İDMAN
Kataloniyada “Barselona” klubunun stadionu yaxınlığında polislə toqquşma olub
Madrid, 19 dekabr, AZƏRTAC
Dekabrın 18-də İspaniya Futbol Liqasında “Barselona” və “Real” komandaları arasında keçirilmiş matç zamanı kataloniyalı etirazçılarla polis arasında toqquşma baş verib.
AZƏRTAC xəbər verir ki, Kamp Nou stadionunda keçirilmiş matç heç-heçə başa çatıb. Matçdan sonra Kamp Nou stadionunun yaxınlığındakı küçədə Kataloniyanın müstəqilliyinin tərəfdarları ilə polis arasında baş vermiş toqquşma zamanı təqribən 50 nəfər yaralanıb.
Əsasən gənclərdən ibarət olan etirazçılar barrikadaların arxasında gizlənərək polislərə atəş açıb, onların üzərinə daş və şüşələr atıblar.
“Demokratik sunami” adlanan separatçı hərəkatın təşkil etdiyi etiraz aksiyasına azı 5 min nəfər qoşulub.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Madrid