RƏSMİ SƏNƏDLƏR
İSESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tuveycridən
Zati-aliləri,
Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Zati-alinizə səmimi salamlarımı və təbriklərimi çatdırır, xalqınızı və ölkənizi daha da tərəqqi və inkişafa doğru aparan şərəfli missiyanızda Sizə yeni-yeni uğurlar arzulayıram.
Bu xoş fürsətdən istifadə edərək, Ulu Tanrıdan Zati-alinizi qorumasını, Sizə və ailənizə bol-bol xeyir-dua diləyirəm.
Zati-aliləri, xahiş edirəm ən dərin ehtiramımı qəbul edin.
Hörmətlə,
Əbdüləziz bin Osman əl-Tuveycri
İSESCO-nun baş direktoru