ELM VƏ TƏHSİL
İNFORMASİYA CƏMİYYƏTİ ÜZRƏ DÜNYA SAMMİTİNƏ (VVSIS) AZƏRBAYCANIN HAZIRLIĞI İLƏ BAĞLI MƏTBUAT KONFRANSI KEÇİRİLMİŞDİR
Dekabrın 10-12-də BMT və Beynəlxalq Telekommunikasiya İttifaqı tərəfindən keçiriləcək İnformasiya Cəmiyyəti üzrə dünya sammitinə (VVSIS) Azərbaycanın hazırlığı ilə bağlı Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının binasında mətbuat konfransı keçirilmişdir.
İnformasiya-Kommunikasiya Texnologiyalarının (İKT) İnkişafı üzrə Azərbaycan hökumətinin və BMT-nin İnkişaf Proqramının birgə layihəsinin milli əlaqələndiricisi Məleykə Abbaszadə konfransda çıxış edərək İnformasiya Cəmiyyəti üzrə dünya sammitinə ölkəmizin hazırlığı barədə məlumat vermişdir.
Layihə çərçivəsində hazırlanmış “Azərbaycanın 2003/2012–ci illər üçün İnformasiya-Kommunikasiya Texnologiyaları üzrə Milli Strategiyası” və “İKT-nin inkişafı üzrə Milli fəaliyyət proqramı” haqqında söhbət açan natiq həm də İnformasiya Cəmiyyəti və onun yaradılmasının əsas prinsiplərindən danışmışdır.
Sonra M.Abbaszadə jurnalistləri maraqlandıran suallara cavab vermişdir.