Azərbaycan Dövlət İnformasiya Agentliyi

İtaliya nəşri: Qərbi Azərbaycan məsələsi nədir?

İtaliya nəşri: Qərbi Azərbaycan məsələsi nədir?

Bakı, 21 sentyabr, AZƏRTAC

Cənubi Qafqaz geosiyasi dönüş edir. Həqiqətən də regional münaqişələr, böyük güc mübarizələri və enerji məsələləri daha çox sayda siyasətçi və politoloqu bu geostrateji region haqqında biliklərini artırmağa təşviq edir.

Cənubi Qafqazın geosiyasətinə gəlincə, Qarabağ məsələsi, şübhəsiz ki, ən aktual mövzudur. 1990-cı illərdən bu günə qədər Qarabağ uğrunda iki müharibə aparılıb və sentyabrın 19-da separatçıların nəzarətində olan sonuncu ərazilərin qaytarılması üçün Azərbaycan lokal xarakterli antiterror tədbirləri başladıb.

Qərbi Azərbaycan İcmasından AZƏRTAC-a bildirilib ki, İtaliyanın “InsideOver” nəşri Bakı ilə İrəvan arasında fikir ayrılıqlarının səbəblərini və mənşəyini, xüsusən də “Qərbi azərbaycanlılar” məsələsini daha yaxşı dərk etmək üçün Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərovla əlaqə saxlayıb.

Cənab Ələkbərov, Qərbi Azərbaycan İcmasının sədri olaraq oxucularımıza və İtaliya ictimaiyyətinə bu İcmanın üzvləri barədə nə deyə bilərsiniz?

Qərbi Azərbaycan İcması Ermənistandan zorla qovulmuş azərbaycanlıları təmsil edən təşkilatdır. Təşkilatımız 1989-cu ildə yaradılıb. Həmin vaxtdan etibarən İcma Ermənistandan zorla qovulmuş şəxslərin hüquqlarının müdafiəsi ilə məşğuldur və əsas diqqəti həmin şəxslərin indiki Ermənistan ərazisində yerləşən öz ata-baba yurdlarına qayıtmaq hüququnun təmin olunmasına yönəldir.

1950-1980-ci illərdə Ermənistanın ümumi əhalisinin 10 faizini, yəni 250 mindən çox insanı azərbaycanlılar təşkil edirdi. İndi onlar demək olar ki, yoxdur. Qərbi azərbaycanlılar nə istəyir?

Qovulana qədər azərbaycanlıların Ermənistan əhalisinin tərkibində əhəmiyyətli sayda olmasını doğru vurğuladınız. Əslində, əvvəlki dövrlərdə azərbaycanlıların faizi daha yüksək olub.

Azərbaycanlılara qarşı aparılan etnik təmizləmə əksər hallarda dövlət orqanları tərəfindən zorakılıq, soyqırımı, kütləvi qırğınlar və insanlığa qarşı digər cinayətlər və insan hüquqlarının kobud şəkildə pozulması ilə həyata keçirilib. Bu proses 1905-1906-cı, 1918-1921-ci, 1948-1953-cü və 1987-1991-ci illərdə xüsusilə şiddətli və qəddar olmuşdur. Ermənistanda Azərbaycanın tarixi-mədəni irsi, o cümlədən məscidləri və qəbiristanlıqları kütləvi şəkildə dağıdılıb, toponimlər dəyişdirilib, azərbaycanlılara qarşı sistemli irqi ayrı-seçkilik həyata keçirilib.

Bizə qarşı edilən haqsızlığı qəbul etmirik və onun nəticələrini rədd edirik. Ümumdünya İnsan Hüquqları Bəyannaməsində, Mülki və Siyasi Hüquqlar Haqqında Beynəlxalq Paktda və digər mühüm beynəlxalq aktlarda təsbit olunmuş geri qayıtmaq hüququna əsaslanaraq, biz Ermənistandakı evlərimizə təhlükəsiz və ləyaqətli şəkildə qayıtmağa və qayıtdıqdan sonra fərdi və kollektiv hüquqlarımızın bərpa olunmasına səy göstəririk.

Bu məqsədə necə nail olmaq istəyirsiniz?

Bizim sırf sülhpərvər gündəmimiz var. Biz beynəlxalq ictimaiyyətə, müvafiq hökumətlərə və vətəndaş cəmiyyətlərinə müraciət etdik. “İndiki Ermənistan ərazisindən qovulmuş azərbaycanlıların sülh yolu ilə, təhlükəsiz və ləyaqətli şəkildə geriyə qayıtmasının təmin edilməsi barədə Konsepsiya”nı hazırladıq, bu sənəd Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının və Baş Assambleyasının rəsmi sənədi kimi dərc olundu. Biz Birləşmiş Millətlər Təşkilatından və onun ixtisaslaşmış təşkilatlarından, xüsusilə də UNESCO-dan bizə, ata-baba yurdlarımıza geri qayıtmaq istiqamətində hüququmuzu təmin etməyə kömək etmələrini və repatriasiya prosesinə töhfə vermək məqsədilə Ermənistana missiyalar göndərmələrini xahiş etdik.

BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı, xüsusi prosedur mandat sahibləri ilə dialoq, BMT-nin İnsan Hüquqları Şurası və digər müqavilə təşkilatları ilə qarşılıqlı əlaqə insan hüquqlarına əsaslanan gündəliyimizin əhəmiyyətli hissəsini təşkil edir. Biz, həmçinin geri qayıdış hüququmuzla bağlı apardığımız işə dəstək olmaları ümidi ilə “Human Rights Watch” və “Amnesty İnternational” kimi insan hüquqları sahəsində aparıcı qeyri-hökumət təşkilatları ilə dialoqa başladıq.

Şübhəsiz ki, Ermənistanla dialoq bizim qayıdış məsələmizi sülh yolu ilə həll etmək səylərimizin əsas aspektini təşkil edir. Qərbi azərbaycanlılar olaraq yaddaşlarımızda qalan kədərli tarixi etiraf etsək də əminik ki, sülh və tərəqqiyə aparan yol dialoq və barışıqdan keçir. Biz öz doğma torpaqlarımıza qayıtdıqdan sonra Ermənistanla sülh şəraitində yanaşı yaşamağa tam hazırıq.

Bu yanaşmayla və beynəlxalq hüquqa, xüsusilə dövlətlərin ərazi bütövlüyünə hörmət prinsipinə birmənalı sadiqlik göstərməklə Ermənistan hökumətinə dialoq təklifi ilə müraciət etdik. Təəssüf ki, müraciətlərimiz hələ də cavabsız qalmaqdadır. Hətta nəzərə alsaq ki, bu dialoq təklifi məhz Ermənistanın siyasəti nəticəsində kütləvi şəkildə hüquqları pozulmuş bir icmadan gəlir, Ermənistan hökumətinin bu təklifə məhəl qoymaması ağılsızlıqdır.

Hazırda Azərbaycanda yaşayan etnik ermənilərin hüquqlarına dair spekulyasiyalar etməklə özlərini insan hüquqlarının müdafiəçisi kimi göstərmək cəhdlərini nəzərə aldıqda, Ermənistanın hüquqlarımızı bərpa etməkdən davamlı şəkildə imtina etməsi ikiüzlülükdür. Buna baxmayaraq, ümid edirik ki, məntiq qalib gələcək və Ermənistan hökuməti bizimlə konstruktiv dialoqa gələcək.

Qərbi azərbaycanlılar məsələsi İrəvanla Bakı arasında davam edən sülh danışıqlarının tərkib hissəsidirmi?

Biz iki ölkə arasında imzalanacaq sülh sazişində azərbaycanlıların geri qayıtmaq hüququnun bəyan olunmasının sülhün davamlı olması baxımından əhəmiyyət kəsb edəcəyinə qəti şəkildə inanırıq.

Biz, İcma olaraq Azərbaycan hökumətinin Ermənistanla sülh danışıqlarında bu məsələni qaldırması barədə bəyanatını qeydə aldıq. Bu məsələdə tutduğu prinsipial və ardıcıl mövqeyə görə Prezident İlham Əliyevə son dərəcə minnətdarıq.

İtaliya kimi ölkələr bu müharibənin tez-tez gözdən qaçan qurbanları haqqında beynəlxalq ictimaiyyət arasında məlumatlılığı artırmaq üçün nə edə bilər?

Ermənistandan qovulmuş azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə geri qayıtmasına şərait yaratmaq insan hüquqlarının qlobal səviyyədə qorunmasına töhfə verəcəkdir. Üstəlik, bu, beynəlxalq sülhün və təhlükəsizliyin qorunması baxımından aktual məsələdir. Bu fundamental aspektləri qeyd etmək sözügedən məsələyə beynəlxalq ictimaiyyətin diqqətinin cəlb olunması baxımından mühüm əhəmiyyət kəsb edir.

İtaliya kimi ölkələr, insan haqları və beynəlxalq təhlükəsizliklə məşğul olan beynəlxalq təşkilatlar çərçivəsində bu məsələni qaldırmaqla Ermənistandan qovulmuş azərbaycanlılar haqqında məlumatlılığın artırılmasına kömək edə bilər. Bundan əlavə, Ermənistanla bu məsələnin ikitərəfli qaydada qaldırılması qovulmuş azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə geri qayıtmasına əhəmiyyətli ölçüdə töhfə verə bilər.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Tramp prezidentlik müddəti başa çatanadək Kubada hakimiyyətin dəyişəcəyini düşünür

İKTA sentyabr üçün regionlar üzrə internet sürətini açıqlayıb

İran Hörmüz boğazının açılması planının icra müddətini iki günə endirməyə razılaşıb

Tramp Ukrayna münaqişəsinin nizamlanması ilə bağlı razılaşmaya yaxın olduqlarını bildirib

İran müharibə ehtimalını istisna etmir

İran XİN rəhbəri ABŞ ilə münaqişənin nizamlanması üçün şərtləri açıqlayıb

Ukrayna Prezidenti İstanbulda səfərdədir

Azərbaycan güləşçisi Qazaxıstanda keçirilən dünya çempionatında bürünc medal qazanıb

Britaniyalı rəqqaslar: Bakı festivalı yarışdan daha çox beynəlxalq rəqs bayramını xatırladır

Ukrayna Rostov vilayətində raket yanacağı istehsal edən müəssisəni vurub

“Al Arabiya”: İran ABŞ-nin təkliflərini müzakirə etmək üçün Qətərə nümayəndə heyəti göndərib

Azərbaycan İslam həmrəyliyinin möhkəmləndirilməsinə mühüm töhfə verir ŞƏRH

Silahdaşlarının yolunu açmaq üçün canından keçdi VİDEO

Silahdaşlarının yolunu açmaq üçün canından keçdi VİDEO

Azərbaycan Premyer Liqası: “Araz-Naxçıvan” - “Zirə” oyununda qalib müəyyənləşməyib

Azərbaycanda ilk donor ürək transplantasiyasının birinci ildönümünə həsr olunan “Ürək transplantasiyası həftəsi” başlayıb VİDEO

Azərbaycanda ilk donor ürək transplantasiyasının birinci ildönümünə həsr olunan “Ürək transplantasiyası həftəsi” başlayıb VİDEO

Azərbaycan Feridun Sinirlioğlunun BMT Baş katibliyinə namizədliyini alqışlayır

Seul, Vaşinqton və Tokio Şimali Koreyanın tam nüvəsizləşdirilməsini tələb edir

Zəfər Günü münasibətilə Bakı bulvarında konsert təşkil olunacaq

Siyasi şərhçi: Milli suverenliyin qorunması güclü dövlətçiliyin əsas şərtidir

Əsrə bərabər 35 il

Sabah rayonlarda hava əsasən yağmursuz olacaq

Kamran Musayev: Ötən bir ildə 4 xəstəyə ürək transplantasiyası əməliyyatı icra etmişik

Yeganə Abbasova: Bu günə qədər 85 meyit donordan orqan köçürülüb

Azərbaycanda “Apple” istifadəçilərinin hesabları kütləvi şəkildə ələ keçirilir

Qərbi Azərbaycandan olan Nəcəfovlar ailəsinin evliliklərinin 50 illiyi qeyd olunub

Pedaqoji Universitet NASCO29-da təmsil olunub

Fransada ötən il 927 evsiz insan həyatını itirib, onlardan 20-si uşaqdır

Azərbaycanın iki güləşçisi dünya çempionatında yarımfinal görüşünə çıxacaq

Zelenski Kiyevdə və Dneprdə enerji böhranından danışıb

Arsen Venger: FIFA U-15 hamı tərəfindən sevilib və hər kəs onun yenidən keçirilməsini istəyir

NDU ilə ADNSU arasında əməkdaşlıq memorandumu imzalanıb

İnfantino: Bakıda keçirilən U-15 dünya çempionatı və festivalı FIFA-nın son 120 ildə həyata keçirdiyi ən uğurlu layihədir

Fransada 31 oktyabr etirazları: CGT nümayişçiləri Parisdə icazə verilən marşruta qoşulmağa çağırır

Yaxın vaxtlarda Moskva-Bakı marşrutu üzrə kruiz gəmisinin istifadəyə verilməsi planlaşdırılır

Türk Xəbər Agentlikləri Alyansının fotomüsabiqəsinin qalibləri müəyyənləşib

Botanika İnstitutu Qarabağ florasının elmi tədqiqi və rəqəmsallaşdırılması istiqamətində araşdırmalar aparıb

Nadir Zeynalov: Transplantasiya multiinstitusional yanaşma tələb edir

Milli Məclisin komitə sədri: Səhiyyə xərclərinin dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisində artım müşahidə olunur

Kamran Musayev: Hazırda 50-dən çox xəstə ürək transplantasiyası üçün gözləyir

Hazırda Azərbaycanda 1500-dən çox xəstə orqan gözləyir

Parisdə 31 oktyabr aksiyasının marşrutu dəyişdirilib: Dövlət Şurası polis prefekturasının qərarını qüvvədə saxlayıb

Baş Dövlət Yol Polisi İdarəsi ikitəkərli nəqliyyat vasitələrinin sürücülərinə müraciət edib VİDEO

Baş Dövlət Yol Polisi İdarəsi ikitəkərli nəqliyyat vasitələrinin sürücülərinə müraciət edib VİDEO

Kiyevdə əhaliyə ağır elektrik kəsintiləri qrafiki tətbiq edilir

İğdırda Azərbaycanın Vətən müharibəsindəki Zəfər Günü qeyd olunacaq

2030-cu ilədək Azərbaycanda butik şərabçılıq müəssisələrinin sayı 4 dəfə artırılacaq VİDEO

2030-cu ilədək Azərbaycanda butik şərabçılıq müəssisələrinin sayı 4 dəfə artırılacaq VİDEO

Qazaxıstan sərhədçiləri bu ay Xəzərdə 126 qanun pozucusunu və 44 kiçikölçülü gəmini saxlayıblar

Domen Krapej: Azərbaycan mədəniyyət və rəqs dünyası ilə tanış olmaq üçün gözəl ölkədir

“Qələmdən – notlara: uşaq mahnıları” adlı konsert

Əhliman Əmiraslanov: Orqan transplantasiyası gözləyən xəstələrin sayı kifayət qədər çoxdur

Noyabrın 1-də gözlənilən hava şəraiti açıqlanıb VİDEO

Noyabrın 1-də gözlənilən hava şəraiti açıqlanıb VİDEO

Əziz Əliyevin 130 illik yubileyi Gəncədə qeyd edilib VİDEO

Əziz Əliyevin 130 illik yubileyi Gəncədə qeyd edilib VİDEO

Sabahdan Bakı-Tbilisi-Bakı marşrutu üzrə qatar reyslərinin sayı 4-ə çatdırılır VİDEO

Sabahdan Bakı-Tbilisi-Bakı marşrutu üzrə qatar reyslərinin sayı 4-ə çatdırılır VİDEO

Azərbaycan Premyer Liqası: “Qəbələ” bu gün “Qarabağ”ı qəbul edəcək

ABŞ-də qazma qurğularının sayı artıb

Stokholmda Zəfər Gününə həsr edilmiş konsert keçirilib VİDEO

Stokholmda Zəfər Gününə həsr edilmiş konsert keçirilib VİDEO

Rezidentlik sertifikatı necə alınır?

Ali Məhkəmənin Plenumunda bir sıra qərarlar qəbul olunub

Rəssam Anar Şəmsi “Barama” əsərində sığınacaq, yaddaş və irs anlayışlarını əks etdirib

AFFA futbol klubları ilə əməkdaşlığın genişləndirilməsini müzakirə edib

Qarabağ Dirçəliş Fondu QHT-lər üçün qrant müsabiqələrinə dair infosessiyada iştirak edib

“Konsul leqallaşdırılması informasiya sistemi”nin yaradılması üzrə texniki işlərin 85 faizi tamamlanıb

Müdafiə naziri Zakir Həsənov türkiyəli həmkarına başsağlığı verib

Azərbaycançılıq ideyası milli birliyimizin və dövlətçiliyimizin əsasını təşkil edir - ŞƏRH

Mir Azər Abdullayev: “Yenidən bax” əsərim insanı təbiətə və ətraf aləmə yenidən nəzər salmağa çağırır

FHN-in Dövlət Yanğından Mühafizə Xidməti yanğın-taktiki təlim keçirib VİDEO

FHN-in Dövlət Yanğından Mühafizə Xidməti yanğın-taktiki təlim keçirib VİDEO

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 31 oktyabr

31 Oktyabr – Beynəlxalq Əmanət Günüdür

Rəşad Ələkbərov: Festival müasir incəsənətin müxtəlif istiqamətlərini bir araya gətirir

Vinita Aqraval: “Baku Art Weekend” Azərbaycan mədəniyyətini dünyaya tanıtmaq üçün geniş imkanlar yaradır

Türk qonaq: “Art Weekend” festivalı çox yüksək səviyyədə təşkil olunub

Latviyalı rəssam: Azərbaycanın çox peşəkar rəssamları var

Azərbaycançılıq ideologiyası: Milli birliyin və həmrəyliyin əsası - ŞƏRH

Dövlət Xidmətinin rəisi Mürsəl İbrahimov Qəbələdə vətəndaşların müraciətlərini dinləyəcək

Gəncədə 18 min manatlıq qızıl-zinət əşyalarını oğurlayan şəxs saxlanılıb VİDEO

Gəncədə 18 min manatlıq qızıl-zinət əşyalarını oğurlayan şəxs saxlanılıb VİDEO

Masazırda mənzildə köməksiz vəziyyətdə qalan vətəndaş xilasedicilər tərəfindən çıxarılıb VİDEO

Masazırda mənzildə köməksiz vəziyyətdə qalan vətəndaş xilasedicilər tərəfindən çıxarılıb VİDEO

Qubadlıda ilk su elektrik stansiyası tikilir VİDEO

Qubadlıda ilk su elektrik stansiyası tikilir VİDEO

®  Azərbaycan yol mühəndisliyinin Avropadakı imzası – “Azvirt” VİDEO

® Azərbaycan yol mühəndisliyinin Avropadakı imzası – “Azvirt” VİDEO

“Axios”: Trampın İrana qarşı hərbi əməliyyatları bərpa etməsinə seçkilərin nəticələri təsir göstərə bilər

DİN: Ötən gün cinayət törətməkdə şübhəli bilinən 45 nəfər saxlanılıb

Azərbaycan nefti 126 dollara satılır VİDEO

Azərbaycan nefti 126 dollara satılır VİDEO

“Bloomberg”: “Apple” yenidən dünyanın ən dəyərli şirkəti olub

Milli ideya insanları yalnız keçmişlə fəxr etməyə deyil, həm də gələcək üçün çalışmağa ruhlandırır

Azərbaycanlı şagirdlər Almaniyada Eynşteyn Olimpiadasında uğur qazanıblar

Hörmüz boğazı yaxınlığında daha bir neft tankerinə hücum edilib

Tramp: ABŞ Venesuela neftindən İran müharibəsinə xərclədiyindən 10 dəfə çox gəlir əldə edib

WSJ: İranın zərbələri ABŞ-nin Yaxın Şərqdəki bazalarına milyardlarla dollar ziyan vurub

Tramp: ABŞ İranla münaqişənin həllinə tələsmir

İsrail ordusu HƏMAS komandirini öldürdüyünü açıqlayıb

Şimali Koreya: Qərbin sanksiyaları ölkənin nüvə statusuna təsir göstərmir

Səbuhi Əhmədov: Sərgi Azərbaycan xalqının döyüş ruhunu əks etdirir

Heydər Əliyev Mərkəzində “Art Weekend”in rəsmi açılışı olub

Tramp: ABŞ hələlik Rusiya Birbaşa İnvestisiya Fonduna qarşı sanksiyaları ləğv etmir

Tovuzda avtomobil qəzaya uğrayıb, xəsarət alanlar var VİDEO

Tovuzda avtomobil qəzaya uğrayıb, xəsarət alanlar var VİDEO

Rejissor: Teatr aktuallığını qorumaq istəyirsə, tamaşaçı ilə ünsiyyətin yeni formalarını axtarmalıdır

ABŞ Ukraynaya 2,1 milyard dollarlıq “Patriot” raketlərinin satışını təsdiqləyib

Kanada Ukraynaya 500 milyon avro ayıracaq

ABŞ Səudiyyə Ərəbistanındakı diplomatlarını təxliyə etməyə başlayıb

Eldar Cəfərov: Gələn il Azərbaycanda yeddi beynəlxalq rəqs layihəsinin keçirilməsi planlaşdırılır

Bakıda “Azerbaijan Dance Festival 2026” beynəlxalq rəqs festivalı keçirilir