DÜNYA
İranda növbəti zəlzələ baş verib
Bakı, 23 iyul, AZƏRTAC
İranda növbəti zəlzələ ölkənin cənub-şərqində Kerman ostanında baş verib. Bu barədə ISNA agentliyi Tehran Universitetinin Geofizika İnstitutunun seysmoloji mərkəzinə istinadla məlumat yayıb.
AZƏRTAC RİA Novosti agentliyinə istinadla xəbər verir ki, 5,8 bal gücündə zəlzələnin ocağı 10 kilometr dərinlikdə olub. Tələfat və dağıntı barədə məlumat yoxdur.
Xatırladaq ki, iyulun 22-də İranda üç dəfə zəlzələ baş verib. Onlardan ən güclüsünün maqnitudu 5,9 bal olub. Kermanşah ostanında baş verən bu zəlzələ, demək olar, ölkənin hər yerində hiss edilib. Nəticədə 287 nəfər xəsarət alıb, 101 bina tamamilə, 850 bina qismən dağılıb. Bölgəyə 15 xilasetmə qrup göndərilib. Habelə İranın cənubunda Hörmüzgan ostanında 4,6 və 5,4 bal gücündə zəlzələ olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.05.2024 [17:08]
Rişi Sunak: Yerli seçkilərin nəticələri məyusedicidir
- 03.05.2024 [16:31]
Almaniyada ixtisaslı işçilərə ciddi ehtiyac yaranıb
- 03.05.2024 [16:23]
Konqoda bomba partlayışı nəticəsində on nəfər ölüb
- 03.05.2024 [16:06]
ABŞ-da Fələstinə dəstək aksiyalarında 2,1 min nəfər həbs olunub
- 03.05.2024 [16:04]
Suriyada İŞİD-in hücumu nəticəsində 17 hərbçi həlak olub
- 03.05.2024 [15:47]
Pakistanda avtobus qəzasında ölənlərin sayı 20 nəfərə çatıb
- 03.05.2024 [15:16]
Milanda içki satışına bəzi qadağalar qoyulub
- 03.05.2024 [15:03]
Vyetnamda qidadan 487 nəfər zəhərlənib
- 03.05.2024 [15:01]