İQTİSADİYYAT
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində təcrübəçilərlə görüş olub
Bakı, 29 dekabr, AZƏRTAC
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı mərkəzin təcrübəçiləri ilə görüşüb.
İİTKM-dən AZƏRTAC-a bildirilib ki, görüşdə Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan iqtisadi islahatlar barədə gənclərə ətraflı məlumat verilib. Mərkəzin layihələrinə aktiv cəlb olunan gənclər təcrübə müddətində fəaliyyət göstərdikləri sahələr üzrə öz rəy və təkliflərini bildirib. V.Qasımlı iqtisadi islahatlar barədə onları maraqlandıran sualları cavablandırıb.
Qeyd edək ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində indiyədək 300-dək gənc təcrübə proqramından keçib. Onlardan bir qismi topladıqları təcrübə üzrə dövlət və özəl, eləcə də beynəlxalq qurumlarda işə başlayıblar.
Müzakirənin sonunda fəaliyyətində fərqlənən təcrübəçilərə təşəkkürnamələr təqdim olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.05.2024 [18:36]
® “Bakcell” Fəvvarələr meydanında yeni innovativ mağazasını təqdim edib!
- 03.05.2024 [18:09]
Bakının bir neçə piyada keçidində lift və eskalatorlar təmir edilib
- 03.05.2024 [16:48]