İQTİSADİYYAT
İpoteka istiqrazlarının yeni buraxılışının yerləşdirilməsi üzrə növbəti hərrac keçirilib
Bakı, 10 mart, AZƏRTAC
Martın 10-da Bakı Fond Birjasında (BFB) “Azərbaycan İpoteka Fondu” ASC-nin faizli, adlı, sənədsiz, təmin edilmiş ipoteka istiqrazlarının yeni buraxılışının yerləşdirilməsi üzrə növbəti hərrac keçirilib.
BFB-dən AZƏRTAC-a bildiriblər ki, hərraca çıxarılan istiqrazların (ISIN nömrəsi AZ2011008681) nominal qiymətlə həcmi 20 milyon manat təşkil edib. Hərrac zamanı sifarişlərin qəbulu Bakı Fond Birjasının ticarət reqlamentinə əsasən saat 11:00-dan 12:30-dək həyata keçirilib.
İstiqrazların buraxılış şərtlərinə əsasən, hərrac qiyməti 1003.5000 manat təyin edilib. İstiqrazlar üzrə toplanmış tələbin həcmi nominal qiymətlə 20 milyon manat təşkil edib. Hərraca çıxarılmış istiqrazlar tam həcmdə yerləşdirilib.
Yerləşdirmənin anderrayteri qismində birja üzvü “Paşa Kapital” İnvestisiya Şirkəti QSC çıxış edir. İstiqrazlar 2026-cı il dekabrın 6-da ödəniləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [11:22]
Dövlət Vergi Xidməti: Elektron xidmət təkmilləşdirilib
- 27.08.2023 [07:11]
Dövlət xətti ilə 3886 mənzil kirayə verilib
- 26.08.2023 [14:52]
Hüquqi şəxsin fəaliyyəti yenidən bərpa oluna bilərmi?
- 26.08.2023 [14:50]
ABŞ Federal Ehtiyat Sistemi uçot dərəcələrini artırmağa davam edəcək
- 25.08.2023 [14:44]