İDMAN
İsveç pilotu Bakıda keçirilən Formula-2 üzrə “Grand Prix–2013” yarışlarının qalibi olmuşdur
![](/files/galleryphoto/2013/2/1200x630/1407927854510254819_1200x630.jpg)
![](/files/galleryphoto/2013/2/1200x630/14079278542975817141_1200x630.jpg)
![](/files/galleryphoto/2013/2/1200x630/14079278543064714313_1200x630.jpg)
![](/files/galleryphoto/2013/2/1200x630/14079278546472054705_1200x630.jpg)
![](/files/galleryphoto/2013/2/1200x630/140792785460186840_1200x630.jpg)
![](/files/galleryphoto/2013/2/1200x630/14079278544251542432_1200x630.jpg)
![](/files/galleryphoto/2013/2/1200x630/14079278541067131414_1200x630.jpg)
![](/files/galleryphoto/2013/2/1200x630/14079278544122143127_1200x630.jpg)
Bakı, 7 iyul (AZƏRTAC). İyulun 7-də Bakıda motorlu qayıqsürmə üzrə (Formula-2) “Grand Prix-2013” turniri çərçivəsində əsas yarış keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, əvvəlcə Xəzər dənizində məşq prosesi keçirilmişdir. Hazırlıqda 11 ölkədən 20 pilot iştirak etmişdir. Hazırlıq zamanı pilotlar müxtəlif nümunəvi çıxışlar etmiş, həmçinin sürət şousu göstərmişlər.
Sonra yarışa start verilmişdir. Pilotlar 45 dəqiqə ərzində müəyyən olunmuş marşrut üzrə dövrə vurmuşlar. Yarış zamanı İsveç klubları - “Bimba Racing”in üzvü Bimba Sjöholm və “AJO”nun pilotu Tobis Soderling idarəetməni itirərək qayıqlarını aşırmışlar. Hər iki idmançı yarışdan kənarlaşdırılmışdır.
Maraqlı idman mübarizəsi şəraitində keçən yarışda İsveçin “Getel Racing” komandasının pilotu Erik Stark fəxri kürsünün ən yüksək pilləsinə qalxmışdır. “Azərbaycan” komandasının üzvü Cohan Andersson ikinci, Latviyanın “Riga powerboat” kollektivinin pilotu Ulvis Slakteris isə üçüncü olmuşlar.
Qaliblərə medal, kubok, həmçinin italiyalı dizaynerlər tərəfindən hazırlanmış xüsusi hədiyyələr təqdim olunmuşdur. Turnirin xüsusi mükafatı isə B.Sjöholma verilmişdir.
Turnirdə Azərbaycan ilə yanaşı, İsveç, Avstriya, Böyük Britaniya, Norveç, Latviya, Almaniya, Cənubi Afrika Respublikası, İtaliya, Rusiya və Macarıstan idmançıları da birincilik uğrunda mübarizə aparmışlar.