İDMAN
Kazanda keçirilən 27-ci Dünya Universiadasının ikinci günündə altı Azərbaycan idmançısı mübarizə aparacaqdır
Bakı, 8 iyul (AZƏRTAC). Tatarıstanın paytaxtı Kazanda 27-ci Dünya Universiadası davam edir.
AZƏRTAC xəbər verir ki, universiadanın ikinci günü - iyulun 8-də altı Azərbaycan idmançısı mübarizə aparacaqdır.
Belə ki, cüdoçumuz Məmmədəli Mehdiyev (81 kq) ABŞ idmançısı Mixael Harrisonla, Sain Məmmədov (90 kq) Karlos Bauza (Litva) - Aleksandr Yureçka (Çexiya) cütünün qalibi ilə qarşılaşacaqdır.
Ağır atletlərin mübarizəsində isə milli komandamızın üzvü Kristina Oivu (58 kq) körpücük üzərinə çıxacaqdır.
Universiadada 81 kiloqram çəki dərəcəsində mübarizə aparan boksçumuz Rauf Rəhimov dörddəbir final mərhələsi çərçivəsində özbəkistanlı Elşod Rasulovla qarşılaşacaqdır. İdmançımız qalib gələcəyi təqdirdə bürünc medalı özü üçün təmin etmiş olacaqdır.
Kəmər güləşi yarışlarında Gülsədəf Kərimova (66 kq) qırğızıstanlı Nestan Kiyazova ilə, Ülviyyə Kərimova (52 kq) isə ukraynalı Lyudmila Metişenko ilə üz-üzə gələcəklər.