İSPANİYANIN KRALI ƏLAHƏZRƏT I XUAN KARLOSA
Əlahəzrət,
İspaniya Krallığının milli bayramı - İspan milləti günü münasibətilə Sizi və xalqınızı ürəkdən təbrik edirəm.
Əminəm ki, ölkələrimiz arasında dostluq münasibətlərinin inkişafı daim xalqlarımızın mənafeyinə xidmət edəcəkdir.
Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost İspaniya xalqına sülh və firavanlıq arzulayıram.
Hörmətlə,
Heydər Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 5 oktyabr 2002-ci il