İQTİSADİYYAT
“İpək Yolu” nəqliyyat dəhlizinin Azərbaycan ərazisində 13,9 milyon ton yük daşınmışdır
Bakı, 19 may (AZƏRTAC). Cari ilin birinci rübündə “İpək Yolu” nəqliyyat dəhlizinin Azərbaycan ərazisində 13,9 milyon ton yük, 74,9 milyon nəfər və ya 7,9 faiz çox sərnişin daşınmışdır.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, dəhlizdə daşınmış yüklərin 50,4 faizi avtomobil, 32,9 faizi dəmir yolu, 16,7 faizi dəniz nəqliyyatının payına düşmüş, avtomobil nəqliyyatında 5,8 faiz artım qeydə alınmışdır. Dəhliz vasitəsilə daşınmış yüklərin 22,4 faizini və ya 3,1 milyon tonunu tranzit yüklər təşkil etmişdir.
Yük daşımaları fəaliyyətindən 119,8 milyon manat, sərnişin daşınmasından isə 26,1 milyon manat gəlir əldə olunmuş və müvafiq olaraq 3,8 faiz və 12,9 faiz artmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [12:06]
AYNA taksi sürücüləri üçün təlimlərə başlayıb
- 28.08.2023 [17:30]
Daha bir küçədə sürət həddi endirilib
- 28.08.2023 [14:14]
“AzParking” mobil tətbiq istifadəçilərinin sayı artıb
- 25.08.2023 [08:20]
Bakıda hazırda sıxlıq müşahidə edilən yollar
- 24.08.2023 [19:15]
Paytaxtda avtobusların hərəkət intervalında gecikmələr müşahidə edilir
- 24.08.2023 [18:40]
Azərbaycan ilə Özbəkistan aviasiya sahəsində əlaqələri möhkəmləndirir
- 24.08.2023 [10:44]