MƏDƏNİYYƏT
İyulun kinomanı məlum olmuşdur
Bakı, 10 avqust (AZƏRTAC). “İrəli” xarici dillər mərkəzinin “Movie Club” layihəsinin icrası uğurla davam edir. İstirahət günlərində ingilis və rus dillərində göstərilən filmlər gənclərin asudə vaxtlarının maraqlı keçməsinə, dil biliklərinin təkmilləşməsinə yardımçı olur.
Qurumdan AZƏRTAC-a bildirmişlər ki, layihə çərçivəsində fantastika, macəra, komediya, melodrama və triller janrlarında filmlər nümayiş etdirilmişdir. Eyni zamanda, tamaşaçılara filmin aktyor heyəti, süjet xətti haqqında məlumat verilmişdir.
Səsvermə yolu ilə seçilmiş filmlərin müsabiqəsi keçirilmiş və ən yüksək nəticəyə görə “Movie Club”un fəal üzvlərindən olan Orxan Əliyev “Ayın kinomanı” adına layiq görülmüş, diplom və hədiyyə ilə mükafatlandırılmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.05.2024 [18:50]
Daşkənddə Ulu Öndər Heydər Əliyevin doğum günü qeyd edilib VİDEO
- 10.05.2024 [15:53]
Bakıda “Cadı” türk filminin qala gecəsi olub
- 10.05.2024 [15:08]
Fidan Hacıyeva: İkinci Beynəlxalq Opera Festivalı da olacaq!
- 10.05.2024 [12:44]
Bakıdakı Rus evi 9 May - Qələbə Gününə həsr olunmuş konsert təşkil edib
- 10.05.2024 [10:42]