CƏMİYYƏT
KİVDF-nin Müşahidə Şurasının iclası keçirilmişdir
Bakı, 27 iyun (AZƏRTAC). İyunun 27-də Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) Müşahidə Şurasının növbəti iclası keçirilmişdir.
KİVDF-dən AZƏRTAC-a verilən məlumata görə, iclasın gündəliyində duran əsas məsələ 2014-cü ilin II yarımilliyi üçün KİV layihələrinin maliyyələşdirilməsi ilə bağlı müsabiqəyə təqdim edilmiş layihə təkliflərinin müzakirəsi olmuşdur.
Fondun Müşahidə Şurasının sədri Umud Mirzəyev gündəlikdə duran məsələlər barədə məlumat vermişdir.
KİVDF-nin icraçı direktoru Vüqar Səfərli çıxış edərək bildirmişdir ki, “2014-cü ilin II yarımilliyi üçün KİV layihələrinin maliyyələşdirilməsi ilə bağlı müsabiqəyə ümumilikdə 35 redaksiyadan layihə təklifi təqdim olunmuşdur. 33 redaksiyanın təqdim etdiyi layihə təklifi müsabiqənin şərtlərinə uyğun olmuşdur. “Əks-səda” və “Exo” qəzetlərinin təqdim etdikləri sənədlər müsabiqə şərtlərinin tələblərini təmin etmədiyi üçün müsabiqəyə buraxılmamışdır. Digər 33 qəzetin isə tirajı, dövriyyəsi və yayımı nəzərə alınaraq onlara 6 aylıq maliyyə yardımı ayrılması barədə qərar qəbul edilmişdir.