Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

İsveçrə Konfederasiyasının Prezidenti Alain Bersetdən

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri.

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırmaqdan məmnunluq duyur və Sizinlə bu ilin yanvar ayında Davosdakı görüşümüzü məmnunluq hissi ilə xatırlayıram.

İsveçrə Federal Şurası adından Sizə Azərbaycan dövlətinin və xalqının rifahı və davamlı firavanlığı istiqamətində bütün işlərinizdə uğurlar arzulayıram.

İsveçrə ilə Azərbaycan arasında yaxşı və geniş əlaqələr mövcuddur. Mən səmimiyyətlə ümid edirəm ki, ölkələrimiz arasındakı yüksək səviyyəli münasibətlər Sizin Prezidentliyinizin yeni dönəmində də uğurla davam edəcək.

Zati-aliləri, xahiş edirəm, ən dərin ehtiramlarımı qəbul edin.

Hörmətlə,

 

Alain Berset

İsveçrə Konfederasiyasının Prezidenti

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin