Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Kiyev şəhərindəki Ukrayna Azərbaycanlıları Gənclər Birliyinin rəhbəri İlhamə Allahverdiyevadan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident.

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi Ukrayna Azərbaycanlıları Gənclər Birliyi adından və şəxsən öz adımdan ürəkdən təbrik edirəm.

Əminəm ki, Sizin rəhbərliyinizlə Azərbaycan siyasi, iqtisadi və humanitar sahələrdə, habelə beynəlxalq arenada daha böyük nailiyyətlər qazanacaq.

Ümidvaram ki, insan kapitalının prioritetliyi və uğurlu gənclər strategiyası Sizin dövlət siyasətinizdə bundan sonra da davam etdiriləcək və tarixi Vətənimizin gələcək nəsillərinin mütərəqqi inkişafı üçün zəmin olacaq.

Azərbaycan ilə Ukrayna arasında strateji tərəfdaşlıq münasibətlərinin bundan sonra da inkişaf edəcəyinə əminəm.

Ukraynada yaşayan Azərbaycan gəncləri bu ölkədə Azərbaycanın müsbət imicinin möhkəmlənməsi, Ukrayna və Azərbaycan xalqları arasında qarşılıqlı dostluq münasibətlərinin fəal inkişafı üçün səylərini əsirgəməyəcəklər.

Doğma Azərbaycan xalqına Qarabağ və ətraf rayonlar da daxil olmaqla, ölkəmizin bütün ərazisində sülh, əmin-amanlıq və firavanlıq arzulayıram.

Bir daha Sizə öz dərin ehtiramımı ifadə edirəm.

Hörmətlə,

 

İlhamə Allahverdiyeva

Kiyev şəhərindəki Ukrayna Azərbaycanlıları Gənclər Birliyinin rəhbəri

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin