Azərbaycan Dövlət İnformasiya Agentliyi

İNDONEZİYA RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ XANIM MEQAVATİ SUKARNOPUTRİYƏ

Hörmətli xanım Prezident,

Bali adasında baş vermiş terror aktı nəticəsində çoxsaylı insan tələfatı xəbəri məni ürəkdən kədərləndirdi.

Bu dəhşətli faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və bütün İndoneziya xalqına dərin hüznlə başsağlığı verirəm.

Heydər Əliyev

Azərbaycan Respublikasının Prezidenti

14 oktyabr 2002-ci il

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin