbaycan hərbi qulluqçuları “Kurtaran – 2024” sualtı axtarış və xilasetmə təlimində iştirak ediblər

İrandan idxal olunan bəzi qida məhsulları ilə əlaqədar bu ölkəyə bildiriş göndərilib

Londonda insanlara qılıncla hücum edilib: dörd yaralı, bir ölü

ANAMA sədri İsveçrədəki beynəlxalq tədbirdə ölkəmizin üzləşdiyi mina problemindən danışıb

COP29 tədbiri ilə əlaqədar ticarət və ictimai iaşə müəssisələrində monitorinqlər davam etdirilir

Azərbaycan səfiri britaniyalı nazirlə görüşüb

Qlazqo Universitetinin tələbələri COP29-la bağlı məlumatlandırılıb

® Gənclərimiz informatika texnologiyaları sahəsində uğurlu nəticələr əldə etməyə davam edirlər

“E-Şikayət” sistemində poçt xidmətləri üzrə şikayətlərin qəbuluna başlanıb

Asiya İnkişaf Bankının nümayəndələri Azərbaycanın aktiv məşğulluq proqramları barədə məlumatlandırılıb

Elan saytlarında saxta məlumatlar yerləşdirərək vətəndaşlardan “beh” alan dələduz saxlanılıb VİDEO

BANM-in tələbəsi eyni vaxtda ABŞ-ın 6 nüfuzlu universitetinə qəbul olub

ASAPES türk dövlətləri üçün təqaüd proqramı elan edib

Ziyanvericilərin törətdikləri xəstəliklər səbəbindən qurumuş ağaclar götürülür

FHN gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

“Azərbaycanda müasir idarəetmə formaları: yeni reallıqlar və perspektivlər” – DİA-da elmi konfrans

Prezident İlham Əliyev ABŞ-ın İsa Məsihin Sonuncu Gün Müqəddəsləri Kilsəsinin və Stirlinq Fondunun nümayəndələrini qəbul edib VİDEO

Azərbaycanla Əlcəzair arasında ikitərəfli və regional məsələlər müzakirə olunub

Naxçıvan şəhərində evdə yanğın olub

Politoloq: Azərbaycan enerji təhlükəsizliyində Avropa İttifaqının önəmli strateji tərəfdaşıdır

Keniyada daşqınlar nəticəsində ölənlərin sayı 169-a çatıb

Pakistan Azərbaycana COP29-la bağlı texniki təcrübə təklif edib

Aprel ayı İstanbulda daha bir Lalə Festivalı ilə yadda qalacaq

Xalq yazıçısı Anar İstanbul Kültür Universitetində tələbələrlə görüşüb

İqtisadçı ekspert AzMİU tələbələri üçün master-klas keçib

Çiğdem Erdoğan: Azərbaycan-Türkiyə əlaqələri dinamik inkişaf edir

Azərbaycan cüdo millisinin “Böyük Dəbilqə” turniri üçün heyəti açıqlanıb

XTQ-nin yaradılmasının 25-ci ildönümü münasibətilə təntənəli mərasim keçirilib VİDEO

Elm və təhsil naziri “Maarifçi”lərlə görüşüb

Türkiyədə “Heydər Əliyev adına təqaüd” proqramında iştirak etmək üçün ərizələrin qəbuluna başlanılıb

RF XİN: Rusiyaya gələn əcnəbi vətəndaşların ətraflı yoxlanılması müvəqqəti xarakter daşıyır

Azərbaycan ombudsmanı autizmli şəxslərlə görüşüb

BDU tələbələri istehsalat bacarıqlarını yüksəldirlər

Azərbaycan Respublikası Prezidentinin “Tələbə-məzun” dövlət elektron məlumat sistemi haqqında Əsasnamə”nin təsdiq edilməsi və Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 6 aprel tarixli 219 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası haqqında Əsasnamə”də dəyişiklik edilməsi haqqında” 2010-cu il 23 fevral tarixli 225 nömrəli, “Xidməti pasport almaq hüququ olan vəzifəli şəxslərin siyahısı”nın təsdiq edilməsi haqqında” 2011-ci il 3 mart tarixli 391 nömrəli, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi və “Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti haqqında Əsasnamə”nin təsdiqi barədə” 2012-ci il 13 fevral tarixli 593 nömrəli və “Xüsusi rabitə ilə bağlı bəzi məsələlər haqqında” 2019-cu il 11 aprel tarixli 622 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

APOPO-nun nümayəndələri Bakı Mühəndislik Universitetində olublar

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının dövlət orqanlarında informasiya təhlükəsizliyinin təmin edilməsi üzrə tədbirlər haqqında” 2004-cü il 29 dekabr tarixli 172 nömrəli, “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2004-cü il 5 mart tarixli 597-IIQD nömrəli Qanununun icrasının təmin edilməsi barədə” 2005-ci il 18 iyul tarixli 262 nömrəli və “Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2009-cu il 27 avqust tarixli 147 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

ETSN rəsmisi: Şam ağaclarının qurumasının əsas səbəbi zərərvericilərdir

Dövlət Məşğulluq Agentliyi yenidən “Antikorrupsiya İdarəetmə sistemi” üzrə ISO sertifikatına layiq görülüb

Bakı Təşəbbüs Qrupu və Fransız Polineziyasının Tavini Huiraatira partiyası əməkdaşlığı genişləndirir VİDEO

Sumqayıtda avtomobili narkotik vasitələrin təsiri altında idarə edən sürücülər saxlanılıb

BMTM-də Pakistanın Hərbi Hava Qüvvələri Akademiyasının heyəti ilə görüş olub

Bakı-Ələt-Qazax avtomobil yolunun 284-cü kilometrliyində qurumuş ağaclar ərazidən götürülüb

Stolüstü tennis üzrə Azərbaycan birinciliyi keçiriləcək

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi əməkdaşları sərhədçilərlə görüşüb

Honkonq pandemiyadan sonra əvvəlki həyatın bərpa olunmasına çalışır

Ərəb Liqası-Azərbaycan və Mərkəzi Asiya formatını dəstəkləyən Doha Bəyannaməsi qəbul edilib

Xəbərdarlıq: Temperatur 4-8° enəcək, yüksək dağlıq ərazilərdə sulu qar yağacaq

Respublika fənn olimpiadalarının biologiya və coğrafiya üzrə final turu keçirilib

Laçında daha 23 ailəyə evlərinin açarları təqdim olunub YENİLƏNİB VİDEO

Laçının şəfalı bitkiləri qablaşdırılaraq satışa çıxarılır FOTO

Azərbaycanlı alim tərtibçisi olduğu “Divanü lüğat-it-türk” əsərini Türkiyə səfirliyinə təqdim edib

Naxçıvan Gənclərinin Həmrəylik Forumu keçirilib

Nizami rayonunda küçənin bir hissəsi təmir olunub

Türkiyə ilə Azərbaycan arasında təhsil sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub

Livanın xarici işlər nazirinə Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumat verilib

“Yaşıl şəbəkə” maarifləndirmə proqramı çərçivəsində IX Ekoloji Forum keçirilib

Şuşaya qayıdış başlayır VİDEO

Ehtiyatsızlıqdan atasının ölümünə səbəb olmaqda şübhəli bilinən şəxs tutulub

XİN: Fransa rəsmisinin Azərbaycana qarşı əsassız və ittiham xarakterli iddialarını qətiyyətlə rədd edirik

Mayda bəzi günlərdə havanın temperaturu 35 dərəcəyə yüksələcək

Səksən iki minə yaxın uşaq avtomatik olaraq birinci sinfə yerləşdirilib

Lənkəranda baş verən qəzada piyada ölüb

Nazir: Azərbaycan qlobal çağırışlarla mübarizə sahəsində birgə fəaliyyətə hər zaman hazırdır

G7 ölkələri 2035-ci ilədək kömürdən imtina etmək barədə razılığa gəliblər

Azərbaycanın Avropa çempionu FIDE reytinqində irəliləyib

Vyanada keçirilən konfransda Fransanın assimilyasiya siyasətindən danışılıb VİDEO

Akademik İsa Həbibbəyli: Əli Tudənin yaradıcılığı Azərbaycan ədəbiyyatında xüsusi yer tutur

Sahibkarlığın İnkişafı Fondunun maliyyə hesabatı açıqlanıb

İndoneziyada Ruanq vulkanı yenidən püskürüb

Azərbaycan Dövlət Rəqs Ansamblı Xivədə “Lazgi” Beynəlxalq Festivalında birinci yerə layiq görülüb

Ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarının nəticələri açıqlanıb: 4 nəfər 300 bal toplayıb

Çinin “Şencou-17” missiyasının astronavtları 6 aydan sonra Yerə qayıdıblar

Azərbaycanın voleybol millisi Qızıl Avropa Liqası öncəsi məşqlərə start verib

Əməkdar artist Osman Hacıbəyovun 100 illiyi münasibətilə tədbir keçirilib

ADNSU-da törədilmiş terror aktının 15-ci ildönümü ilə əlaqədar ağacəkmə aksiyası keçirilib

Həssas əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Reabilitasiya Müəssisəsində tibbi aksiya keçirilib

Zelenski Ukraynanın müharibə zamanı NATO-ya üzv olacağına inanmır

Azərbaycan COP29 sədrliyi zamanı “Qlobal Şimal” və “Qlobal Cənub”u bir araya gətirməkdə qərarlıdır

Ceyhun Bayramov: Yaxın Şərqdə gərginliyin davam etməsi dərin narahatlıq mənbəyidir

Nazir müavini: Dövlət-özəl sektor tərəfdaşlığı çərçivəsində 6 məktəb tikiləcək

Hindistanda polislə atışmada yeddi üsyançı öldürülüb

Aqrar Sığorta Fondu 2024-cü ilin ilk rübü üzrə nəticələrini açıqlayıb

“Tron 3” filminin nümayiş tarixi məlum olub

Məhəmməd Füzuli yaradıcılığı Polşa ədəbiyyat portallarında

Yaponların ənənəvi qeyri-adi festivalı keçirilib

Nazir: Azərbaycanın tərəfdarı olduğu danışıqlar Cənubi Qafqazda sülhə və sabitliyə hesablanıb

Dövlət orqanlarında vakant inzibati vəzifələrin tutulması üçün ümumi müsahibə elan edilir

Türkiyə və Azərbaycan kitabxanaları arasında əməkdaşlıq və birgə layihələr müzakirə olunub