İDMAN
Joze Mourinyo: Eden Hazard “Çelsi”nin UEFA Avropa Liqasının finalında qələbə qazanması üçün əlindən gələni edəcək
Bakı, 24 may, AZƏRTAC
“Çelsi” klubunun sabiq çalışdırıcısı portuqaliyalı Joze Mourinyo UEFA Avropa Liqasının mayın 29-da Bakıda “Arsenal” və “Çelsi” komandaları arasında keçiriləcək final oyunu barədə “Skysports” saytına açıqlama verib.
AZƏRTAC xəbər verir ki, Joze Mourinyo bildirib: “Düşünürəm ki, Bakıdakı final oyunu Eden Hazardın “Çelsi”nin heyətində sonuncu qarşılaşması olacaq. Bu səbəbdən də E.Hazard komandasının “Arsenal” üzərində qələbə qazanması üçün əlindən gələni edəcək”.
Digər finalçı “Arsenal” haqqında da müsbət fikirlər səsləndirən Joze Mourinyo istər UEFA Avropa Liqasının, istərsə də Çempionlar Liqasının finalında ingilis klublarını görməkdən məmnun olduğunu deyib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.04.2024 [20:16]
Premyer Liqa: "Sabah" doğma meydanda "Səbail"ə qalib gəlib
- 27.04.2024 [19:39]
Azərbaycanın daha bir cüdoçusu Avropa çempionu olub
- 27.04.2024 [18:43]
"Ocaq Sport" Klubunun yeni zalının açılışı olub VİDEO
- 27.04.2024 [18:09]
Azərbaycan taekvondoçusu Estoniyada keçirilən turnirdə gümüş medal qazanıb
- 27.04.2024 [17:30]
Premyer Liqa: “Liverpul” çempionluq yolunda vacib xal itirib
- 27.04.2024 [16:19]
Azərbaycan Basketbol Liqası: “Gəncə” müntəzəm mövsümü beş qələbə ilə bitirib
- 27.04.2024 [16:07]