DÜNYA
İraqda neft kəmərində iki partlayış baş vermişdir
Bakı, 8 oktyabr (AZƏRTAC). İraqdakı Rumeyla neft yatağı yaxınlığındakı neft kəmərində iki partlayış baş vermişdir. Partlayışların ardınca başlanmış güclü yanğını söndürmək mümkün olmuşdur.
Bu hadisənin yataqda karbohidrogen hasilatına nə dərəcədə güclü təsir göstərməsi hələlik məlum deyil.
İraqın neft infrastrukturu obyektlərinə silahlılar tərəfindən hücumlar və sabotaj aktları tez-tez baş verir. Keçən il hökumət ölkənin cənubundakı neft hasilatı rayonlarında təhlükəsizlik tədbirlərini xeyli gücləndirmişdir.
Yerli güc strukturları bu ərazidə yataqların işlənməsi üçün lisenziyaları olan xarici şirkətlərlə mühafizə kontraktları imzalamışlar.
İraqın cənubundakı Rumeyla neft yatağı dünyada ən iri yataq hesab edilir. Onun ehtiyatları 17,7 milyard barrel civarındadır.