DÜNYA
İspaniya hökuməti “sərvətdən həmrəylik vergisi”nin tətbiqinə başlayacaq
Madrid, 1 oktyabr, AZƏRTAC
İspaniya hökuməti artan inflyasiya fonunda sosial siyasətləri ödəmək məqsədilə ikinci dəfə “sərvətdən həmrəylik vergisi”nin tətbiqinə başlayacaq.
AZƏRTAC xəbər verir ki, yeni sərvət vergisi 2023 və 2024-cü illərdə 3 milyon avrodan çox olan aktivlərin sahiblərinə şamil olunacaq.
İspaniyanın maliyyə naziri Maria Xesus Montero bildirib ki, yeni vergi hesablamalara görə 23 min vergi ödəyicisindən təqribən 1,5 milyard avro cəlb edəcək. 2024-cü ildə isə ildə 200 min avrodan yuxarı gəlirləri 2 faiz bəndinə qədər artıraraq 204 milyon avro cəlb etmək planlaşdırılır. İki il ərzində aztəminatlı şəxslər üçün təxminən 1,88 milyard avro məbləğində vergi endirimləri də tətbiq olunacaq.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Madrid
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.04.2024 [19:20]
Avropa Komissiyasının diplomatı Gürcüstana səfərə gələcək
- 30.04.2024 [19:14]
Ermənistan prezidenti sərhədlərin delimitasiyası prosesini dəstəkləyib
- 30.04.2024 [19:04]
Asiya İnkişaf Bankının 57-ci illik toplantısı Tbilisidə keçiriləcək
- 30.04.2024 [18:54]
Londonda insanlara qılıncla hücum edilib: dörd yaralı, bir ölü
- 30.04.2024 [17:39]
Keniyada daşqınlar nəticəsində ölənlərin sayı 169-a çatıb
- 30.04.2024 [17:34]