MƏDƏNİYYƏT
“Kişi və qadın” Qazax Dövlət Dram Teatrında
Bakı, 3 iyun (AZƏRTAC). Qazax Dövlət Dram Teatrında tanınmış dramaturq Əli Əmirlinin “Kişi və qadın” komediyasının məşqləri başlanmışdır.
Əli Əmirli AZƏRTAC-a bildirmişdir ki, dramaturgiyanın əbədi mövzularından olan kişi və qadın münasibətlərindən bəhs edən lirik komediyanın quruluşçu rejissoru Xalq Artisti Zülfüqar Abbasov, rəssamı Səyyad Məmmədovdur.
Tamaşada baş rollardan birini teatrın direktoru Saqif İskəndərov ifa edir. Teatrın aparıcı aktyorlarından Hacı Hacıyev, Xanım Məmmədova, Zəmanə Orucova və Nazilə Məmmədova tamaşada əsas rolları oynayırlar.
İlk tamaşa cari teatr mövsümünün sonuna nəzərdə tutulur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.05.2024 [22:06]
Mədəniyyət naziri rusiyalı həmkarı ilə görüşüb
- 01.05.2024 [17:23]