SİYASƏT
İranın “Dəniz” qəzeti Azərbaycan Respublikasının Prezidenti Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun AzərTAc-a müsahibəsini dərc edib
![İranın “Dəniz” qəzeti Azərbaycan Respublikasının Prezidenti Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun AzərTAc-a müsahibəsini dərc edib](/files/2014/2/1200x630/1408712555164157230_1200x630.jpg)
Tehran 9 avqust (AZƏRTAC). İran İslam Respublikasında nəşr olunan “Dəniz” qəzeti Azərbaycan Respublikası Prezidenti Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun AZƏRTAC-a müsahibəsini latın və ərəb qrafikalı Azərbaycan əlifbası ilə dərc edib.
Qəzetin www.daniznews.ir veb-saytında da yer alan “Azərbaycan Silahlı Qüvvələri regionun ən güclü ordusudur və qarşısına qoyulmuş istənilən vəzifəni icra etmək qüdrətindədir” başlıqlı müsahibədə Ermənistanın təxribat törədərək atəşkəs rejimini pozmaqda davam etməsinin bölgədə yaratdığı gərginlik diqqətə çatdırılır. Həmçinin bildirilir ki, Ermənistana məxsus silahlı qruplar qoşunların təmas xəttində təxribat törətmək məqsədilə mütəmadi olaraq Azərbaycan Ordusunun mövqelərinə hücuma keçir. Hərbçilərimiz bu xain basqınları qətiyyətlə dəf edirlər.
Ermənistanın beynəlxalq hüquqa saymazyana münasibət bəslədiyini və Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində aparılan danışıqlarda qeyri-konstruktiv mövqe tutduğunu diqqətə çatdıran Əli Həsənov müsahibəsində atəşkəs rejiminin pozulmasına, onun ağır nəticələrinə və digər məsələlərə də aydınlıq gətirir.
Materialın tam mətnini aşağıdakı linklərdən oxumaq olar:
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran