CƏMİYYƏT
İtaliyanın Beynəlxalq Təşkilatlar üzrə Gənclər Hərəkatı Roma nümayəndəliyinin təmsilçiləri ATGTİ-nin fəaliyyətini yüksək qiymətləndirmişlər
Bakı, 12 aprel (AZƏRTAC). Bakıda səfərdə olan İtaliyanın Beynəlxalq Təşkilatlar üzrə Gənclər Hərəkatı Roma nümayəndəliyinin (MSOI Rome) təmsilçiləri Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) qərargahında olmuşlar.
Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqından AZƏRTAC-a bildirmişlər ki, ATGTİ-nin beynəlxalq əlaqələr departamentinin direktoru Toğrul Məmmədli qonaqları təşkilatın qərargahı və “İnformasiya texnologiyaları evi” ilə tanış etmişdir.
Sonra ATGTİ-nin İctimaiyyətlə əlaqələr departamentinin direktoru Şərqiyyə Qulamova italiyalı qonaqlara təşkilatın yaranma tarixi, ümumi fəaliyyət prinsipləri, irimiqyaslı layihələri və strukturu haqqında məlumat vermişdir.
İtaliya nümayəndə heyətinin rəhbəri Françekso Xavyer Qreki ATGTİ-nin fəaliyyətini yüksək qiymətləndirmişdir.
Sonda qonaqlara ATGTİ-nin çap məhsulları hədiyyə olunmuşdur.