MƏDƏNİYYƏT
Kitabxanada “Sönməz günəşin hikmət dəryası” adlı onlayn görüş keçirilib
Bakı, 16 may, AZƏRTAC
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Xətai rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi (MKS) dahi Azərbaycan şairi Nizami Gəncəvinin 880 illik yubileyi ilə əlaqədar “Sönməz günəşin hikmət dəryası” adlı onlayn görüş keçirib.
İdarədən AZƏRTAC-a bildirilib ki, tədbiri Azərbaycan Yazıçılar Birliyinin üzvü, gənc şair Yusif Nazim Ərəbsoy açaraq Prezident İlham Əliyevin Nizami Gəncəvinin 880 illik yubileyi ilə bağlı Sərəncamı haqqında məlumat verib.
Daha sonra Xətai rayon MKS-nin əməkdaşı Təranə Quliyevaya “Nizami Gəncəvinin kitabxanada təbliği" mövzusunda çıxış edib.
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Nizamişünaslıq şöbəsinin aparıcı elmi işçisi, dosent Təhminə Bədəlova Nizami yaradıcılığından ətraflı bəhs edərək oxucuların suallarını cavablandırıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.04.2024 [18:03]
Zaman Qarayevin “Xarqo” romanında multikultural dəyərlər
- 27.04.2024 [15:52]
Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub
- 27.04.2024 [14:24]
Bakıdakı Rus evində Beynəlxalq Rəqs Günü qeyd edilib
- 27.04.2024 [13:21]
Xətai rayonunda “Kəlağayı festivalı” keçirilib
- 27.04.2024 [13:10]
Bakıda “Big Band Workshop” adlı ustad dərsləri keçiriləcək
- 27.04.2024 [12:45]
“Mənim yaşıl dünyam” adlı rəsm müsabiqəsi keçirilib
- 27.04.2024 [12:43]
İçərişəhərdə “DivanSaatı” layihəsi çərçivəsində Elçin Hami Axundov ilə görüş
- 27.04.2024 [12:11]