Azərbaycan Dövlət İnformasiya Agentliyi

Keyfiyyət infrastrukturunun inkişafı rəqabətədavamlı ixrac məhsulları istehsalının vacib amilidir

Keyfiyyət infrastrukturunun inkişafı rəqabətədavamlı ixrac məhsulları istehsalının vacib amilidir

Keyfiyyət infrastrukturu sistemi iqtisadi inkişafın tendensiyalarından biri kimi

Bakı, 30 mart, AZƏRTAC

Keyfiyyət infrastrukturu sisteminin formalaşdırılması sürətli inkişaf yolunu seçmiş xalq üçün çiçəklənmə və rifahın təmin edilməsi istiqamətində zəruri addım hesab olunur. Bu, elə bir infrastruktur sahəsidir ki, sənayenin inkişafı, qlobal bazarlarda rəqabətqabiliyyətlilik, təbii sərvətlərin və insan resurslarının səmərəli istifadəsi, ərzaq təhlükəsizliyi, sağlamlıq, ətraf mühit və iqlim kimi bir çox istiqamətlərdə dövlət siyasətinin əsas hədəflərinə nail olunmasına töhfə verir.

Ümumiyyətlə, “keyfiyyət” - istehlakçıların tələblərinə cavab verən məhsul və xidmətlərin təminatı deməkdir. Bu cür yanaşdıqda, keyfiyyət infrastrukturu sisteminin dinamik olduğunu, milli səviyyədə məhsul və xidmətlərin keyfiyyətinin təkmilləşdirilməsi istiqamətində katalizator rolunu oynadığını deyə bilərik. Xarici bazarların tələblərini qarşılamaq baxımından milli sənayeyə dəstək olmaqla bu amil ölkə iqtisadiyyatının qlobal ticarətdə və dəyərlər zəncirində daha fəal iştirakını təmin edir, rəqabətqabiliyyətliliyini artırır.

BMT-nin Sənaye İnkişafı Təşkilatının “Keyfiyyət infrastrukturu sisteminin əsasları” adlı təqdimatında bu anlayışın məhsul və xidmətlərə qoyulan keyfiyyət tələblərinin müəyyənləşdirilməsi və təkmilləşdirilməsi baxımından güclü bir alət olması qeyd edilir. Vurğulanır ki, bu sistemin bütün iqtisadi modellərə tətbiq edilə biləcək vahid konsepti yoxdur. Çünki, milli, regional və beynəlxalq səviyyədə tələblərin aydınlaşdırılması kontekstində hər bir keyfiyyət infrastrukturu fərqli müddəalar ehtiva edir. Müvafiq anlayışın strukturunu təhlil edən zaman müxtəlif səviyyələrdə aşağıdakı elementlər qeyd olunur:

- dövlət - keyfiyyət siyasəti, tənzimləyici vasitələr;

- institutlar - metrologiya, standartlaşdırma, akkreditasiya;

- xidmətlər - təbliğat, uyğunluğun qiymətləndirilməsi, kalibrləmə və verifikasiya;

- müəssisələr - təkmilləşmə, dəyərlər zəncirinin inkişafı;

- istehlakçılar - maarifləndirmə, potensialın gücləndirilməsi.

İngiltərəli tarixçi və sosioloq Arnold Toynbi bütün tarixi sadə bir formula ilə ifadə edirdi - çağırış və cavab. Çağırışa daha effektiv cavab verə bilənlər tarix yazır. Məhz müasir dövrün çağırışlarından biri də “keyfiyyət” məfhumudur. Qloballaşma, rəqabət və keyfiyyətə daim artan tələb bazar münasibətlərinin mahiyyətini dəyişib. Artıq keyfiyyət sadəcə texniki problem deyil, əsas strateji məsələlərdən birinə çevrilib. Premium keyfiyyət göstəricisinə malik şirkətlər qiymət səviyyələrinin dəyişməsinə orta keyfiyyət göstəricisi olan rəqiblərindən 8 faiz daha çox təsir gücünə malikdirlər.

Milli səviyyədə keyfiyyət infrastrukturunun strategiyası haqqında danışarkən ölkələr və regionlar üzrə bu amilin fərqli detalları əks etdirdiyini vurğulamaq lazımdır. Bu strategiyanı təkmilləşdirmək üçün ilkin mərhələdə inkişaf, harmonizasiya və islahatlar üçün tədbirlər görülməlidir. Bu istiqamətdə əsas rolu şübhəsiz hökumətlər oynayır. Strategiyadan irəli gələn məqamları müəyyənləşdirə biləcək bir qurumun yaradılması da önəmli amildir.

       Xarici bazarlarda məhsulun rəqabətqabiliyyətliliyinin

       artırılması yolları: keyfiyyət başlıca kriteriyadır

Məhsulun rəqabətə davamlılıq səviyyəsi istehsalçının xarici bazara daha asan daxil ola bilməsi üçün önəmli meyardır. Bu amil, eyni zamanda xarici ticarət əməliyyatlarında səmərəli nəticələr əldə etməyə imkan yaradır. Məhsulun rəqabətqabiliyyətliliyinin qiymətləndirilməsi zamanı diqqət yetirilən faktorları bu cür sıralamaq olar: istehlakçının tələbləri; oxşar məhsulu istehsal edən rəqib şirkətlərin sayı; istehsalın və satışın həcmi, istehsalçının ümumi ölkə müəssisələri arasında payı; bazar seqmentində “dominantlıq” uğrunda mübarizənin təsiri - bu, bir növ yerli müəssisələr arasında yarış və fəth mübarizəsini xatırladır; beynəlxalq bazarda rəqabətin əsas istiqamətləri; rəqiblərin strateji fəaliyyətlərinin izlənilməsi və düzgün qiymətləndirilməsi; rəqabətin müxtəlif metodları (qiymət, keyfiyyət, texniki məqamlar, dizayn, xidmət, istehsalçının prestiji, ticarət nişanı və s.). Bu məqamları sadalayarkən artıq dünya bazarında qiymət amilinin ikinci plana keçdiyini, məhsulun texniki göstəricilərinin və keyfiyyət səviyyəsinin ön planda olduğunu görə bilərik. Bu mübarizədə “aşağı qiymət deyil, daha yüksək keyfiyyət təklif edən” qalib gəlir. Çünki, keyfiyyətli məhsulu istifadə etmək daha səmərəlidir.

Ötən ilin mayında “Böyük yeddiliyin” Yaponiyada keçirilmiş görüşündə “Keyfiyyət İnfrastrukturu investisiyalarının təbliği”nə dair İse-Sima prinsipləri qəbul edilib. Bu prinsiplər qlobal infrastruktur körpüsünün qurulması üçün möhkəm bazanın yaradılmasını əks etdirir.

Yüksək keyfiyyətli infrastruktur birbaşa müsbət təsirlərə malikdir: səmərəlilik, gücləndirilmiş təhlükəsizlik, ətraf mühitə təsirin minimuma endirilməsi, məhsul və xidmətlərin daha effektiv çatdırılması və s. Müqayisə üçün aşağı keyfiyyətli infrastrukturun təsirlərinə baxmaq olar: ucuz qiymət alıcını cəlb edə bilər, lakin məhsulun keyfiyyətinə və davamlılığına zəmanət verilmir, eyni zamanda bu tip infrastruktur uzunmüddətli borclara, qarışıqlıqlara və ekoloji problemlərə səbəb olur. 2015-ci ildə aparılmış araşdırmalardan birində Çində mövcud olan aşağı keyfiyyətli müəssisələrin fəaliyyəti nəticəsində zərərli tullantıların havanı çirkləndirməsinin hər gün 4400 insanın ölümünə səbəb olması göstərilir. Bu, aşağı keyfiyyətli infrastrukturun həm insan, həm də iqtisadi itkilərlə nəticələndiyini göstərir.

Keyfiyyət infrastrukturunun inkişafını təmin etmək üçün ilk növbədə bu faktorun vacibliyi qlobal səviyyədə tanınmalıdır. Sevindirici haldır ki, bu proses hazırda aktualdır. İse-Sima prinsiplərindən başqa, ötən ilin sentyabrında Çinin Hançjou şəhərində keçirilən “Böyük İyirmilik” (G20) ölkələrinin sammitində qəbul edilmiş Kommunike keyfiyyət infrastrukturunun bir dəyər kimi təsdiq olunması istiqamətində mühüm addım idi.

        Keyfiyyət strukturunun təkmilləşdirilməsi Azərbaycanın

         iqtisadi inkişafının prioritet istiqaməti kimi

Qlobal dəyər zəncirinə inteqrasiya kontekstində yeni iqtisadi modelə doğru gedən Azərbaycanda da ixrac potensialının artırılması istiqamətində tendensiyalar, uğurlu təcrübələr diqqətlə izlənilir. İqtisadiyyatın şaxələndirilməsi çərçivəsində qeyri-neft sektorunun inkişafı, rəqabətqabiliyyətliliyin artırılması, keyfiyyət infrastrukturunun təkmilləşdirilməsi ölkə rəhbərliyinin diqqət mərkəzindədir. Nəzərə alsaq ki, hazırda keyfiyyət infrastrukturu istehsalçıların, sahibkarlığın, ümumiyyətlə əhalinin ehtiyaclarının və tələblərinin təmin edilməsində həlledici faktora çevrilib, bu sahəyə aid olan texniki tənzimləmə, standartlaşdırma, metrologiya, uyğunluğun qiymətləndirilməsi alətlərindən istifadə sürətlə genişlənir.

Ölkəmizdə müvafiq istiqamətdə həyata keçirilən tədbirləri iki bölmədə təhlil etmək olar:

1. Qanunvericilik bazası və institusional quruculuq. Müasir hüquqi bazanın yaradılması çərçivəsində beynəlxalq təcrübə nəzərə alınaraq təkmilləşdirilən və hökumətə təqdim olunan “Texniki tənzimləmə haqqında” və “Standartlaşdırma haqqında” Qanun layihələrini vurğulamaq olar. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin informasiya texnologiyaları və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Fazil Talıbov müvafiq qanun layihələri ilə bağlı məlumat verərək bildirib ki, Azərbaycan Prezidentinin “Standartlaşdırma, metrologiya, akkreditasiya və patent hüququ obyektlərinin mühafizəsi sahələrində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 10 fevral 2017-ci il tarixli Fərmanına əsasən Nazirlər Kabinetinə “Standartlaşdırma haqqında” Azərbaycan Respublikası qanununun yeni layihəsini üç ay müddətində hazırlayıb dövlət başçısına təqdim etmək tapşırığı verilib. Qanun layihəsində aşağıdakı meyarlar nəzərə alınacaq:

- məhsulların təhlükəsizlik göstəricilərinə, o cümlədən məhsullarla əlaqəli proseslərə, saxlanmaya, qablaşdırmaya, etiketləməyə və terminologiyaya dair tələblərin texniki reqlamentlərlə, məhsulların keyfiyyət göstəricilərinə dair tələblərin isə standartlarla müəyyən olunması;

- texniki reqlamentlərin icrasının sahibkarlar üçün məcburi, məhsulların keyfiyyətinə dair tələbləri ehtiva edən standartların icrasının isə könüllü xarakter daşıması;

- məhsulların texniki reqlamentlərə uyğunluğunun qiymətləndirilməsinin (təsdiqinin) onların risk qrupları (aşağı, orta və yüksək risk) üzrə təsnifatından asılı olaraq həyata keçirilməsi;

- yalnız yüksək risk qrupuna aid məhsulların sertifikatlaşdırılmasının məcburi olması.

Bu qanunlar Azərbaycanda texniki tənzimləmə sisteminin müasir mərhələyə keçidi üçün əsas olacaq. Texniki tənzimləmə sistemində islahatlar gələcək yeddi il üçün nəzərdə tutulub. Bu islahatlar bazarın təhlükəli və keyfiyyətsiz məhsullardan qorunması üçün müasir və effektiv nəzarət sistemini formalaşdıracaq.

2. İnfrastruktur potensialının gücləndirilməsi. Bu istiqamətdə son illər uğurla reallaşdırılan layihələri xüsusi qeyd etmək olar. F.Talıbovun sözlərinə görə, 2014-2016-cı illəri əhatə etmiş “Azərbaycanda müasir standartlaşdırma və texniki tənzimləmə sisteminin gücləndirilməsinə dəstək” adlı Tvinninq layihəsinin icrası ilə standartlaşdırma və texniki tənzimləmə sisteminin daha da təkmilləşdirilməsinə nail olunub.

Xüsusi vurğulamaq lazımdır ki, hazırda xarici ölkələrin müvafiq sektorda təcrübələrinin öyrənilməsi və milli iqtisadi inkişaf modelinə uyğun tətbiqi gündəmdədir. Bu istiqamətdə komitənin beynəlxalq əlaqələrinin genişlənməsi və qarşılıqlı olaraq təcrübələrdən yararlanmaq müsbət nəticələr verməkdədir. F.Talıbov komitənin fəaliyyət sahələrinin inkişafı üçün beynəlxalq əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıb: “Komitə texniki tənzimləmə, standartlaşdırma, metrologiya, akkreditasiya, patent sahələrində fəaliyyət göstərən bir çox beynəlxalq təşkilatın tam üzvüdür. Akkreditasiya sahəsində olan təşkilatların tamhüquqlu üzvü olmaq üçün müraciətlər edilib. Ötən il komitə ilə Almaniya Fiziki-Texniki İnstitutu (PTB) arasında qurulmuş əməkdaşlıq münasibətləri çərçivəsində bir neçə layihə həyata keçirilib. Mart və may aylarında PTB-nin daha bir mütəxəssisi komitənin Təcrübə-Sınaq Mərkəzinin (AzTEST) Yeyinti və kənd təsərrüfatı məhsullarının sınağı laboratoriyasının mütəxəssislərinə təlim keçib. Bundan başqa, ötən ilin martında 2016-2018-ci illəri əhatə edəcək “Azərbaycanda metrologiya sisteminin gücləndirilməsi” adlı Avropa İttifaqının yeni Tvinninq layihəsinə start verilib. Çex Metrologiya İnstitutu və Almaniya Fiziki-Texniki İnstitutunun yaratdığı konsorsium ilə əməkdaşlıq çərçivəsində iki il ərzində icra olunacaq layihənin əsas məqsədi metrologiya sahəsində standartlara, normalara və proseslərə dair Avropa İttifaqı və beynəlxalq təcrübəyə uyğun olaraq, metrologiya sisteminin inkişafı vasitəsi ilə Azərbaycanın dünya bazarına çıxışını dəstəkləməkdir”.

Müasir dövrün vacib çağırışı kimi keyfiyyət infrastrukturunun təhlili zamanı bir sıra amilləri nəzərdən keçirməklə mövzunu yekunlaşdırmaq olar: qlobal normalarla ayaqlaşmaq, dəyişiklikləri yaxından izləmək, standartları tətbiq etmək üçün mexanizmlər hazırlamaq; treninqlər təşkil etmək və mövcud potensialı zənginləşdirmək; standartlaşdırma və sertifikasiya - infrastruktur layihələri və mütəxəssisləri üçün yeni standartların və sertifikasiyanın təbliği; layihə hazırlığı - qlobal layihə hazırlığına dəstək mexanizminin genişləndirilməsi.

                                                                     AZƏRTAC-ın müxbiri

                                                                     Maqsud Dadaşov

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan Britaniya ilə nəqliyyat və rəqəmsal inkişaf üzrə əməkdaşlıq barədə memorandum imzalayıb

Politoloq: Azərbaycanın milli təhlükəsizliyi hərbi güclə yanaşı, ideoloji və iqtisadi dayanıqlılığa əsaslanır

Azərbaycanın xarici işlər naziri Türkmənistanın Avaza şəhərinə işgüzar səfərə yola düşüb

® ABB-nin süni intellekt həlli Las Veqas-da keçiriləcək “Money20/20”də finalçı kimi yarışacaq

Tacikistanın 8 vətəndaşı Azərbaycanın ali məktəblərində təhsil alacaq

Ötən ay mikromobillik vasitələrindən istifadə rekord göstəriciyə çatıb

Ölkəyə qaçaqmalçılıq yolu ilə gətirilən və dəyəri 500 min manatdan çox olan dərman vasitələri aşkarlanıb

Aqrar Subsidiya Şurası yaradılacaq

Türkmənistanda qadınların beynəlxalq dialoqu üzrə konfrans keçirilir

Lionel Messi: Millidə həmişəlik qalmaq istərdim, lakin artıq getmək vaxtıdır

Aqrar sahə ilə bağlı yeni qanun layihəsi hazırlanıb

Botanika İnstitutu ilə Gotenburq Botanika Bağı arasında elmi əməkdaşlığın təməli qoyulub

DİN: Borclu şəxs qismində axtarışda olan 72 nəfər saxlanılıb

PAİ Assambleyasında Azərbaycanda dövlət idarəçiliyinin inkişafı diqqətə çatdırılıb

Azərbaycan klubunun basketbolçusu: İsveçrə təmsilçisi ilə oyunda qələbə üçün yaxşı imkanlarımız var

Allahşükür Paşazadə: Süni intellektdən istifadə zamanı mənəvi və etik hədlər gözlənilməlidir

Ümumdünya Poçt İttifaqının baş direktoru: Aİ-nin aşağı dəyərli bağlamalara rüsum tətbiqi poçt-logistika sektoruna təsir göstərə bilər

Media və Yayım Şurası: Azərbaycanın BND işi ilə əlaqələndirilməsi dezinformasiyadır

ADA Universitetinin Qazax Mərkəzində “Bir Müəllimin Manifesti” proqramının yeni tədris ilinə start verilib

Zaqatalada Bəkməz çayının yaratdığı fəsadlar aradan qaldırılır

Bu ilin 9 ayında “Diri Baba” türbəsini 12 mindən çox xarici turist ziyarət edib

Xidmət rəisi: Əsir və girov götürülərək beynəlxalq təşkilatlardan gizli saxlanılmış 834 vətəndaşımızın siyahısını qarşı tərəfə təqdim etmişik

Azərbaycanın daha 5 boksçusu Avropa çempionatında 1/4 finala yüksəlib

BMT-də Azərbaycanın itkin düşmüş vətəndaşları ilə bağlı bəyanat səsləndirilib

Nazir müavini: Məlumatlar qorunmalı, gecikdirilmədən açıqlanmalı və onlardan istifadə edə biləcək müvafiq qurumlara çatdırılmalıdır

Ağdam rayonunun Xıdırlı kənd tam orta ümumtəhsil məktəbinə Ayköl Manasın adının verilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Bakıda “PostEurop” Baş Assambleyasına həsr olunmuş poçt markası möhürlənib

BMT-nin Baş katibi ABŞ-İran müharibəsinə və onun qlobal ticarətə vurduğu zərərə son qoymağa çağırıb

Kimya İnstitutunda alternativ enerji və yaşıl kimya istiqamətində tədqiqatlar aparılır

“Azərpoçt” rəsmisi: Beynəlxalq əməkdaşlıq poçt sektorunun inkişafının təməlini təşkil edir

Səməd Vurğunun oğlu: Sonra anam balışının altından tapança tapdı…

İqtisadi Zonaların İnkişafı Agentliyi Adana Hacı Sabancı Organize Sənaye Zonası ilə memorandum imzalayıb

Azərbaycan Kubokunda yeni mövsümə start verilir

Əli Nağıyev: Bu il oktyabrın 1-dək 913 itkin şəxsə aid olduğu ehtimal edilən meyit qalıqları aşkarlanaraq götürülüb

Cənubi Koreya “Nuri” raketinin 5-ci buraxılışında 15 peylki orbitə göndərib

Qızıl və gümüş ucuzlaşıb VİDEO

Qızıl və gümüş ucuzlaşıb VİDEO

“E-rüsum” üzrə ödənilmiş dövlət rüsumlarının məbləği 52,7 milyon manat təşkil edib

Dövlət Turizm Agentliyi “Diri Baba” türbəsinə mediatur təşkil edib

Elena Fernandez-Rodriguez: Azərbaycanın “PostEurop” Baş Assambleyasına ev sahibliyi etməsi böyük məsuliyyətdir

Azərbaycanın iki basketbol klubu Avropa Kubokunda mübarizəyə başlayır

Prezident: Ermənistan müvafiq arxivlərin açılmasına və şahid ifadələrinin toplanmasına şərait yaratmalıdır

ADAU-da su israfının qarşısının alınması ilə bağlı tələbələrlə görüş olub

Neft bahalaşıb VİDEO

Neft bahalaşıb VİDEO

Manaf Babayev: Poçt sektoru sürətli transformasiya mərhələsindədir

Prezident İlham Əliyev: İtkin düşmüş heç bir vətəndaşımız unudulmur

Azərbaycan nefti 120,68 dollara satılır VİDEO

Azərbaycan nefti 120,68 dollara satılır VİDEO

Azərbaycan Prezidenti: Torpaqlarımızın azad edilməsi itkin düşmüş vətəndaşlarımızın axtarışı üçün yeni imkanlar açıb

Ölkənin əksər yerlərində yağıntılı hava şəraiti davam edir – FAKTİKİ HAVA

“İtkin düşmüş şəxslər probleminin həllində etimadın gücləndirilməsi və effektiv mexanizmlərin inkişaf etdirilməsi” mövzusunda Bakı Dialoqu formatında IV beynəlxalq konfransın iştirakçılarına

Azərbaycanın daha 4 cüdoçusu dünya çempionatında tatamiyə çıxır

Bakıda “PostEurop” Baş Assambleyası və Biznes Forumu işə başlayıb

İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində IV Beynəlxalq Konfrans işə başlayıb YENİLƏNƏCƏK

Kiyev raketlərlə vurulub, ölənlər var

Azərbaycan Astanada Dünya və Ənənəvi Din Liderlərinin Qurultayı Katibliyinin iclasında təmsil olunur VİDEO

Azərbaycan Astanada Dünya və Ənənəvi Din Liderlərinin Qurultayı Katibliyinin iclasında təmsil olunur VİDEO

Qaxda “Şən Bazar” festivalı keçiriləcək

Qazaxıstan Xəzərin qorunması üzrə dövlətlərarası proqram hazırlayır

Bu gün Ümumdünya Layiqli Əmək Günüdür

Hazırda Bakıda sıxlıq qeydə alınan yollar açıqlanıb

Messinin vida matçı Argentinanın Benin üzərində qələbəsi ilə başa çatıb

Yasamal və Biləcərinin bəzi ərazilərində işıq olmayacaq

Alyaskada 5,7 bal gücündə zəlzələ baş verib

Vens: İran nüvə proqramı ilə bağlı konkret addımlar atmalıdır

Tramp: ABŞ-nin İran neftinə ehtiyacı yoxdur

ABŞ Yaxın Şərqdə hərbi mövcudluğunu əvvəlki səviyyəyə qaytarmaya bilər

Tramp tezliklə Putinlə danışmağı planlaşdırdığını bildirib

ABŞ Rusiyada pnevmonik taun şübhəsi ilə bağlı xəbərdarlıq yayıb

Ronaldo Portuqaliya millisindən ayrılmaq niyyətində deyil

İsrail Qəzzada hərbi əməliyyatları bərpa edə bilər

Tramp: Hörmüz boğazından müharibədən əvvəlkindən daha çox neft daşınır

İspaniya millisi məğlubiyyətsiz oyunlar seriyasını 42-yə çatdırıb

Pentaqon Ukrayna üçün “Patriot” sistemlərinə texniki xidmət avadanlığı alacaq

Tramp: Hörmüz boğazı ABŞ-yə məxsusdur

XİN: Suriyadan 13 Azərbaycan vətəndaşı repatriasiya edilib

Yəmən hökuməti əhalini husilərin sıralarına qoşulmamağa çağırıb

ABŞ İslandiya ilə əməkdaşlıq çərçivəsində Arktikada hərbi mövcudluğunu artırmaq istəyir

Moskvada “3+3” formatında enerji əməkdaşlığı üzrə ilk görüşün keçirilməsi planlaşdırılır

“Sabah” basketbol klubu Çempionlar Liqasında ilk oyununu keçirib

Avropa Kuboku: “Neftçi” basketbol klubu müntəzəm mövsümə məğlubiyyətlə başlayıb

Kamran Qasımov: “Yaradıcı Filmaton” kimi layihələr gənclərin gələcək kino fəaliyyəti üçün mühüm başlanğıcdır

Türkiyədə qanunsuz miqrantlar saxlanılıblar

“Təlimatçı hazırlıq kursu”nu başa vuran hərbçilərə sertifikatlar təqdim edilib

Ədəbiyyat üzrə Nobel mükafatı: Favoritlər və ekspert rəyi

Mixail Kaluqin: Moskva İrəvanla Rusiya hərbi bazasının Ermənistanda qalma məsələsini müzakirə etməyə hazırdır

QMİ-nin sədri Qazaxıstanın Vitse-prezidenti ilə görüşüb

Rusiya XİN: Rusiya-Azərbaycan münasibətləri mehriban qonşuluq və qarşılıqlı hörmət prinsipləri əsasında inkişaf edir

Bu saata olan əsas xəbərlər

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Güc cəhətdən heç kimdən geridə qalmıram VİDEO

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Güc cəhətdən heç kimdən geridə qalmıram VİDEO

Dövlət maliyyəsinin rəqəmsallaşdırılması istiqamətində həyata keçirilən islahatlar müzakirə olunub

"PeşəCar" layihəsi çərçivəsində növbəti klaster müəssisə istifadəyə verilib VİDEO

"PeşəCar" layihəsi çərçivəsində növbəti klaster müəssisə istifadəyə verilib VİDEO

“Dövlət ümumi təhsil müəssisəsində təhsilverənlər üçün geyim ilə bağlı Tələblər”in təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan ilə Birləşmiş Krallıq arasında iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi imkanları nəzərdən keçirilib

Çexiya gələn il “Avroviziya”da iştirak etməyəcək

Telefonu uşağın əlindən almaq kifayət deyil: göz sağlamlığı üçün nə etməli?

Ursula Fon der Lyayen: Avropanı xarici enerji böhranlarına qarşı həssas edən struktur problemləri həll edilməlidir

“Vitol Group”un rəhbəri Avropada neft ehtiyatlarının tükənəcəyi barədə xəbərdarlıq edib

Deputat: Regionların sosial-iqtisadi inkişafı Prezident İlham Əliyevin siyasətinin mühüm tərkib hissəsidir

Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb VİDEO

Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb VİDEO

Gürcüstanın yeni səfiri Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumatlandırılıb

Türkiyə nümayəndə heyəti DOST Agentliyində və DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olub

Vətən müharibəsi şəhidi Müşfiq İbrahimovun ailəsi ziyarət edilib